Cəbrayılda "Bura mənim evimdir" filminin təqdimatı keçirildi - FOTO

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayədəliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Cəbrayıl şəhərindəki Mehdi Mehdizadə adına tam orta ümumtəhsil məktəbində “Zəfərin 5-ci ili: Böyük Qayıdışın addımları” adlı fotosərgi və “Bura mənim evimdir” filminin təqdimatı keçirilib.

Bizim.Media xəbər verir ki, ttədbirdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun ikinci Qarabağ müharibəsində qazandığı qələbənin əhəmiyyətindən, əsgər və zabitlərimizin Cəbrayılın işğaldan azad edilməsi üçün göstərdikləri şücaət və qəhrəmanlıqdan, Bəyük Zəfərin davamı olaraq işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərindən və hazırda uğurla həyata keçirilən Böyük Qayıdışdan ətraflı söhbət açılıb.

Yenidən tikilən Cəbrayıl şəhərində sakinlərin doğm yurda geri dönüşün sevincini yaşadıqları, onlara burada rahat və təhlükəsiz həyat şəraiti, iqtisadi fəaliyyətə reinteqrasiya imkanlarının yaradıldığı qeyd edilib.

Tədbir iştirakçıları əvvəlcə Cəbrayıl və digər işğaldan azad edilmiş ərazilərin yenidən qurulması prosesini və Böyük Qayıdışın simvolik əhəmiyyətini əks etdirən fotoşəkillərin nümayiş olunduğu sərgiyə baxıblar. Fotosərgi Böyük Qayıdışın mübariz insan hekayələrini və bu ərazilərə yenidən həyatın qayıtmasını sənət dili ilə çatdırıb. Daha sonra "Bura mənim evimdir" filmi nümayiş olunub.
 

Tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov çıxışında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən Böyük Qayıdışın önəmindən bəhs edib. Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi Aqil Qurbanov çıxış edərək Böyük Qayıdışın əhəmiyyətini və bu prosesin gələcək inkişafı barədə söz açıblar. Azərbaycan Fotoqrafları Birliyinin təsisçisi Mirnaib Həsənov və birliyin sədri Amira Süleyman sərgidə əsərləri təqdim edilən peşəkar və həvəskar fotoqrafların Böyük Qayıdışın uğurlu addımlarını işıqlandırdıqlarını, onun fotosalnaməsinin yaradılmasında töhfə verdiklərini vurğulayıblar.


Dövlət Komitəsinin hazırladığı “Bura mənim evimdir” sənədli filminə də tədbir iştirakçıları maraqla baxıblar. Filmdə ABŞ-nin Nyu-Cersi ştatında anadan olsa da, ürəyi həmişə babasının doğulduğu Cəbrayıl rayonunun Süleymanlı kəndinə bağlı olan Ceyhun Qarabağlının həyat hekayəsini və doğma yurdun ziyarətinə gəlşini əks etdirir.

Tədbirdə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri və Cəbrayıl şəhər sakinləri iştirak ediblər.

Qeyd edək ki, Dövlət Komitəsinin dəstəyi hazırlanan “Bura mənim evimdir” sənədli filmi Türkiyənin İzmir şəhərində keçirilən 10-cu Beynəlxalq Ege Art qısa film festivalının mükafatına layiq görülüb.


















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Kadi "Qarabağ"dan gedir?

Kadi "Qarabağ"dan gedir?

İsrail yenə Tehrana zərbə endirir

İsrail yenə Tehrana zərbə endirir

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

İllər sonra səhnəyə qayıdır - FOTO

İllər sonra səhnəyə qayıdır - FOTO

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Qəbələdə yaşayış evi yandı

Qəbələdə yaşayış evi yandı

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

İrana zərbələrdə 21 min sakin yaralanıb

İrana zərbələrdə 21 min sakin yaralanıb

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Qazaxda gənc qız dəm qazından boğuldu

Qazaxda gənc qız dəm qazından boğuldu

Şahbaz Şərif onları qəbul etdi

Şahbaz Şərif onları qəbul etdi

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

Bu şəxslərin övladlarına 140 manat verilir

Bu şəxslərin övladlarına 140 manat verilir

SEPAH-dan şok ultimatum: “İki universitet vurulacaq”

SEPAH-dan şok ultimatum: “İki universitet vurulacaq”

Əfqanıstanda daşqınlar: 17 ölü var

Əfqanıstanda daşqınlar: 17 ölü var

Abşeronda əhali bəzi ərazilərdən təxliyə edilib - FOTO

Abşeronda əhali bəzi ərazilərdən təxliyə edilib - FOTO

4 ölkənin XİN rəhbəri ABŞ-İran müharibəsini müzakirə etdi

4 ölkənin XİN rəhbəri ABŞ-İran müharibəsini müzakirə etdi

End of content

No more pages to load

RADİO