İlqar Mustafayevin MƏHKƏMƏ İŞİ: Sabiq idarə rəisi nə qədər pul mənimsəyib?

"Dənizkənarı Bulvar İdarəsi" Publik Hüquqi Şəxsin İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, onun köməkçisi Rəşad Bədəlov, "GİRASOL" MMC-nin direktoru Fuad Babayev və digərlərinin cinayət işi üzrə məhkəmənin növbəti baxışı keçirilib.
 

MÖVZU İLƏ BAĞLI: 

Dənizkənarı Bulvar İdarəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi MƏHKƏMƏYƏ GÖNDƏRİLDİ


Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə İlqar Mustafayev ifadə verib.

Təqsirləndirilən sabiq idarə rəhbəri prokurorun Fuad Babayevlə bağlı sualına cavabında bildirib ki, onun tabeliyində ümumilikdə 980 nəfər işçi olub və Fuad Babayev də onlardan biri kimi fəaliyyət göstərib.

O, Dənizkənarı Bulvar İdarəsinin ərazisində sərnişinlərə xidmət edən gəmilər və digər gəlir gətirən sahələrin ayrı-ayrı fiziki şəxslərə aid olduğunu deyib:

"Mənim vəzifəm yalnız ümumi nəzarətin həyata keçirilməsi idi. Mənə elan olunan ittihamda göstərilən məbləğlərin bu sahələrlə, ümumiyyətlə, əlaqəsi yoxdur. Bu rəqəmlər virtual şəkildə qeyd olunub, başım çıxmır. Dayanacaqlarla bağlı da eyni vəziyyətdir.

Əgər bu obyektləri işlədənlər vergi ödəyiblərsə, məni niyə vergi ödəməməkdə ittiham edirlər?"

İlqar Mustafayev əlavə edib ki, fiziki şəxslərlə bağlanan müqavilələrdən əldə olunan gəlirlər qeyri-büdcə vəsaitləri hesabına olub və o bu gəlirlərdən vergi ödəyib.

Onun vəkili çıxışı zamanı ittihamda əsas diqqətçəkən məqamdan danışıb:

"İlqar Mustafayev barədə ittihamda göstərilir ki, o, 2016-cı ildə vəzifəyə təyin olunduğu ildən etibarən 8 milyon, sonrakı altı il ərzində isə 6 milyon manat mənimsəyib".

Məhkəmə araşdırması noyabrın 3-də davam edəcək.

Qeyd edək ki, "Dənizkənarı Bulvar İdarəsi" PHŞ-nin fəaliyyətinin yoxlanılması ilə bağlı Hesablama Palatasından Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olan materiallar əsasında istintaq aparılıb.

İstintaqla müəyyən edilib ki, İlqar Mustafayev idarə heyətinin sədri olduğu dövrdə köməkçisi Rəşad Bədəlov, "GİRASOL" MMC-nin direktoru Fuad Babayev və digərləri ilə cinayət əlaqəsinə girərək rəsmi sənədlərə yalan məlumatlar daxil edib. Onlar qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, kommersiya obyektlərinin fəaliyyəti və gəmi gəzintilərindən əldə edilən ümumilikdə 12 milyon manatdan artıq vəsaiti mənimsəməkdə ittiham olunurlar.


Bundan başqa, İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq vergi borcunu ödəmədiyi və 10 milyon manatdan çox məbləğdə cinayət yolu ilə əldə edilmiş pul vəsaitini özünün və qohumlarının adına əmlak alqı-satqısı yolu ilə leqallaşdırdığı bildirilir.

Toplanmış sübutlar əsasında İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4, 193-1.3.2, 213.3, 308.2 və 313-cü maddələri, Fuad Babayev və Rəşad Bədəlova isə 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan olunub.
 

İlqar Mustafayev barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri, digərləri barəsində isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.


