Ləğv edilən Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli həbs edilib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı onun vəkili Hikmət Əliyev verib.
Məlumata görə, Anar Əsədli barəsindəki cinayət işi üzrə keçirilən məhkəmə iclasında zərərçəkmiş şəxsin vəsatəti əsasında o həbs edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Bizim.Media