Gələn ilin büdcə layihəsi Milli Məclisə TƏQDİM EDİLDİ

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” Qanun layihəsini Milli Məclisin müzakirəsinə təqdim edib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi ona əlavə edilmiş digər sənədlərlə birlikdə rəy verilməsi üçün Hesablama Palatasına göndərilib və palatanın rəyi alındıqdan sonra Milli Məclisdə müzakirələri keçiriləcək.
 

2026-cı il üçün dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon manat məbləğində proqnozlaşdırılır. Növbəti il üçün dövlət büdcəsinin gəlir strukturunda qeyri-neft sektorunun payı əhəmiyyətli dərəcədə artır. Bu büdcənin neft amilindən asılılığının daha da azalmasına gətirib çıxaracaq. Belə ki, gəlirlərin 57,4 faizi, vergilərin isə 78,7 faizi qeyri-neft mənbələri hesabına formalaşacaq.


Növbəti il üçün büdcənin xərcləri isə 41 milyard 703,6 milyon manat məbləğində müəyyən olunub. Növbəti il üçün dövlət büdcəsinin xərcləri Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən prioritetləri, o cümlədən müdafiə qabiliyyətinin, əhalinin sosial müdafiəsinin təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, investisiya layihələrinin həyata keçirilməsi, habelə dövlətin funksiya və vəzifələrinə aid olan zəruri xərclərlə bağlı müvafiq maliyyə təminatını formalaşdırır.

Büdcə layihəsində qeyri-neft gəlirlərinin cari xərcləri ödəmə qabiliyyəti 88,1 faiz səviyyəsindədir.

Bu cari illə müqayisədə 7,1 faiz bəndi çoxdur.

Dövlət büdcəsinin kəsiri isə 3 milyard 94,6 milyon manat proqnozlaşdırılır ki, bu ÜDM-in cəmi 2,3 faizi həcmindədir.

2026-cı ildə Dövlət Neft Fondundan transfertlərin həcmi cari ilə nəzərən 1 milyard 646 milyon manat az proqnozlaşdırılmışdır. Bu büdcənin neft gəlirlərindən aslılığının azaldılması və valyuta ehtiyatların qorunması istiqamətində görülən tədbirlərin bariz göstəricisidir.

Növbəti il üçün icmal büdcənin gəlirləri 1 milyard 18,8 milyon manat artaraq 44 milyard 969,4 milyon manat, xərcləri isə 1 milyard 209,9 milyon manat artaraq 48 milyard 839,3 milyon manat, kəsiri isə 3 milyard 870 milyon manat məbləğində müəyyən olunub.

2026-cı ildə icmal büdcədə qeyri-neft gəlirlərinin payı 63 faiz proqnozlaşdırılır. Bu, son illər ərzində qeyri-neft sektorunun büdcə gəlirlərindəki rolunun davamlı şəkildə artdığını göstərir.

Müqayisə üçün, 2023-cü ildə bu göstərici 43,9 faiz, 2024-cü ildə 52,4 faiz, 2025-ci ildə isə 58,4 faiz təşkil edib.

Ümumilikdə, 2026-cı ilin dövlət büdcəsi qeyri-neft gəlirlərinin sabit artımı və neftdən asılılığın azalması ilə fiskal dayanıqlılığı təmin etməyi, xərclərin isə sosial-iqtisadi prioritetlərə uyğun həyata keçirilməyi və dövlətin funksiyalarına aid zəruri xərclər üçün maliyyə təminatı yaratmağı hədəfləyir.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

