Biləsuvar rayonunun Ağalıkənd kəndində ümumi sahəsi 90 m² olan tövlənin yanar konstruksiyaları 70 m² sahədə və içərisinə yığılan 14 ton ot bağlamasının 6 tonu yanıb.
Bizim.Media xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bizim.Media