“Kəlilə və Dimnə”dən “Şahnamə”yə qədər – Azərbaycan muzeylərindən nə qədər oğurluq edilib? – RƏSMİ

Tarixin, incəsənətin və mədəniyyətin dəyərli izlərini qoruyan dünya muzeyləri zaman-zaman oğurluqlarla bağlı hadisələrlə yadda qalıb. Leonardo Da Vinçinin tablosundan Tutanxamonun artefaktlarına, Fransa imperatriçasının tacına qədər, dünyanın ən mühüm mədəni sərvətlərindən bəziləri gizli planların və təhlükəli əməliyyatların hədəfinə çevrilib.
 

MÖVZU İLƏ BAĞLI: 

Luvr muzeyində baş verən qarətin kadrları yayımlandı - VİDEO


Bəs Azərbaycan muzeylərində oğurluq hadisələri olubmu?

Bizim.Media-nın sualına Mədəniyyat Nazirliyindən cavab olaraq bildirildi ki, Azərbaycan muzeyləri tarixində də belə xoşagəlməz hadisələr olub.

1992-ci ildə muzeyin “Qrafika” fondundan XVI əsrdən XX əsrin ortalarına qədər dövrü əhatə edən 322 qrafik əsər oğurlanıb.

Onların arasında Avropa, Rusiya və Şərq incəsənətinin nadir nümunələri olub.

Bunlar arasında “Kəlilə və Dimnə”, “Şahnamə” kimi əlyazmalarına aid miniatürlər, məşhur Avropa rəssamları Jak Kallo, Jorj Vilya, Raymondo Markantonio və digər rəssamların tabloları, eskizləri, illüstrasiyaları və plakatları, həmçinin klassik rus sənət məktəbinin nümayəndələri — Şişkin, Bryullov, həmçinin Larionov və digər avanqard rəssamların əsərləri daxildir. Əsərlər beynəlxalq axtarışa verilib.


Nəticədə 204 əsər ABŞ-dan İnterpol vasitəsilə tapılıb geri qaytarılıb, 118 əsər isə hələ də axtarışdadır.
 

“Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə tapılmış artefaktlardan 13-ü 1954-cü il Haaqa Konvensiyasına uyğun olaraq silahlı münaqişə zamanı mədəni dəyərlərin qorunması məqsədilə Bremen muzeyinə təhvil verilib; həmin əsərlər İkinci Dünya müharibəsi zamanı qənimət kimi götürülüb.


Hər bir eksponat üçün mənşəyi, vəziyyəti və digər məlumatları əks etdirən sənədlər hazırlanır ki, bu da həm qorunma, həm də hər hansı itki və oğurluq halında axtarış üçün vacibdir”.

Muzeydən həmçinin bildirildi ki, respublika daxilində və ya xaricində hansısa bir muzeydən çıxarılan zaman əsərlər sığortalanır. Müxtəlif sığorta şirkətləri tərəfindən həmin əsərlərin sığorta dəyərləri müəyyən edilir.

Sığorta məlumatları müvafiq sənədlərdə qeyd olunur və protokollaşdırılır.

Hazırda isə bütün eksponatların ayrı-ayrılıqda sığortalanması praktikası tam olaraq tətbiq olunmayıb.

Şəfiqə Şəfiqə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsrail Tehrana kütləvi hava hücumu etdi – VİDEO

İsrail Tehrana kütləvi hava hücumu etdi – VİDEO

Rasim Balayevin cənazəsi ölkəyə GƏTİRİLDİ - VİDEO

Rasim Balayevin cənazəsi ölkəyə GƏTİRİLDİ - VİDEO

Tramp Venesuela ssenarisinə uyğun İran neftini almaq İSTƏYİR

Tramp Venesuela ssenarisinə uyğun İran neftini almaq İSTƏYİR

GÜNÜN HAVASI: 20 dərəcə isti, yağış, qar...

GÜNÜN HAVASI: 20 dərəcə isti, yağış, qar...

Zob haqqında doğru bildiklərimiz YALAN imiş – Niyə ən çox qadınlar bu xəstəlikdən əziyyət çəkir?

Zob haqqında doğru bildiklərimiz YALAN imiş – Niyə ən çox qadınlar bu xəstəlikdən əziyyət çəkir?

"Brent" neftin qiyməti 19 martdan bəri ilk dəfə 115 dolları keçib

"Brent" neftin qiyməti 19 martdan bəri ilk dəfə 115 dolları keçib

Vinisius məşqlərə geri döndü

Vinisius məşqlərə geri döndü

Damarları açır, ürəyi gücləndirir

Damarları açır, ürəyi gücləndirir

Elçinin yağış sevgisi

Elçinin yağış sevgisi

"Mənim kimi müğənni "Jiquli"də gəzməlidir?"

"Mənim kimi müğənni "Jiquli"də gəzməlidir?"

“Tottenhem” İqor Tudorla yollarını ayırdı

“Tottenhem” İqor Tudorla yollarını ayırdı

“Bloomberg”dən nüvə silahları ilə bağlı QORXUNC YAZI

“Bloomberg”dən nüvə silahları ilə bağlı QORXUNC YAZI

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Kadi "Qarabağ"dan gedir?

Kadi "Qarabağ"dan gedir?

İsrail yenə Tehrana zərbə endirir

İsrail yenə Tehrana zərbə endirir

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

İllər sonra səhnəyə qayıdır - FOTO

İllər sonra səhnəyə qayıdır - FOTO

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Qəbələdə yaşayış evi yandı

Qəbələdə yaşayış evi yandı

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

İrana zərbələrdə 21 min sakin yaralanıb

İrana zərbələrdə 21 min sakin yaralanıb

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

End of content

No more pages to load

RADİO