Xaricdə sertifikatla, bizdə tanışlıqla – Uşaqlarımızı kimə ƏMANƏT EDİRİK?

Mətbuatda və sosial şəbəkələrdə uşaqlara xoş davranmayan, onları döyən, incidən dayələrlə bağlı məlumatlara rast gəlirik. Bu məlumatlar övladını dayələrə əmanət etmək istəyən, xüsusilə, uşağını dayəyə etibar etmək məcburiyyətində olan anaları narahat edir.
 

Dünyanın bir çox inkişaf etmiş ölkələrində dayəlik fəaliyyəti qanunla tənzimlənir. Ailələr dayə axtararkən müəyyən qurumlara müraciət edir və dayə işini zəmanətə alırlar. Bizdə isə dayələr ya tanışlıqla, ya da hissiyyatla seçilir. Ölkəmizdə bir müddət dayənin rusdillli və ya ingilisdilli olması da şərtlər arasında xüsusi yer tuturdu. İndi də dil biliyinə önəm verənlər az deyil.


Lakin təkcə dil biliyi əsas olmamalıdır, çünki dayə həm də uşağın tərbiyəsində, formalaşmasında birbaşa iştirak edir. Ona görə də onun psixi və fiizki sağlamlığı da önəmlidir ki, bunu özü haqqında elan dərc edən dayənin təcümeyi-halından bilmək mümkün deyil.

Dayələrin əməkhaqqına gəldikdə isə iş elanlara baxdıqda minimum əməkhaqqının ikiqatı, yəni təxminən (700-800) manatdan başladığını demək mümkündür. Əlbəttə, bu dayə və ailə arasında razılaşma əsasında müəyyən edilir.

Ölkəmizdə dayəlik məsələsi ilə bağlı xüsusi qanun yoxdur.

Bəs dayəlik etmək istəyənlər təhsilə cəlb olunurlarmı?

Peşə Təhsili üzrə Dövlət Agentliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, dayə ixtisası üzrə tələbə qəbulu ilk dəfə 2019-2020-ci tədris ili üzrə aparılıb.

Qeyd edilib ki, peşə məktəblərində dayə ixtisası üzrə tədris ana dilində ünsiyyət, şəxsi inkişaf və karyera planlaşdırması, sahibkarlıq, İKT-dən istifadə, rəsm, yapma, aplikasiya və quraşdırma üzrə işin metodikası, məktəbəqədər yaşlı uşaqların anatomiyası və fiziologiyası və gigiyenası, tibbi biliklərin əsasları, ətraf mühitlə tanışlıq əsasında ana dili və nitqin inkişaf etdirilməsi metodikası, uşaq ədəbiyyatı və oxu metodikası, sadə riyazi təsəvvürlərin inkişafı metodikası, musiqi tərbiyəsi metodikası, məktəbəqədər pedoqogika istiqamətləri üzrə aparılır.

Mövzu barədə danışan psixoloq Gülnar Orucova Bizim.Media-ya deyib ki, dayələr dünyanın bir çox ölkələrində təcrübə ilə yanaşı təhsil də alırlar:

“Yəni yetərli bir həddə çatır, ondan sonra dayə işləmək kimi bir haqqa sahib olurlar. Bizdə isə heç bir iş tapmayan və yaxud heç vaxt heç yerdə çalışmayan insanları, hətta ana olmayan insanları belə dayə kimi işə ala bilirlər. İndi, bəlkə, dayənin maaşı bir az yüksəkdir, amma həmişə dayələrə çox az əməkhaqqı verilib. Psixoloq olaraq çalışıram və pasiyentlərimi bəzən dayələr aparıb gətirdiyi üçün onlarla tanış olmaq imkanım yaranır. Müxtəlif tip dayələr görürəm. Bəzi dayələr özləri uşaqla ünsiyyət qurmaq istəmir”.

Onun sözlərinə görə, bəzi insanlar dayəni həyat yoldaşına qısqandığı üçün yaşlı insanlardan seçmək istəyirlər:

“Elə dayələr var ki, uşaq qaçdıqda onun arxasınca qaçmaq gücündə deyil. Ən ucuz, ən az məvacib hansıdırsa, onu axtarırlar. Çox aşağı məbləğ verdiklərinə görə tələbi də yüksək qoymaq mümkün deyil. Bu gün ən aşağı məbləğdə özünə dayə tutursansa, o, özünü inkişaf etdirə bilməyəcək. Xaricdə isə dayələrin işi tənzimlənir. Bu gün elə dayələr olur ki, uşağı döyür, uşağı götürüb qaçır, amma bunu şirkət tənzimləyəndə bu cür hallar daha az olur.

