BİZİM TƏQVİM: 24 oktyabrda baş vermiş tarixi hadisələr

2020-ci ilin bu günündə Azərbaycan Ordusunun bölmələri cəbhənin müəyyənləşdirilmiş istiqamətlərində döyüş fəaliyyətlərini davam etdirib. Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində mütəşəkkil müqavimət göstərə bilməyən Ermənistan silahlı qüvvələrinin bölmələrinə atəşlə ciddi ziyan vurulub. 

Düşmənin silah-sursat, yanacaq ehtiyatları anbarları sıradan çıxarılıb, bir neçə dayaq məntəqəsi dağıdılıb, əhəmiyyətli kommunikasiya xətləri nəzarətə götürülüb və mühüm yüksəkliklər azad olunub.

Bəs, oktyabrın 24-də dünyada daha nələr olub?

1. 1813-cü ilin bu günündə Qacar dövləti və Rusiya İmperiyası arasında Gülüstan müqaviləsi imzalanıb.

2. 1857-ci ilin 24 oktyabr tarixindә dünyanın ilk futbol klublarından biri olan İngiltərənin “Sheffield F.C.” komandası qurulub. Kluba üzv olan futbolcular rәqiblәri olmadığı üçün uzun illәr boyunca öz aralarında matçlar keçiriblər.

3. 1882-ci ilin 24 oktyabr tarixindә almaniyalı alim Robert Koç vәrәm mikrobunu kәşf edib. Belәliklә vәrәm mikrobuna qarşı vaksin hazırlanıb. Robert Koç 1905-ci ildә Fizialogiya vә Tibb üzrә Nobel mükafatına layiq görülüb.

4. 24 oktyabr 1904-cü ildə Nyu-York metrosu istifadəyə verilib.

5. 24 oktyabr 1919-cu ildə Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin hökumət rəhbərlərinin iştirakı ilə Dövlət Teatrının rəsmi açılışı keçirilib.

6. 1919-cu ilin 24 oktyabrında Naxçıvanda ABŞ general-qubernatorluğu təsis edilib.

7. 24 oktyabr 1945-ci ildə BMT Əsasnaməsi qüvvəyə mindi və BMT fəaliyyətə başladı.

8. 1960-ci ilin bu günündə Baykonur kosmodromunda partlayış nəticəsində 7 nəfər, o cümlədən bir marşal həlak oldu. Bu səbəbdən ilk insanın kosmosa uçması təqribən 1 il gecikdi.

9. 24 oktyabr 1975-ci ildə Türkiyənin Fransadakı səfiri İsmayıl Ərəz erməni terrorçuları tərəfindən qətlə yetirildi.

10. 1992-ci ilin 24 oktyabrında ABŞ Konqresi "Azadlığa Dəstək" Aktına 907-ci düzəlişi qəbul etdi.

11. 24 oktyabr 2003-cü ildə səsdənsürətli sərnişin təyyarəsi — "Concorde" sonuncu transatlantik uçuşunu həyata keçirdi.

12. 2008-ci ilin bu günündə yenidən Azərbaycan Prezidenti seçilən İlham Əliyevin andiçmə mərasimi keçirilib.

Oktyabrın 24-də bu şəxsiyyətlər xatırlanır:

1. 1882-ci ilin bu günündə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavid anadan olub. Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifi olan Hüseyn Cavidin yaradıcılığı Şərqin estetik fikir tarixi və dünya romantizm ənənələri ilə sıx bağlı olub.

2. 24 oktyabr 1911-ci ildə məşhur rus aktyoru, rejissor, SSRİ Xalq artisti Arkadi İsaakoviç Raykin (1911-1987) anadan olub. O, miniatür estrada teatrının yaradıcısıdır.

3. 24 oktyabr 1947-ci ildə  Amerika aktyoru Kevin Klayn anadan olub. Filmləri: “Vanda adlı balıq” (“Oskar”, 1988), “Çaplin” və s.

4. 24 oktyabr 1923-cü ildə tanınmış aktyor Dadaş Kazımov (1923-1992)  doğulub. 1956-cı ildən Musiqili Komediya Teatrında çalışıb, bir çox filmlərdə çəkilib.

5. 24 oktyabr 1928-ci ildə Xalq artisti, bəstəkar İbrahim Məmmədov (1928-1993) anadan olub. Müxtəlif janrlarda əsərlərin, uşaqlar üçün “Tülkü və Alabaş” opera-baletinin müəllifidir.

6. 24 oktyabr 1929-cu ildə musiqişünas, sənətşünaslıq namizədi, Əməkdar müəllim Solmaz Qasımova (1929-2016) dünyaya gəlib. Bakı Musiqi Akademiyasının professoru olub.

7. 24 oktyabr 1929-cu ildə  ədəbiyyatşünas alim, professor Şəmistan Mikayılov (1929-2018) doğulub. Ədəbiyyat dərsliklərinin müəllifidir.

