Mehdiyevin vəzifədə olan qohumları – Kimlər hansı postu tutur?

Prezident Administrasiyasının sabiq rəhbəri, dövlət çevrilişinə cəhddə və dövlətə xəyanətdə ittiham olunan akademik Ramiz Mehdiyevin həbsi ilə bağlı rezonans davam etdiyi bir vaxtda, ictimaiyyətin diqqət mərkəzinə düşən əsas məqamlardan biri onun hələ də yüksək vəzifələrdə yaxın və uzaq qohumlarının çalışmasıdır.

Bizim.Media Azərbaycan mediasında zaman-zaman adları çəkilən Mehdiyevin dövlət vəzifəsini tutan qohumlarının siyahısını təqdim edir:

Teymur Mehdiyev - Ramiz Mehdiyevin oğlu.

2014-cü il 5 may tarixində fövqəladə hallar nazirinin müavini təyin edilib və elə həmin il general-mayor ali hərbi rütbəsi alıb. 2018-ci ildə “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Kamilə Əliyeva (Mehdiyeva kimi tanınır) - Ramiz Mehdiyevin qızı.

Psixologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin Sosial və pedaqoji psixologiya kafedrasının müdiridir. 

Qeyd edək ki, Kamilə Əliyeva keçmiş deputat İlham Əliyevin həyat yoldaşıdır.

Qalina Yuriyevna Mehdiyeva – Ramiz Mehdiyevin həyat yoldaşı.

Fizika-riyaziyyat elmləri doktoru, professor. 1976-cı ildən BDU-da çalışır. Media məlumatlarına görə, bir müddət AMEA daxilində dissertasiya şuralarında təsir imkanlarına malik olub.

Mehdiyev Telman Hüseynqulu oğlu – Ramiz Mehdiyevin qardaşının oğlu.

Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisidir. Uzun illər Dövlət Gömrük Komitəsində çalışıb. 2017-ci ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Mehdiyev Nəriman Hüseynqulu oğlu – Mehdiyevin digər qardaşının oğlu.

Nizami Rayon Məhkəməsinin hakimidir.

Mehdiyev Elvin Xanlar oğlu

Dövlət Gömrük Komitəsində daxili xidmət polkovnik-leytenantı, idarə rəisi. Bundan əvvəl FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Maliyyə İdarəsinə rəhbərlik edib.

Mehdiyev Zahid Arif oğlu

Azərbaycan Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyində şöbə müdiridir. 2017-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Adıçəkiləndən başqa Mehdiyevin AMEA-da rəhbər vəzifədə olduğu dövrdə kürəkəninin qohumlarına da yüksək vəzifələr verdiyi barədə məlumatlar yayılıb. Məsələn, keçən il kürəkəni İlham Əliyevin qardaşı Fikrət Əliyev AMEA-nın İşlər idarəsinə müvəqqəti müdir təyin olunmuşdu.

Kürəkəni İlham Əliyevin xalası oğlu Seymur Qurban oğlu Mərdəliyev, Prezidentin 26 dekabr 2019-cu il Sərəncamı ilə Azərbaycanın BMT-nin Cenevrə bürosu və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin müavini təyin edilib. Onun həyat yoldaşı Mərziyyə Mərdəliyeva isə eyni nümayəndəlikdə 1-ci katib vəzifəsinə gətirilib.
 

Bundan əlavə, Mehdiyevin yaxın qohumlarından biri – baldızı oğlu, polis polkovniki Levan Qurskayanın Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəis müavini vəzifəsindən azad olunduğu bildirilmişdi. Lakin yayılan son məlumatlara görə, o, hələ də vəzifəsinin icrasındadır.


Ümumilikdə, Ramiz Mehdiyevin hüquq-mühafizə orqanları və digər dövlət qurumlarına yerləşdirdiyi, sayı dəqiq məlum olmayan daha çox qohumunun da olduğu iddia edilir. (Mənbə: Sfera.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ucarda ağır QƏZA: Xəsarət alan var

Ucarda ağır QƏZA: Xəsarət alan var

Rasim Balayev dəfn olundu – VİDEO

Rasim Balayev dəfn olundu – VİDEO

30 mart-5 aprel tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

30 mart-5 aprel tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər SAXLANILDI

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər SAXLANILDI

Mart ayı bitmədən "bağçaya corab atın" çağırışı

Mart ayı bitmədən "bağçaya corab atın" çağırışı

Azərbaycanda şəkər və qənd istehsalı ARTIB

Azərbaycanda şəkər və qənd istehsalı ARTIB

Səhvlərdən doğan milyard dollarlıq ideyalar

Səhvlərdən doğan milyard dollarlıq ideyalar

Tətilin son günü - Sabahdan məktəblərdə dərslər BAŞLAYIR

Tətilin son günü - Sabahdan məktəblərdə dərslər BAŞLAYIR

Ötən gün ölkədə 9 avtomat silahı aşkarlanıb

Ötən gün ölkədə 9 avtomat silahı aşkarlanıb

Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq İMZALADI

Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq İMZALADI

Baş nazir Rasim Balayevlə vida mərasimində - FOTO/VİDEO

Baş nazir Rasim Balayevlə vida mərasimində - FOTO/VİDEO

"Çox evlənəndə belə olur"

"Çox evlənəndə belə olur"

Daşkəsəndə yolda sürüşmə baş verdi – FOTO/VİDEO

Daşkəsəndə yolda sürüşmə baş verdi – FOTO/VİDEO

“Rasim Balayev dərdini gizlətdi və son nəfəsinə qədər güclü qaldı" - Hacı İsmayılov

“Rasim Balayev dərdini gizlətdi və son nəfəsinə qədər güclü qaldı" - Hacı İsmayılov

Şəhid Adəm Heydərovun doğum günündə xatirəsi ehtiramla yad edildi – FOTO

Şəhid Adəm Heydərovun doğum günündə xatirəsi ehtiramla yad edildi – FOTO

“Babək" filminin “Buğday”ı: “Rasim Balayevə çox şey borcluyam"

“Babək" filminin “Buğday”ı: “Rasim Balayevə çox şey borcluyam"

Güclü yağışdan sonra Bakı küçələri yuyuldu – FOTO

Güclü yağışdan sonra Bakı küçələri yuyuldu – FOTO

Apreldə varlanacaq 3 bürc – pul axını başlayır

Apreldə varlanacaq 3 bürc – pul axını başlayır

Ağcabədidə ƏMƏLİYYAT: İran vətəndaşı saxlanıldı – FOTO/VİDEO

Ağcabədidə ƏMƏLİYYAT: İran vətəndaşı saxlanıldı – FOTO/VİDEO

"Rasim Balayevi zaman keçdikcə daha dərindən tanıyırıq" - Rafiq Əzimov

"Rasim Balayevi zaman keçdikcə daha dərindən tanıyırıq" - Rafiq Əzimov

Nərimanovda avtomobillərdən oğurluğun ANBAAN GÖRÜNTÜLƏRİ

Nərimanovda avtomobillərdən oğurluğun ANBAAN GÖRÜNTÜLƏRİ

Sabah yağış yağacaq – PROQNOZ

Sabah yağış yağacaq – PROQNOZ

Abşeron Ticarət Mərkəzi sahibkarlara dəstək göstərəcək

Abşeron Ticarət Mərkəzi sahibkarlara dəstək göstərəcək

İlham Əliyev və Mehriban Əliyeva Rasim Balayevlə vida mərasiminə əklil göndərdilər

İlham Əliyev və Mehriban Əliyeva Rasim Balayevlə vida mərasiminə əklil göndərdilər

End of content

No more pages to load

RADİO