Ramiz Mehdiyevdən sonra Eldar Mahmudovun da həbsi GÜNDƏMDƏ - FOTO

Ramiz Mehdiyevin həbsi xəbərlərindən sonra sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun da məsuliyyətə cəlb ediləcəyi gözlənilir. İspaniyanın nüfuzlu “Diario de Mallorca” nəşri yazır ki, Azərbaycan Baş Prokurorluğu Palma şəhər məhkəməsinə və Balear adalarının Korrupsiyaya qarşı Prokurorluğuna rəsmi məktub göndərib.

Bizim.Media xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli özünün sosial şəbəkə hesabında paylaşım edib.

Onun paylaşımında qeyd edilir ki, məktubda Mahmudovlar ailəsinin xaricdəki maliyyə əməliyyatları və ofşor şəbəkələri barədə geniş məlumat təqdim olunub.

Bildirilir ki, Eldar Mahmudov və onun ailə üzvləri barəsində ayrıca cinayət işi aparılır və bu araşdırma 2018-ci ildə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş əməkdaşlarına qarşı qaldırılmış işdən tamamilə fərqlidir.
 

Baş Prokurorluğun İspaniya tərəfinə təqdim etdiyi sənədlərə əsasən, dövlət büdcəsindən mənimsənilən 29,6 milyon avro əvvəlcə Latviyadakı banka köçürülüb. Həmin hesab Dominikan Respublikasında qeydiyyatdan keçmiş “Prime Design and Patenting SA” adlı ofşor şirkətə məxsus olub.


Şirkətin sahibi kimi göstərilən Sahib Əli oğlu Ağayev Eldar Mahmudovun yaxın çevrəsinə daxil olan şəxs hesab olunur. 2014–2015-ci illərdə bu vəsaitin bir hissəsi Mahmudovun oğlu Anar Mahmudovun nəzarətində olan digər ofşor şirkətlərin hesablarına köçürülüb.

Azərbaycan məhkəmə sənədlərinə görə, Sahib Ağayev 2018-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində korrupsiya və mənimsəmə ittihamı ilə mühakimə olunub və 2020-ci il iyunun 16-da məhkum edilib.

Mahmudovun digər qohumları və yaxın əməkdaşları da 10 milyondan çox manat dövlət vəsaitinin mənimsənilməsində təqsirli bilinərək müxtəlif cəzalara məhkum olunublar.

Baş Prokurorluğun açıqlamasına görə, Anar Mahmudovun əldə etdiyi 29,6 milyon avro sonradan onun və ailə üzvlərinin İspaniya, Lüksemburq, İsveçrə və digər ölkələrdəki hesablarına köçürülüb. Bu vəsaitlər hesabına daşınar və daşınmaz əmlak, eləcə də biznes obyektləri satın alınıb.

Komissiya roqatoriyası (beynəlxalq hüquqi sorğu) çərçivəsində əldə edilmiş məlumatlarda qeyd olunur ki, Mahmudovlar ailəsinin Azərbaycanda və Avropanın bir çox ölkəsində — İspaniya, Almaniya, Böyük Britaniya, Lüksemburq və İtaliyada — ümumilikdə 100 milyon avrodan artıq dəyəri olan əmlakları mövcuddur.
 

Prokurorluq bildirir ki, bu aktivlərin hamısı Eldar Mahmudovun nazir təyin olunmasından sonra onun həyat yoldaşı və övladlarının adına rəsmiləşdirilib. Rəsmi sənədlərə əsasən, həmin vaxta qədər ailə üzvlərinin bu miqyasda gəlirləri olmayıb.


Xatırladaq ki, bir neçə gün öncə Azərbaycan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev dövlətə xəyanət, korrupsiya və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ittihamları ilə həbs edilmişdi. Onun həbsi ölkədə yüksək vəzifəli keçmiş məmurlara qarşı aparılan antikorrupsiya kampaniyasının yeni mərhələsi kimi qiymətləndirilir.

