DİN-də kollegiya iclası: Nazir tapşırıqlar verdi - FOTO

Daxili İşlər Nazirliyində (DİN) "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin vəziyyətinə", "Təqsirləndirilən və xəbərsiz itkin düşmüş şəxslərin axtarışı sahəsində görülən işlərə", habelə bu ilin 9 ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müzakirəyə çıxarılan məsələlərin əməliyyat-xidməti fəaliyyətin mühüm sahələrini əhatə etdiyini, insanların həyatının, sağlamlığının, qanuni mənafelərinin, hüquq və azadlıqlarının etibarlı qorunması baxımından xüsusi əhəmiyyətini vurğulayıb.

Qeyd olunub ki, Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış cinayətlərin 92,4 faizi açılıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cinayətlərin sayı 6,9 faiz, o cümlədən qəsdən adam öldürmələr, qəsdən sağlamlığa ağır zərər vurmalar, oğurluqlar, dələduzluqlar, soyğunçuluqlar, quldurluqlar, hədə-qorxu ilə tələb etmələr, xuliqanlıqlar, informasiya texnologiyalarından istifadə edilməklə, odlu silahın tətbiqi ilə və əvvəllər məhkum olunmuşlar tərəfindən törədilən, ailə münaqişəsi zəminli və qrup halında cinayətlərin sayı azalıb.
 

Qeyri-aşkar şəraitdə baş verən, eləcə də ağır və xüsusilə ağır cinayətlərin, şəxsiyyət əleyhinə olanların, onlardan qəsdən adam öldürmə və ona cəhdlərin, qəsdən sağlamlığa ağır zərər vurmaların, mülkiyyət əleyhinə olanların, o cümlədən oğurluqların, dələduzluqların, soyğunçuluqların, quldurluqların, hədə-qorxu ilə tələb etmələrin və avtonəqliyyat vasitəsini qaçırmaların açılması yaxşılaşıb.


Keçmiş illərdən bağlı qalmış 284 cinayətin açılması təmin edilib. Axtarışa elan edilmiş şəxslərin 85,1 faizi tutulub, itkin düşmüş şəxslərin 90%-i, habelə mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə axtarılan 22.268 borclu şəxs tapılaraq aidiyyəti üzrə təhvil verilib. Ağır və xüsusilə ağır cinayətlər törətmiş 408 nəfərdən ibarət 152 cinayətkar qrup zərərsizləşdirilib. Baş vermiş xırda talama faktlarının 87,7%-i açılıb.

Qanunsuz dövriyyədən 4 ton 663 kiloqram, yəni ötən ilin eyni dövrü ilə müqayisədə 582 kiloqram çox narkotik vasitə çıxarılıb.

Yol-nəqliyyat hadisələrinin sayı 126 fakt, qəzalarda ölənlərin sayı 13 nəfər, xəsarət alanların sayı isə 157 nəfər azalıb.

Kollegiya iclasına yekun vuran nazir general-polkovnik V.Eyvazov xidməti vəzifələrin və qarşıya qoyulan tapşırıqların hesabat dövründə bütövlükdə layiqincə yerinə yetirildiyini qeyd edib, fəaliyyətin effektivliyinin artırılması ilə bağlı qarşıda duran vəzifələri müəyyən edib.

Əsas vəzifələrdən birinin vətəndaş məmnunluğunun təmin edilməsi və bu mühüm məsələdə polisin hər zaman insanların güvən yeri olduğunu xatırladaraq ərazi orqanlarının rəislərindən vətəndaşların müraciətlərinə bundan sonra da həssaslıqla yanaşılmasını, bütün araşdırmaların keyfiyyətlə aparılaraq qaldırılan məsələlərin qanuni və operativ həlli üçün səylərin gücləndirilməsini və tapşırılmış sahəyə məsuliyyətin daha da artırılmasını tələb edib.

Antinarkotik təbliğatın gənclər arasında, təhsil müəssisələrində, mediada və sosial şəbəkələrdə gücləndirilməsinin vacibliyi, xüsusən cinayətkar qruplaşmaların yeni metodlardan - internet informasiya resurslarından istifadə etməklə narkotiklərin satışını həyata keçirmək cəhdlərinin qarşısının alınması üzrə fəaliyyətin səmərəsinin yüksəldilməsi barədə konkret vəzifələri müəyyən edib.
 

Cinayətkarlıqla mübarizədə, xüsusən informasiya texnologiyalarından istifadə edilməklə törədilən cinayətlərin açılması və belə hüquqazidd əməllərə yol verən şəxslərin məsuliyyətə cəlb olunması işinin gücləndirilməsinin vacibliyini də diqqətə çatdıraraq bu sahədə təbliğat işinin effektivliyinin artırılmasının, müasir dövrün tələblərinə cavab verən maarifləndirmə materiallarının hazırlanıb ictimaiyyətə çatdırılmasının zəruriliyini nəzərə çatdırıb.


İlin başa çatmasına az müddət qaldığını diqqətə çatdıran general-polkovnik Vilayət Eyvazov əldə edilmiş müsbət nəticələrin davam etdirilməsini, arxayınçılığa yol verilməməsini, şəxsi heyətin peşəkarlığının artırılması, icra intizamının daha da yüksəldilməsi, yeni informasiya texnologiyalarının geniş şəkildə tətbiqi üçün bütün qüvvə və imkanların səfərbər olunmasını, əməliyyat işinin səmərəsinin yüksəldilməsini tələb edib, bu istiqamətdə konkret tapşırıq və tövsiyələrini verib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gündə neçə naringi yeyə bilərsiniz?

Gündə neçə naringi yeyə bilərsiniz?

Gələn il vizasız gedəcəyimiz ölkələr - SİYAHI

Gələn il vizasız gedəcəyimiz ölkələr - SİYAHI

İranda edamların sayı bir ildə iki dəfədən çox ARTDI

İranda edamların sayı bir ildə iki dəfədən çox ARTDI

Zaqatalanın çəkməçi XANIMI - Həyat yoldaşının sənətini yaşadan Fəzilət Dadalovanın HƏYAT HEKAYƏSİ – FOTO

Zaqatalanın çəkməçi XANIMI - Həyat yoldaşının sənətini yaşadan Fəzilət Dadalovanın HