Vətən müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışovanın anası: “Qızım 10 oğula dəyərdi”

“Mən qızımla nəfəs alırdım. Evimin gülü soldu, ətri getdi”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında İkinci Qarabağ Müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışovanın anası Məktubə Baxışova deyib. O, Arəstəsiz 5 ilin onun üçün ağır keçdiyini bildirib:

”Bizim bütün həyatımız bərabər keçib, hər işi bərabər görmüşük. Mənim bu sözümdən oğul anaları inciyir. Amma məncə, qızı olan ana bəxtəvərdir, qızı olmayan ana bədbəxtdir. Arəstə 10 oğula dəyən qız idi. 12 yaşından mənimlə çiyin-çiyinə hər işimə kömək edib, qardaşlarının əziyyətini çəkib. Mənim sağ qolum o idi, indi elə bilirəm sağ qolum yoxdur. Arəstənin uşaqları mənə əmanətdir, onlara görə yaşayıram. Mən olmasam, uşaqlar pərən-pərən olar. Mərdanın 17 yaşı var, bu il məktəbdən məzun olacaq. Zəhranın apreldə 15 yaşı olacaq, 9-cu sinifdə oxuyur. Allah analarına verməyən ömrü onlara versin. Mərdan mənə deyir ki, nənə, sən mənə qayğı göstərirsən, amma mən ana qayğısı istəyirəm, heç kəs o qayğını mənə verə bilməz”.

Məktubə xanım qızının şəhid olduğu günü belə xatırlayır:

“Oktyabrın 23-də mən Xaçmazda  idim. Oğlum mənə axşam zəng eləyib dedi ki, ana, bacı yaralanıb, gəl. Mən gedib çatana qədər onun şəhid olduğunu gözləmirdim. Elə bilirdim, qızım yaralıdır. Oğullarım son ana qədər mənə heç nə demədilər. O mənzərəni heç vaxt unutmaram. Gedib ora çatanda oğlum mənə dedi ki, ana başın sağ olsun. Oğlum dedi ki, ana, sən Mərdan və Zəhraya lazımsan. Özümü toparlamağa çalışdım”.

O, Arəstə ilə son dəfə müharibə başladığı gün danışdığını deyib:

“Mərdanla oktyabrın 23-də danışdı. Ona dedi ki, nənənin sözünə bax, dərslərini yaxşı oxu, bacını qoru. Mən isə qızımla ən son sentyabrın 27-də danışdım. İki dəfə zəngimi açmadı, üçüncü dəfə zəng edəndə isə müharibə bölgəsində olduğunu məndən gizlətməyə çalışdı.  Ağladım, dedim ki, özünü qoru. Dedi, ana, 1989-cu ildən bu günə qədər bu qədər oğlumuz şəhid olub, mən onların yanında heçnəyəm. Mənə heç müharibəyə getdiyini, könüllü yazıldığını demədi. Onun sağaltdığı hərbçilər indi məni, nəvələrimi ziyarət edirlər”.

Xatırladaq ki, bu gün Arəstə Baxışovanın şəhadətindən 5 il ötür.

Arəstə Kərim qızı Baxışova 4 may 1989-cu ildə Xaçmaz şəhərində doğulub. Atası baş leytenant Kərim Baxışov Fövqəladə Hallar Nazirliyində Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb və Arəstənin dörd yaşı olarkən vəfat edib. Arəstə Baxışova 1995-2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 nömrəli tam orta məktəbdə təhsil alıb. 2004-2008-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Kollecində ingilis dili üzrə təhsil alıb. 2018-19-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Hərbi Hospitalında tibbi statist olaraq çalışıb. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində operator vəzifəsində xidmət edib.

Arəstə Baxışova Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanında tibbi yardım göstərib. O, 23 oktyabr Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Biləcəri qəsəbəsinin Şəhidlər xiyabanında dəfn olunub.

Prezident İlham Əliyevin sərəncamına əsasən, ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Vətən müharibəsinin tək qadın şəhidi olan Arəstənin Mərdan adında oğlu və Zəhra adında qızı yadigar qalıb.





Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan və BƏƏ "Sülh Qalxanı-2026" birgə təliminə hazırlığı müzakirə etdi - FOTO

Azərbaycan və BƏƏ "Sülh Qalxanı-2026" birgə təliminə hazırlığı müzakirə etdi - FOTO

Bacılar tənqidlərə CAVAB VERDİLƏR: “Əcəb etmişik, bundan sonra da belə edəcəyik!” - VİDEO

Bacılar tənqidlərə CAVAB VERDİLƏR: “Əcəb etmişik, bundan sonra da belə edəcəyik!” - VİDEO

Nazir: “Azərbaycanla əməkdaşlıq həm Avropa, həm də Qafqaz və Asiya ölkələri üçün faydalıdır”

Nazir: “Azərbaycanla əməkdaşlıq həm Avropa, həm də Qafqaz və Asiya ölkələri üçün faydalıdır”

Pelleqrini sıradan çıxdı

Pelleqrini sıradan çıxdı

MİDA-ya kiberhücumla bağlı cinayət işi açılıb, saxlanılanlar var - BİRGƏ MƏLUMAT

MİDA-ya kiberhücumla bağlı cinayət işi açılıb, saxlanılanlar var - BİRGƏ MƏLUMAT

XİN başçısı: “Ermənistanla digər sahələrdə əməkdaşlıq üçün potensial var”

XİN başçısı: “Ermənistanla digər sahələrdə əməkdaşlıq üçün potensial var”

Bakının bəzi yollarında SIXLIQ VAR

Bakının bəzi yollarında SIXLIQ VAR

Amaliya Pənahova - Əzmkar Azərbaycan qadının kübar SİMASI

Amaliya Pənahova - Əzmkar Azərbaycan qadının kübar SİMASI

Azərbaycanın "qara siyahı"sında olan şəxslərin sayı AÇIQLANDI

Azərbaycanın "qara siyahı"sında olan şəxslərin sayı AÇIQLANDI

“Ermənistanla təmaslar cari ildə müşahidə olunan müsbət dinamikanın inkişafının göstəricisidir”

“Ermənistanla təmaslar cari ildə müşahidə olunan müsbət dinamikanın inkişafının göstəricisidir”

Leyla Əliyeva "YAŞA" Mərkəzini ziyarət etdi - FOTO

Leyla Əliyeva "YAŞA" Mərkəzini ziyarət etdi - FOTO

Moped idarə edənlərdən sürücülük vəsiqəsi tələb olunacaq - Prezident TƏSDİQLƏDİ

Moped idarə edənlərdən sürücülük vəsiqəsi tələb olunacaq - Prezident TƏSDİQLƏDİ

Kayahanın malikanəsi 130 milyona satışa çıxarıldı – FOTO

Kayahanın malikanəsi 130 milyona satışa çıxarıldı – FOTO

Rusiya AZAL təyyarəsi ilə bağlı cinayət işinə xitam verib – Rəsmi Bakıdan CAVAB

Rusiya AZAL təyyarəsi ilə bağlı cinayət işinə xitam verib – Rəsmi Bakıdan CAVAB

Hava KƏSKİN DƏYİŞİR – Külək güclənəcək, qar yağacaq

Hava KƏSKİN DƏYİŞİR – Külək güclənəcək, qar yağacaq

Hər şeyin ən yaxşısını seçən BÜRCLƏR

Hər şeyin ən yaxşısını seçən BÜRCLƏR

Dağıdılan mədəni irsimiz, talanan sərvətlərimiz – Ermənistan işğalının ACI NƏTİCƏLƏRİ

Dağıdılan mədəni irsimiz, talanan sərvətlərimiz – Ermənistan işğalının ACI NƏTİCƏLƏRİ

Bu legionerlər “Sabah”dan GEDƏCƏK

Bu legionerlər “Sabah”dan GEDƏCƏK

Ramiz Mehdiyevin şəriki binasından yığılan pulları Əli Kərimliyə ötürüb?

Ramiz Mehdiyevin şəriki binasından yığılan pulları Əli Kərimliyə ötürüb?

Orduxan Teymurxan, Qurban Məmmədov, Rəfael Piriyev və digərlərinə HÖKM OXUNDU

Orduxan Teymurxan, Qurban Məmmədov, Rəfael Piriyev və digərlərinə HÖKM OXUNDU

Bahar “Ağ şəhər”dən bahalı EV ALDI – VİDEO

Bahar “Ağ şəhər”dən bahalı EV ALDI – VİDEO

Bayram günlərində metroda iş saatı UZADILACAQ

Bayram günlərində metroda iş saatı UZADILACAQ

"Banu" şirniyyat sexində ciddi nöqsanlar aşkarlandı – FOTO

"Banu" şirniyyat sexində ciddi nöqsanlar aşkarlandı – FOTO

Bu il Azərbaycanda 63 kişi arvadı tərəfindən DÖYÜLÜB

Bu il Azərbaycanda 63 kişi arvadı tərəfindən DÖYÜLÜB

End of content

No more pages to load

RADİO