Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Naxçıvan Muxtar Respublikası üzrə oktyabr ayı üçün sosial müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardım ödənişləri başa çatdırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat verib.
Vətəndaşlar vəsaitlərini plastik kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.
Bizim.Media