FHN: 547 nəfər təhlükəsiz əraziyə təxliyə olunub - FOTO

FHN: 547 nəfər təhlükəsiz əraziyə təxliyə olunub - FOTO

“Qanlı dərə”də Quba və Qusar igidlərinin qəhrəmanlıq salnaməsi - VİDEO

“Qanlı dərə”də Quba və Qusar igidlərinin qəhrəmanlıq salnaməsi - VİDEO

"Mənim kimi müğənni "Jiquli"də gəzməlidi?" - "Rolls-Royce" aldı

"Mənim kimi müğənni "Jiquli"də gəzməlidi?" - "Rolls-Royce" aldı

İlk hissə BAŞA ÇATDI: Syerra Leone yığması hesabda irəlidədir - VİDEO

İlk hissə BAŞA ÇATDI: Syerra Leone yığması hesabda irəlidədir - VİDEO

Müdafiə Nazirliyi İrandan Türkiyəyə ballistik raketin buraxılmasını PİSLƏDİ

Müdafiə Nazirliyi İrandan Türkiyəyə ballistik raketin buraxılmasını PİSLƏDİ

Zaqatalada AĞIR QƏZA: Bir nəfər ölüb, beşi xəsarət alıb - FOTO/VİDEO

Zaqatalada AĞIR QƏZA: Bir nəfər ölüb, beşi xəsarət alıb - FOTO/VİDEO

Ən çox boş vədlər verən BÜRCLƏR: Onlara inanmaq olmaz

Ən çox boş vədlər verən BÜRCLƏR: Onlara inanmaq olmaz

Millimiz Syerra Leoneyə QARŞI

Millimiz Syerra Leoneyə QARŞI

İsrail İranın Xəzər dənizi sahilləri yaxınlığında yerləşən HHM obyektlərinə HÜCUM EDİB

İsrail İranın Xəzər dənizi sahilləri yaxınlığında yerləşən HHM obyektlərinə HÜCUM EDİB

UEFA-dan azarkeşlərə "Avro-2028" MÜJDƏSİ: Qiymətlər artmayacaq

UEFA-dan azarkeşlərə "Avro-2028" MÜJDƏSİ: Qiymətlər artmayacaq

Xocalıda ağır qəza olub, ANAMA əməkdaşı həyatını itirib - FOTO

Xocalıda ağır qəza olub, ANAMA əməkdaşı həyatını itirib - FOTO

SON DƏQİQƏ: İran Türkiyəyə ballistik raket atıb

SON DƏQİQƏ: İran Türkiyəyə ballistik raket atıb

"Onu bütün filmlərdə öldürürdük..." - VİDEO

"Onu bütün filmlərdə öldürürdük..." - VİDEO

Aİ İrana qarşı tətbiq etdiyi sanksiyaların müddətini UZATDI

Aİ İrana qarşı tətbiq etdiyi sanksiyaların müddətini UZATDI

MEDİA nümayəndələri Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzində

MEDİA nümayəndələri Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzində

Bu məhsullar UCUZLAŞACAQ

Bu məhsullar UCUZLAŞACAQ

Qubada yol və işıq PROBLEMİ – Sakinlər üç gündür narahatdır - FOTO/VİDEO

Qubada yol və işıq PROBLEMİ – Sakinlər üç gündür narahatdır - FOTO/VİDEO

AEBA: İranın ağır su istehsalı zavodu sıradan çıxıb

AEBA: İranın ağır su istehsalı zavodu sıradan çıxıb

Şəmkirdə oğlu tərəfindən öldürülən qadın müəllim olub – FOTO

Şəmkirdə oğlu tərəfindən öldürülən qadın müəllim olub – FOTO

Günəşdə güclü partlayış oldu

Günəşdə güclü partlayış oldu

Zaqatalada dəhşətli QƏZA: Ölən və yaralılar var

Zaqatalada dəhşətli QƏZA: Ölən və yaralılar var

“Qarabağ” uşaqlara da biletləri pulsuz etdi

“Qarabağ” uşaqlara da biletləri pulsuz etdi

“O halda görüşməyə utanırdı” - Video

“O halda görüşməyə utanırdı” - Video

Musiqi dinləməyin 4 faydası

Musiqi dinləməyin 4 faydası

End of content

No more pages to load

RADİO