Qusarda 5 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Qusar-Şahdağ avtomobil yolunda baş verib.
Hərəkətdə olan "Renault" markalı avtomobil idarəetmədən çıxaraq su kanalına aşıb.
Qəza nəticəsində Bərdə sakini 31 yaşlı N.Məmmədov, Ucar sakini 21 yaşlı R.Hüseynov, Ağdam sakini 33 yaşlı E.Əsgərov, Qusar sakini 31 yaşlı N.Səlimov və Biləsuvar sakini 29 yaşlı A.Cəfərzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Qusar rayon xəstəxanasına yerləşdirilib.
Fakt araşdırılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.