Ekspertlər hesab edirlər ki, Eldar Mahmudovun adının yenidən gündəmə gəlməsi və İspaniya məhkəmələrinə göndərilən sənədlər bu dalğanın növbəti hədəfinin kim olacağını göstərir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu ayda iş vaxtı norması azalacaq

Bu ayda iş vaxtı norması azalacaq

Şorbanın bilinməyən ziyanlı TƏRƏFLƏRİ

Şorbanın bilinməyən ziyanlı TƏRƏFLƏRİ

Kəmaləddin Heydərov vida mərasimində - Fotolar

Kəmaləddin Heydərov vida mərasimində - Fotolar

Azərbaycan pambıq ixracından qazancını kəskin ARTIRIB

Azərbaycan pambıq ixracından qazancını kəskin ARTIRIB

DYP-dən ÇAĞIRIŞ: Bu yollarda intensiv hərəkət müşahidə olunur - FOTO

DYP-dən ÇAĞIRIŞ: Bu yollarda intensiv hərəkət müşahidə olunur - FOTO

Şəmkirdə DƏHŞƏT: 33 yaşlı kişi anasını qətlə yetirdi, sonra özünü yandırdı

Şəmkirdə DƏHŞƏT: 33 yaşlı kişi anasını qətlə yetirdi, sonra özünü yandırdı

İllər sonra səhnəyə qayıdır - Fotolar

İllər sonra səhnəyə qayıdır - Fotolar

Tofiq Musayevin UFC-də növbəti döyüşü bu tarixdə ola bilər

Tofiq Musayevin UFC-də növbəti döyüşü bu tarixdə ola bilər

Varlılar öz pullarını necə idarə edirlər? - Dünya və Azərbaycan TƏCRÜBƏSİ

Varlılar öz pullarını necə idarə edirlər? - Dünya və Azərbaycan TƏCRÜBƏSİ

Ucardakı ağır qəzada xəsarət alan qadının SON DURUMU

Ucardakı ağır qəzada xəsarət alan qadının SON DURUMU

Gəncə Şəhər Psixiatriya Xəstəxanasına baş həkim TƏYİN EDİLDİ

Gəncə Şəhər Psixiatriya Xəstəxanasına baş həkim TƏYİN EDİLDİ

Hər gün bu meyvələrdən yeyilməlidir

Hər gün bu meyvələrdən yeyilməlidir

"Bitcoin"in qiyməti rekord dərəcəyə yaxınlaşır

"Bitcoin"in qiyməti rekord dərəcəyə yaxınlaşır

Ehtiram Hüseynovun qızının toyu oldu - Video

Ehtiram Hüseynovun qızının toyu oldu - Video

Tək cızıq kifayətdir: Pişiklərdən insanlara keçən göbələk növü aşkar edildi

Tək cızıq kifayətdir: Pişiklərdən insanlara keçən göbələk növü aşkar edildi

Xalq artisti Rasim Balayev alqışlarla son mənzilə yola salındı - VİDEO

Xalq artisti Rasim Balayev alqışlarla son mənzilə yola salındı - VİDEO

Ucarda ağır QƏZA: Xəsarət alan var

Ucarda ağır QƏZA: Xəsarət alan var

Rasim Balayev dəfn olundu – VİDEO

Rasim Balayev dəfn olundu – VİDEO

30 mart-5 aprel tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

30 mart-5 aprel tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər SAXLANILDI

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər SAXLANILDI

Mart ayı bitmədən "bağçaya corab atın" çağırışı

Mart ayı bitmədən "bağçaya corab atın" çağırışı

Azərbaycanda şəkər və qənd istehsalı ARTIB

Azərbaycanda şəkər və qənd istehsalı ARTIB

Səhvlərdən doğan milyard dollarlıq ideyalar

Səhvlərdən doğan milyard dollarlıq ideyalar

Tətilin son günü - Sabahdan məktəblərdə dərslər BAŞLAYIR

Tətilin son günü - Sabahdan məktəblərdə dərslər BAŞLAYIR

End of content

No more pages to load

RADİO