BİZİM TƏQVİM:23 oktyabrda baş vermiş tarixi hadisələr

2020-ci ilin bu günündə Azərbaycan Silahlı Qüvvələri Xocavənd rayonunun Dolanar, Bünyadlı Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli, Mirzəhəsənli, Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərini Ermənistanın işğalından azad edib.

Bəs, oktyabrın 23-də dünyada daha hadisələr baş verib?

1. Azərbaycan və Gürcüstanda işgüzar səfərdə olmuş italiyalı kommersant Korsi “Koppegena della sera” qəzetinin 1919-cu il 23 oktyabr saylı nömrəsinə verdiyi müsahibədə Azərbaycanın müstəqillik uğrunda əzmlə mübarizə apardığını qeyd edib.

Korsi deyirdi: “Hər iki respublikanın müstəqilliyi ən qısa vaxtda Versal Sülh Konfransı tərəfindən tanınmalıdır”.

2. 23 oktyabr 1940-cı ildə Azərbaycan Rəssamlar İttifaqının birinci (təsis) qurultayı işə başlayıb.

3. İkinci Dünya Müharibəsindən sonra qurulmasına qərar verilən Birləşmiş Millətlər Təşkilatı 1946-cı il 23 oktyabrda ilk ümumi yığıncağını Nyu-York şəhərində təşkil edib.

4. 23 oktyabr 1954-cü ildə Almaniyanın NATO üzvlüyünə girməsi üçün Paris Müqaviləsi imzalandı.

5. 1956-cı ilin 23 oktyabrında Macarıstanda SSRİ-nin işğalı və suverenliyinə qarşı üsyan başladı. Bütün ölkəyə yayılan nümayişlərdə Sovet əsgərlərinin ölkədən çıxması tələb olunurdu.

6. 1973-cü il 23 oktyabrda ABŞ prezidenti Riçard Nikson  "Watergate" qalmaqalı ilə bağlı “Dəyirmi ofis”  səs qeydlərini məhkəməyə təhvil verməyi qəbul etdi.

7. 23 oktyabr 1978-ci ildə Ümummilli lider Heydər Əliyevin qərarı ilə Naxçıvan Muxtar Respublikasında Babək rayonu yaradılıb.

8. 23 oktyabr 1983-cü ildə Livanın paytaxtı Beyrutda Amerika və Fransa Sülh Qüvvələri qərargahlarına partlayıcı olan yük maşını ilə intihar hücumu olundu: 241 Amerika dəniz piyadası, 58 Fransa əsgəri öldü.

9. XX əsrin 60-cı illərində Türkiyədən qaçırılan, miladdan əvvəl 560-546-cı illər Lidiya mədəniyyətinə aid "Qarun xəzinəsi" 28 il sonra – 1993-cü il 23 oktyabrda yenidən ölkəyə gətirildi.

10. 23 oktyabr 2006-cı ildə Lerik rayonuna ilk dəfə təbii qaz verilib. Rayona qazın verilməsi mərasimində Prezident İlham Əliyev iştirak edib.

23 oktyabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndələrindən biri Seyid Əbülqasım Nəbati 1812-ci ilin bu günü Təbrizdə anadan olub. Həm klassik Şərq, həm də aşıq şeiri tərzində əsərlər yaradan Nəbatinin qəzəlləri bu gün də aşıqlar və xanəndələr tərəfindən sevilə-sevilə oxunur (1812-1873).

2. Məşhur Amerika fiziki, Nobel mükafatı laureatı, bərk cisim fizikası metodlarının banilərindən olan Feliks Blok 1905-ci ilin bu günü anadan olub. O, kristalların kvant nəzəriyyəsi və aşağı temperaturlu ferromaqnetizmin əsasını qoyub (1905-1986).

3. Futbol dünyasının əfsanəsi Pele 1940-cı ilin 23 oktyabrında Braziliyada dünyaya gəlib.

4. 23 oktyabr 1953-cü ildə tanınmış xanəndə Səxavət Məmmədov (1953 - 30.9.1991) doğulub. Xalq mahnıları, muğam və təsniflərin mahir ifaçısı olub. Avtomobil qəzasında dünyasını dəyişib.

5. 23 oktyabr 1944-ci ildə Xalq artisti, tanınmış aktrisa Lyudmila Duxovnaya anadan olub.

1963-cü ildən S.Vurğun adına Dövlət Rus Dram Teatrında çıxış edir.

6. Vətən Müharibəsi Qəhrəmanı Sübhan Cəbrayılov 23 oktyabr 1983-cü ildə anadan olub.

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Damarları açır, ürəyi gücləndirir

Damarları açır, ürəyi gücləndirir

Elçinin yağış sevgisi

Elçinin yağış sevgisi

"Mənim kimi müğənni "Jiquli"də gəzməlidir?"

"Mənim kimi müğənni "Jiquli"də gəzməlidir?"

“Tottenhem” İqor Tudorla yollarını ayırdı

“Tottenhem” İqor Tudorla yollarını ayırdı

“Bloomberg”dən nüvə silahları ilə bağlı QORXUNC YAZI

“Bloomberg”dən nüvə silahları ilə bağlı QORXUNC YAZI

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Kadi "Qarabağ"dan gedir?

Kadi "Qarabağ"dan gedir?

İsrail yenə Tehrana zərbə endirir

İsrail yenə Tehrana zərbə endirir

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

İllər sonra səhnəyə qayıdır - FOTO

İllər sonra səhnəyə qayıdır - FOTO

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Qəbələdə yaşayış evi yandı

Qəbələdə yaşayış evi yandı

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

İrana zərbələrdə 21 min sakin yaralanıb

İrana zərbələrdə 21 min sakin yaralanıb

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Qazaxda gənc qız dəm qazından boğuldu

Qazaxda gənc qız dəm qazından boğuldu

Şahbaz Şərif onları qəbul etdi

Şahbaz Şərif onları qəbul etdi

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

End of content

No more pages to load

RADİO