8. Azərbaycan teatr və kino aktyoru, SSRİ xalq artisti Mizəağa Əliyev 1954-cü ilin bu günündə vəfat edib (1883- 1954).

9. 24 oktyabr 1993-cü ildə  Xalq artisti, ustad xanəndə, qəzəlxan-şair Hacıbaba Hüseynəli oğlu Hüseynov (15.3.1919 – 1993) vəfat edib. O, çoxsaylı təsniflərin müəllifidir, həm də istedadlı qəzəlxan kimi tanınıb.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mənzurənin açıqlaması MÜZAKİRƏ OLUNDU: “Tatlısəs öldü də…” - VİDEO

Mənzurənin açıqlaması MÜZAKİRƏ OLUNDU: “Tatlısəs öldü də…” - VİDEO

Voleybol millimiz İslamiadaya qələbə ilə BAŞLADI

Voleybol millimiz İslamiadaya qələbə ilə BAŞLADI

Sevgi axtaran bürclərə MƏSLƏHƏT: Qapılarınızı açıq saxlayın

Sevgi axtaran bürclərə MƏSLƏHƏT: Qapılarınızı açıq saxlayın

Fransa və Azərbaycan diplomatları arasında danışıqlar oldu - FOTO

Fransa və Azərbaycan diplomatları arasında danışıqlar oldu - FOTO

Brüssel aeroportu BAĞLANDI

Brüssel aeroportu BAĞLANDI

Oğlu Zaura şərt qoydu: “Maşın almasan, səninlə işləməyəcəyəm” - VİDEO

Oğlu Zaura şərt qoydu: “Maşın almasan, səninlə işləməyəcəyəm” - VİDEO

Vüqar Hüseynova ağır itki - FOTO

Vüqar Hüseynova ağır itki - FOTO

Mbappedən penalti QƏRARI - Hamısını özü vuracaq

Mbappedən penalti QƏRARI - Hamısını özü vuracaq

Ağ Ev “B planı” hazırlayır - Rüsumlar qanunsuz sayılarsa…

Ağ Ev “B planı” hazırlayır - Rüsumlar qanunsuz sayılarsa…

"Altın kelebek" LƏĞV EDİLDİ

"Altın kelebek" LƏĞV EDİLDİ

Pokrovskdakı vəziyyət çətin olaraq qalır - Ukrayna Baş Qərargahı

Pokrovskdakı vəziyyət çətin olaraq qalır - Ukrayna Baş Qərargahı

Roza mərhum atasından YAZDI: “Mən sənin üçün oxuyuram” - VİDEO

Roza mərhum atasından YAZDI: “Mən sənin üçün oxuyuram” - VİDEO

Hakim Rasim Sadıxov işdən çıxarıldı - FOTO

Hakim Rasim Sadıxov işdən çıxarıldı - FOTO

Ceyhun Bayramov Əlcəzair Prezidenti ilə görüşüb - FOTO

Ceyhun Bayramov Əlcəzair Prezidenti ilə görüşüb - FOTO

İslam Oyunlarında iştirak edəcək güləşçilər MÜƏYYƏNLƏŞDİ

İslam Oyunlarında iştirak edəcək güləşçilər MÜƏYYƏNLƏŞDİ

Leyla Əliyeva Bülbül adına Orta İxtisas Musiqi Məktəbində - FOTO

Leyla Əliyeva Bülbül adına Orta İxtisas Musiqi Məktəbində - FOTO

Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənildi - FOTO

Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənildi - FOTO

Aİ yeni üzvlər üçün “sınaq müddəti” tətbiq etmək istəyir

Aİ yeni üzvlər üçün “sınaq müddəti” tətbiq etmək istəyir

Meyxanaçıdan İDDİALI AÇIQLAMA: “Namiq Qaraçuxurlu məndən bəhrələnib” - VİDEO

Meyxanaçıdan İDDİALI AÇIQLAMA: “Namiq Qaraçuxurlu məndən bəhrələnib” - VİDEO

Biləcəridə avtobus AĞIR QƏZA törətdi, xəsarət alanlar var - VİDEO

Biləcəridə avtobus AĞIR QƏZA törətdi, xəsarət alanlar var - VİDEO

Haaland özünü Messi və Ronaldo ilə müqayisə etmədi

Haaland özünü Messi və Ronaldo ilə müqayisə etmədi

Füzuli Dövlət Dram Teatrının direktoru VƏFAT EDİB

Füzuli Dövlət Dram Teatrının direktoru VƏFAT EDİB

Kiberpolisdən ƏMƏLİYYAT: "Qarabağ" – "Çelsi" oyununa qanunsuz bilet satanlar saxlanıldı - VİDEO

Kiberpolisdən ƏMƏLİYYAT: "Qarabağ" – "Çelsi" oyununa qanunsuz bilet satanlar saxlanıldı - VİDEO

Azərbaycanda yeni iqtisadi mərhələ başlayır - ANALİZ/FOTO

Azərbaycanda yeni iqtisadi mərhələ başlayır - ANALİZ/FOTO

End of content

No more pages to load

RADİO