Kürdəmirdə dəhşətli yol qəzası baş verib.
Bizim Media-nın Aran bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Mollakənd kəndindən keçən hissəsində qeydə alınıb.
Həmin yolda hərəkətdə olan VAZ 2107 markalı avtomobil traktora çırpılıb. Hadisə nəticəsində ilkin məlumata görə, 2nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.
Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları, eləcə də FHN-nin qəza xilasetmə dəstəsinin əməkdaşları cəlb olunub. Avtomobildə sıxılı vəziyyətdə qalan sürücü və sərnişinlərin çıxarılması işləri həyata keçirilir.
Faktla bağlı araşdırma aparılır.




Bizim Media, Aran bürosu