Azərbaycanda OTELDƏ ƏMƏLİYYAT: Müdir və resepşın TUTULDU

Beyləqanda otelin müdiri və qeydiyyatçısı (resepşın) saxlanılıb.

Bizim.Media lent.az-a istinadən xəbər verir ki, polis əməkdaşları Birinci Şahsevən kəndində yerləşən oteldə əməliyyat keçiriblər.

Nəticədə otaqlardan birində kişi və qadını əxlaqsızlıq edərkən yaxalayıblar.
 

Bu hadisə ilə bağlı həmin otelin müdiri 35 yaşlı Nazim Musayev (ad və soyad şərtidir) və qeydiyyatçı 25 yaşlı Tahirə Məlikova (ad və soyad şərtidir) saxlanılıb.


Onların hər biri barəsində Cinayət Məcəlləsinin 244.2.2-ci (qabaqcadan əlbir olan qrup halında əxlaqsızlıq yuvaları saxlama) maddəsi ilə cinayət işi başlanıb.

Təqsirləndirilən Nazim Musayev bildirib ki, oteldə yeni gələnlər üçün qiymət 70, daimi müştərilər üçün isə 50 manatdır:
 

“Qeydiyyatçıya qadınla gələn kişilərə cinsi əlaqə üçün 70 manat qiymət deməyi tapşırmamışam. Həmin şəxslərin müəssisəyə əxlaqsızlıq üçün gəlmələrindən xəbərim olmayıb. Otelimə gələn qonaqların otaqlarda cinsi əlaqə ilə məşğul olmaları barədə məlumatım yoxdur. Ümumiyyətlə qonaqlar burada gecə yatmaq üçün gəlirlər.


Qeydiyyatda əslində qonaqlardan şəxsiyyət vəsiqələri tələb olunur və komputerə işlənilir.

Amma qeydiyyatçı əxlaqsızlıq edərkən tutulan şəxslərin məlumatlarını komputerə salmayıb.

Hesab edirəm ki, işçimi düzgün təlimatlandırmamışam, buna görə də özümü təqsirli bilirəm”.

Nazim Musayev deyib ki, himayəsində azyaşlı övladı var və ailənin tək gəlir yeri olduğu üçün nəzərə alınmasını xahiş edir.

Digər təqsirləndirilən Tahirə Məlikova isə həmin qonaqları əvvəldən tanımadığını bildirib:

“Onlardan vəsiqələrini istədim. Lakin dedilər üstümüzdə deyil, telefonla göndərəcəklər.

Kişidən 70 manat alıb otaq verdim. Danışıqlarından başa düşdüm ki, ər-arvad deyillər.
 

Onların cinsi əlaqə üçün otelə gəldiklərini bilmədim. Ər-arvad olmaları barədə sənəd almamışdım. Buna görə özümü təqsirli hesab edirəm”.


Tahirə Məlikova da xəstəliyini və ailə vəziyyətini nəzərə alaraq, barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edib.

Beyləqan rayon Məhkəməsində keçirilən proses zamanı onların hər biri barəsində 1 il sınaq müddəti olmaqla, 3 il şərti azadlıqdan məhrumetmə cəzası təyin olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Tottenhem” İqor Tudorla yollarını ayırdı

“Tottenhem” İqor Tudorla yollarını ayırdı

“Bloomberg”dən nüvə silahları ilə bağlı QORXUNC YAZI

“Bloomberg”dən nüvə silahları ilə bağlı QORXUNC YAZI

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Kadi "Qarabağ"dan gedir?

Kadi "Qarabağ"dan gedir?

İsrail yenə Tehrana zərbə endirir

İsrail yenə Tehrana zərbə endirir

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

İllər sonra səhnəyə qayıdır - FOTO

İllər sonra səhnəyə qayıdır - FOTO

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Qəbələdə yaşayış evi yandı

Qəbələdə yaşayış evi yandı

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

İrana zərbələrdə 21 min sakin yaralanıb

İrana zərbələrdə 21 min sakin yaralanıb

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Qazaxda gənc qız dəm qazından boğuldu

Qazaxda gənc qız dəm qazından boğuldu

Şahbaz Şərif onları qəbul etdi

Şahbaz Şərif onları qəbul etdi

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

Bu şəxslərin övladlarına 140 manat verilir

Bu şəxslərin övladlarına 140 manat verilir

SEPAH-dan şok ultimatum: “İki universitet vurulacaq”

SEPAH-dan şok ultimatum: “İki universitet vurulacaq”

Əfqanıstanda daşqınlar: 17 ölü var

Əfqanıstanda daşqınlar: 17 ölü var

End of content

No more pages to load

RADİO