Bakı-Qəbələ dəmir yolu marşrutu üzrə əlavə reyslər təyin edilib
8 noyabr – Zəfər Günündən etibarən Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə reyslər təyin edilir.
"Azərbaycan Dəmir Yolları" QSC-dən Bizim.Media-ya verilən məlumata görə, sərnişin tələbatını təmin etmək məqsədilə Bakıdan və Qəbələdən 8, 9, 10 və 11 noyabr tarixlərində hər iki istiqamətə reyslər təşkil ediləcək.
Məlumata görə, 8 noyabrdan başlayaraq həftəsonları bu maşrutla ənənəvi qrafik üzrə səfərlər ikimərtəbəli müasir qatarlarla həyata keçiriləcək.

Bizim.Media