“Sürücü dedi ki, düş, avtobusu sürmürəm...” - VİDEO

Bakıda 3 nömrəli avtobus sürücüsünün hərəkəti sərnişinlərin narazılığına səbəb olub.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, “TikTok”da yayılan videoda sürücünün sərnişinlərə kobud rəftar etdiyi iddia olunub.

Videonu paylaşan Azadə Həsənxanova bildirib ki, hadisə bu gün səhər radələrinə İnşaatçılar prospektində baş verib:

“Avtobusda o qədər sıxlıq var idi ki, ön qapıdan minmək mümkün deyildi. Yaşlı bir qadın arxa qapıdan mindi. Xanıma artıq əyləşmək üçün yer vermişdilər, oturmuşdu.

Sürücü dedi ki, aşağıya düş, avtobusu sürmürəm və sürmədi də. Başa düşürəm, arxadan minəndə sürücülər cərimə olunur. Amma o qədər insaflı sürücülər var, düşünürlər ki, hər kəs bu saatda evdən çıxırsa, çörəkpulu qazanmağa gedir. Həmin qadının halı avtobusda pisləşdi, çənəsi əsə-əsə düşdü.
 

Biz getdiyimiz yerə gecikdik, sürmədi. Sürücü 102-yə zəng etdikdən sonra avtobusu sürdü, “Gənclik” metrosuna gəldik. “Mall”un yanından dönüb qayıtmalı idi, sərnişinlər də dedi ki, qayda-qanun var, niyə dönmədin? Bizi metronun qarşsısında saxladı ki, düşün, avtobusda nasazlıq var”.


Məsələ ilə bağlı “Baku Bus”a sorğu ünvanladıq. Müraciətimizə cavab olaraq bildirildi ki, bu gün saat 08:00–09:00 radələri arasında “BakuBus” MMC-nin istismarında olan 3 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan avtobusda sürücü ilə sərnişin arasında insident baş verib:

“Hadisə ilə bağlı hazırda araşdırma aparılır. Məsələnin aydınlaşdırılması videomüşahidə kameraları vasitəsilə həyata keçirilir.
 

Qeyd edək ki, videogörüntülərin çıxarılması prosesi avtobusun axşam saatlarında depoya təhvil verilməsindən sonra həyata keçirilir.


Araşdırmanın nəticələrinə əsasən, hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat təqdim ediləcək”.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Damarları açır, ürəyi gücləndirir

Damarları açır, ürəyi gücləndirir

Elçinin yağış sevgisi

Elçinin yağış sevgisi

"Mənim kimi müğənni "Jiquli"də gəzməlidir?"

"Mənim kimi müğənni "Jiquli"də gəzməlidir?"

“Tottenhem” İqor Tudorla yollarını ayırdı

“Tottenhem” İqor Tudorla yollarını ayırdı

“Bloomberg”dən nüvə silahları ilə bağlı QORXUNC YAZI

“Bloomberg”dən nüvə silahları ilə bağlı QORXUNC YAZI

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Kadi "Qarabağ"dan gedir?

Kadi "Qarabağ"dan gedir?

İsrail yenə Tehrana zərbə endirir

İsrail yenə Tehrana zərbə endirir

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

İllər sonra səhnəyə qayıdır - FOTO

İllər sonra səhnəyə qayıdır - FOTO

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Qəbələdə yaşayış evi yandı

Qəbələdə yaşayış evi yandı

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

İrana zərbələrdə 21 min sakin yaralanıb

İrana zərbələrdə 21 min sakin yaralanıb

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Qazaxda gənc qız dəm qazından boğuldu

Qazaxda gənc qız dəm qazından boğuldu

Şahbaz Şərif onları qəbul etdi

Şahbaz Şərif onları qəbul etdi

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

End of content

No more pages to load

RADİO