8 bıçaqla atasını öldürən Murad: “İki uşağımı qurban etdim”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə atasını qətlə yetirməkdə təqsirləndirilən Murad Əmirovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, şahid Zülfüqarova Mədinə Murad Əmirovun onun işlədiyi psixiatrik xəstəxanada xəstə kimi müalicə aldığını deyib:

"Murad epilepsiya xəstəsi idi. Həm də psixoloji problemləri vardı. Anası bizə deyirdi ki, oğlumu heç yerdə işə götürmürlər. Harada işə başlayırdısa, dava-şava ilə oradan ayrılırdı, çıxarırdılar işdən".

Şahid Əmirova Arzu 2013-cü ildən oğlunun psixoloji xəstəliklərdən müalicə olunduğunu dedi:

"Atasının pis vərdişləri vardı. İçirdi, narkotik vasitələrdən istifadə edirdi. Hadisə baş verən gün qara açıldı. Oğlum Murad taxtda yatmışdı, o da öskürə-öskürə otaqda gəzinirdi. Murad onun səs-küy salmasına əsəbiləşərək dedi ki, imkan ver yataq. Atası həyətə düşüb tapdığı dəmir parçası ilə başladı Muradın belindən, başından vurmağa. Qabağına keçib ağlayıb yalvarmağa başladım ki, Muradı vurma, məni vur öldür. Muradı qan aparırdı, tutması tutdu. Mətbəxdən bıçağı götürüb o sarsıntı ilə atasının üstünə getdi, onu bıçaqladı. Təcili yardım gəlib yoldaşımı xəstəxanaya apardı, kişi oradaca keçindi. Mən sədrin də qəbulunda oldum, xahiş etdim ki, Muradın durumuna görə, işə təzədən baxılsın".

Təqsirləndirilən Murad Əmirov özünü təqsirli bilmədiyini və affekt vəziyyətdə qətli törətdiyini bildirdi:

"Atam 22 il idi ki, narkotikdən əziyyət çəkirdi. Ailəmi, iki uşağımı qurban edib o evdə bir müddət onunla birlikdə yaşadım, sonda dözə bilmədim, mətbəxdən bıçağı götürüb vurdum onu".

Şahid Eyvazov İmran təqsirləndirilən şəxsin qohumu olduğu, hadisə baş verən zaman öz həyətində işlədiyini dedi:

"İşlədiyim yerdə qəfil uşaq ağlaması, sonra güclü qapı çırpıntısı eşitdim. Tez onlara qaçdım ki, nə baş verdiyini görüm. Baxdım ki, Murad və atası yerdə uzanıqlı, taqətsiz halda idilər, Muradın boynu qan içində idi".

Vəkil Füzuli Qasımov vəsatət verərək təqsirləndirilən şəxsin təkrar psixoloji ekspertizadan keçirilməsi barədə vəsatət verdi.

Dövlət ittihamçısı Babaxan Həsənəliyev vəsatətin təmin olunmamasını məhkəmədən istədi.

Müşavirədən qayıdan məhkəmə heyəti vəsatətin təmin olunmamasını elan etdi.

Bundan sonra məhkəmə növbəti prosesin 20 noyabr saat 15:00-a qədər təxirə salındığını bildirdi.

Xatırladaq ki, hadisə paytaxtın Yasamal rayonu, Rahib Tağıyev küçəsi, ev 20 ünvanında qeydə alınıb.

1992-ci il təvəllüdlü Murad Nizami oğlu Əmirov atası Nizami Əmirovla mübahisə edib. Mübahisə nəticəsində M.Əmirov atasını səkkiz bıçaq zərbəsi ilə qətlə yetirib. M.Əmirov Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Tottenhem” İqor Tudorla yollarını ayırdı

“Tottenhem” İqor Tudorla yollarını ayırdı

“Bloomberg”dən nüvə silahları ilə bağlı QORXUNC YAZI

“Bloomberg”dən nüvə silahları ilə bağlı QORXUNC YAZI

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Kadi "Qarabağ"dan gedir?

Kadi "Qarabağ"dan gedir?

İsrail yenə Tehrana zərbə endirir

İsrail yenə Tehrana zərbə endirir

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

İllər sonra səhnəyə qayıdır - FOTO

İllər sonra səhnəyə qayıdır - FOTO

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Qəbələdə yaşayış evi yandı

Qəbələdə yaşayış evi yandı

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

İrana zərbələrdə 21 min sakin yaralanıb

İrana zərbələrdə 21 min sakin yaralanıb

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Qazaxda gənc qız dəm qazından boğuldu

Qazaxda gənc qız dəm qazından boğuldu

Şahbaz Şərif onları qəbul etdi

Şahbaz Şərif onları qəbul etdi

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

Bu şəxslərin övladlarına 140 manat verilir

Bu şəxslərin övladlarına 140 manat verilir

SEPAH-dan şok ultimatum: “İki universitet vurulacaq”

SEPAH-dan şok ultimatum: “İki universitet vurulacaq”

Əfqanıstanda daşqınlar: 17 ölü var

Əfqanıstanda daşqınlar: 17 ölü var

End of content

No more pages to load

RADİO