İş üzrə 11 milyon manatdan artıq dəyərdə əmlak üzərinə həbs qoyulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Babək" filminin “Buğday”ı: “Rasim Balayevə çox şey borcluyam"

“Babək" filminin “Buğday”ı: “Rasim Balayevə çox şey borcluyam"

Güclü yağışdan sonra Bakı küçələri yuyuldu – FOTO

Güclü yağışdan sonra Bakı küçələri yuyuldu – FOTO

Apreldə varlanacaq 3 bürc – pul axını başlayır

Apreldə varlanacaq 3 bürc – pul axını başlayır

Ağcabədidə ƏMƏLİYYAT: İran vətəndaşı saxlanıldı – FOTO/VİDEO

Ağcabədidə ƏMƏLİYYAT: İran vətəndaşı saxlanıldı – FOTO/VİDEO

"Rasim Balayevi zaman keçdikcə daha dərindən tanıyırıq" - Rafiq Əzimov

"Rasim Balayevi zaman keçdikcə daha dərindən tanıyırıq" - Rafiq Əzimov

Nərimanovda avtomobillərdən oğurluğun ANBAAN GÖRÜNTÜLƏRİ

Nərimanovda avtomobillərdən oğurluğun ANBAAN GÖRÜNTÜLƏRİ

Sabah yağış yağacaq – PROQNOZ

Sabah yağış yağacaq – PROQNOZ

Abşeron Ticarət Mərkəzi sahibkarlara dəstək göstərəcək

Abşeron Ticarət Mərkəzi sahibkarlara dəstək göstərəcək

İlham Əliyev və Mehriban Əliyeva Rasim Balayevlə vida mərasiminə əklil göndərdilər

İlham Əliyev və Mehriban Əliyeva Rasim Balayevlə vida mərasiminə əklil göndərdilər

İrandan Azərbaycana 51 kq-dan artıq narkotik keçirmək istədilər – FOTO

İrandan Azərbaycana 51 kq-dan artıq narkotik keçirmək istədilər – FOTO

Azərbaycan gübrə idxalına çəkdiyi xərci KƏSKİN ARTIRIB

Azərbaycan gübrə idxalına çəkdiyi xərci KƏSKİN ARTIRIB

Hörmüz boğazı ətrafında PSİXOLOJİ SAVAŞ - Siyasi bəyanatlar qiymətləri necə dəyişir?

Hörmüz boğazı ətrafında PSİXOLOJİ SAVAŞ - Siyasi bəyanatlar qiymətləri necə dəyişir?

Rasim Balayevlə vida mərasimi KEÇİRİLİR – VİDEO

Rasim Balayevlə vida mərasimi KEÇİRİLİR – VİDEO

Bir kasası xəstəliyi qapıdan qovur: Şəfa mənbəyidir

Bir kasası xəstəliyi qapıdan qovur: Şəfa mənbəyidir

İrandan Azərbaycana indiyədək neçə nəfər təxliyə edilib? – FOTO

İrandan Azərbaycana indiyədək neçə nəfər təxliyə edilib? – FOTO

FHN su basmış ərazilərdən 454 nəfəri təxliyə edib – FOTO/VİDEO

FHN su basmış ərazilərdən 454 nəfəri təxliyə edib – FOTO/VİDEO

Yevlaxda ot bağlamalarının üzərindən yıxılan 72 yaşlı kişi vəfat etdi

Yevlaxda ot bağlamalarının üzərindən yıxılan 72 yaşlı kişi vəfat etdi

Faciəvi şəkildə ölən Abgülün FOTOSU - Nişanı yeni olubmuş

Faciəvi şəkildə ölən Abgülün FOTOSU - Nişanı yeni olubmuş

"WhatsApp" yazışmalarınızı "anlayan" oldu

"WhatsApp" yazışmalarınızı "anlayan" oldu

1 gün qaldı — İki bürcün zənginlik dövrü başlayır

1 gün qaldı — İki bürcün zənginlik dövrü başlayır

Tanınmış BDU professoru dünyasını dəyişdi

Tanınmış BDU professoru dünyasını dəyişdi

Emre Altuğdan Roza Zərgərliyə səhnədə sürpriz - VİDEO

Emre Altuğdan Roza Zərgərliyə səhnədə sürpriz - VİDEO

Dünyanın ən qorxulu vulkanı qonşuluqda yerləşirmiş – Supervulkan 1,7 milyon ildən sonra oyanır

Dünyanın ən qorxulu vulkanı qonşuluqda yerləşirmiş – Supervulkan 1,7 milyon ildən sonra oyanır

Sumqayıtda mebel sexi yandı – VİDEO

Sumqayıtda mebel sexi yandı – VİDEO

End of content

No more pages to load

RADİO