Dayə seçərkən baxmalısan ki, dayə kimi harda kursdan keçib. Yaxud dayə kimi evlərdə fəaliyyət göstərdiyi evin adam haqqında xasiyyətnaməsinə baxmaq lazımdır. Xaricdə göndərilən evlərdə xasiyyətnamə yazılır və bununla onun dayə kimi hansı səviyyədə olduğu bilinir. Bizdə isə bunu tənzimləyən qurum yoxdur. Çünki bizdə bu işə çox az əməkhaqqı verilir. Son dönəmlərdə yaşı tamam olmamış körpələri belə bağçalar götürür deyə dayə ancaq uşağı başçaya, məktəbə aparıb gətirmək üçün lazım olur. Dayə peşəsi bizdə öz yerini bərqərar edə bilməyib və təəssüf ki, hörmətli peşə kimi təsdiqlənməyib”.

Günay Şahmar, Bizim.Media

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"WhatsApp" yazışmalarınızı "anlayan" oldu

"WhatsApp" yazışmalarınızı "anlayan" oldu

1 gün qaldı — İki bürcün zənginlik dövrü başlayır

1 gün qaldı — İki bürcün zənginlik dövrü başlayır

Tanınmış BDU professoru dünyasını dəyişdi

Tanınmış BDU professoru dünyasını dəyişdi

Emre Altuğdan Roza Zərgərliyə səhnədə sürpriz - VİDEO

Emre Altuğdan Roza Zərgərliyə səhnədə sürpriz - VİDEO

Dünyanın ən qorxulu vulkanı qonşuluqda yerləşirmiş – Supervulkan 1,7 milyon ildən sonra oyanır

Dünyanın ən qorxulu vulkanı qonşuluqda yerləşirmiş – Supervulkan 1,7 milyon ildən sonra oyanır

Sumqayıtda mebel sexi yandı – VİDEO

Sumqayıtda mebel sexi yandı – VİDEO

Yol Polisindən rayondan qayıdan sürücülərə MÜRACİƏT

Yol Polisindən rayondan qayıdan sürücülərə MÜRACİƏT

Xaçmazda sinif yoldaşları 28 il sonra sel sayəsində GÖRÜŞDÜLƏR – VİDEO

Xaçmazda sinif yoldaşları 28 il sonra sel sayəsində GÖRÜŞDÜLƏR – VİDEO

“İkimiz də yorulmuşuq” – Zelenskinin həyat yoldaşı şikayətləndi

“İkimiz də yorulmuşuq” – Zelenskinin həyat yoldaşı şikayətləndi

Narkotikin təsiri altında avtomobil idarə etdi - Həbs olundu – FOTO

Narkotikin təsiri altında avtomobil idarə etdi - Həbs olundu – FOTO

Azərbaycanda unlu məmulatlarının istehsalı artıb

Azərbaycanda unlu məmulatlarının istehsalı artıb

Tramp: “ABŞ və İran yaxın günlərdə razılığa gələ bilər” – VİDEO

Tramp: “ABŞ və İran yaxın günlərdə razılığa gələ bilər” – VİDEO

Bakıda dəhşət: Qadın binadan yıxılaraq öldü

Bakıda dəhşət: Qadın binadan yıxılaraq öldü

Azərbaycanda makaron ehtiyatı kəskin ARTIB

Azərbaycanda makaron ehtiyatı kəskin ARTIB

Gəncədə ağır QƏZA: 3 qadın xəstəxanalıq oldu – ADLAR/FOTO

Gəncədə ağır QƏZA: 3 qadın xəstəxanalıq oldu – ADLAR/FOTO

Şirvanda evdə partlayış oldu: Xəsarət alan var - VİDEO

Şirvanda evdə partlayış oldu: Xəsarət alan var - VİDEO

Məktəblilər 10 gün dərsə getməyəcək - SƏBƏB

Məktəblilər 10 gün dərsə getməyəcək - SƏBƏB

“Gedən cismimdir, ruhum sizinlədir” – Bu gün Azərbaycan tamaşaçısı Rasim Balayevlə vidalaşacaq - VİDEO

“Gedən cismimdir, ruhum sizinlədir” – Bu gün Azərbaycan tamaşaçısı Rasim Balayevlə vidalaşacaq - VİDEO

Məsafədən bank hesabı açılması qaydaları QÜVVƏYƏ MİNDİ

Məsafədən bank hesabı açılması qaydaları QÜVVƏYƏ MİNDİ

Qaraçuxurda ağac yola aşdı - Hərəkət məhdudlaşdı – FOTO

Qaraçuxurda ağac yola aşdı - Hərəkət məhdudlaşdı – FOTO

Azərbaycan millisi beynəlxalq turnirdə ikinci oyununa ÇIXIR

Azərbaycan millisi beynəlxalq turnirdə ikinci oyununa ÇIXIR

Qəbələdə ev YANDI – FOTO

Qəbələdə ev YANDI – FOTO

İsrail Tehrana kütləvi hava hücumu etdi – VİDEO

İsrail Tehrana kütləvi hava hücumu etdi – VİDEO

Rasim Balayevin cənazəsi ölkəyə GƏTİRİLDİ - VİDEO

Rasim Balayevin cənazəsi ölkəyə GƏTİRİLDİ - VİDEO

End of content

No more pages to load

RADİO