Azərbaycanda bu şəxslərin vəzifələri əlindən alınır - Yeni qərar və təyinatlar...

Baş nazir Əli Əsədovun qərarına əsasən, Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyəti optimallaşdırılıb.

Elm və Təhsil Nazirliyinin struktur islahatları çərçivəsində bir sıra elmi müəssisələr birləşdirilərək yeni institutlar yaradılıb.

Maraqlıdır, yeni institut və müəssisələrə yeni rəhbərlərin təyinatı nə vaxt həyata keçiriləcək?

Hazırkı rəhbərliklərin fəaliyyətinə davam etməsi, yaxud yeni kadrlarla əvəzlənməsi nəzərdə tutulurmu?

Bizim.Media xəbər verir ki, məsələ barəsində Elm və Təhsil Nazirliyindən “Yenisabah.az”a bildirilib ki, qaldırılan məsələ ilə bağlı müvafiq müzakirələr davam etdirilir.

Qərar qəbul olunduğu zaman ictimaiyyətə geniş məlumat təqdim ediləcək.
 

Qeyd edək ki, Geologiya və Geofizika İnstitutu ilə Neft və Qaz İnstitutu birləşdirilərək Geologiya İnstitutu, Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu ilə Torpaqşünaslıq və Aqrokimya İnstitutu birləşdirilərək Coğrafiya İnstitutu, Fizika İnstitutu ilə Radiasiya Problemləri İnstitutu birləşdirilərək Fizika İnstitutu yaradılıb.


Bundan başqa, Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu ilə Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu birləşdirilərək Kimya İnstitutu, İdarəetmə Sistemləri İnstitutu ilə Riyaziyyat və Mexanika İnstitutu birləşdirilərək Riyaziyyat İnstitutu formalaşdırılıb. Həmçinin Botanika İnstitutu ilə Dendrologiya İnstitutu birləşdirilərək Botanika İnstitutu, Zoologiya İnstitutu ilə Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu birləşdirilərək Canlı Sistemlərin Tədqiqi İnstitutu, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Mikrobiologiya İnstitutu və Biofizika İnstitutu isə birləşdirilərək Molekulyar Biologiya İnstitutu yaradılıb.

Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə,

Neft və Qaz institutunun baş direktoru, akademik Fəxrəddin Qədirov,

Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun rəhbəri coğrafiya elmləri doktoru, professor Zakir Eminov,

Azərbaycanın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun hazırkı rəhbəri Əlövsət Quliyev,

Fizika institunun direktoru Arif Həşimov,

Radiasiya Problemləri İnstitutu direktoru AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor İslam Mustafayev,

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru akademik Dilqəm Tağıyev,

Aşqarlar Kimyası İnstitutunun rəhbəri Vаqif Məcid оğlu Fərzəliyev,

İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasov,

Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanov,

Botanika İnstitutunun direktoru biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva,

Dendrologiya İnstitutunun baş direktoru Minarə Həsənova,

Zoologiya İnstitutunun rəhbəri aqrar elmlər doktoru, dosent Ələddin Eyvazov,

Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru biologiya elmləri
doktoru, professor Ulduz Fayızi Həşimova,

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru akademik İradə Hüseynova,

Mikrobiologiya İnstitutunun baş direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Pənah Muradov,

Biofizika İnstitutunun rəhbəri Leylaxanım Məlikova olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsrail Tehrana kütləvi hava hücumu etdi – VİDEO

İsrail Tehrana kütləvi hava hücumu etdi – VİDEO

Rasim Balayevin cənazəsi ölkəyə GƏTİRİLDİ - VİDEO

Rasim Balayevin cənazəsi ölkəyə GƏTİRİLDİ - VİDEO

Tramp Venesuela ssenarisinə uyğun İran neftini almaq İSTƏYİR

Tramp Venesuela ssenarisinə uyğun İran neftini almaq İSTƏYİR

GÜNÜN HAVASI: 20 dərəcə isti, yağış, qar...

GÜNÜN HAVASI: 20 dərəcə isti, yağış, qar...

Zob haqqında doğru bildiklərimiz YALAN imiş – Niyə ən çox qadınlar bu xəstəlikdən əziyyət çəkir?

Zob haqqında doğru bildiklərimiz YALAN imiş – Niyə ən çox qadınlar bu xəstəlikdən əziyyət çəkir?

"Brent" neftin qiyməti 19 martdan bəri ilk dəfə 115 dolları keçib

"Brent" neftin qiyməti 19 martdan bəri ilk dəfə 115 dolları keçib

Vinisius məşqlərə geri döndü

Vinisius məşqlərə geri döndü

Damarları açır, ürəyi gücləndirir

Damarları açır, ürəyi gücləndirir

Elçinin yağış sevgisi

Elçinin yağış sevgisi

"Mənim kimi müğənni "Jiquli"də gəzməlidir?"

"Mənim kimi müğənni "Jiquli"də gəzməlidir?"

“Tottenhem” İqor Tudorla yollarını ayırdı

“Tottenhem” İqor Tudorla yollarını ayırdı

“Bloomberg”dən nüvə silahları ilə bağlı QORXUNC YAZI

“Bloomberg”dən nüvə silahları ilə bağlı QORXUNC YAZI

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Kadi "Qarabağ"dan gedir?

Kadi "Qarabağ"dan gedir?

İsrail yenə Tehrana zərbə endirir

İsrail yenə Tehrana zərbə endirir

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

İllər sonra səhnəyə qayıdır - FOTO

İllər sonra səhnəyə qayıdır - FOTO

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Qəbələdə yaşayış evi yandı

Qəbələdə yaşayış evi yandı

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

İrana zərbələrdə 21 min sakin yaralanıb

İrana zərbələrdə 21 min sakin yaralanıb

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

End of content

No more pages to load

RADİO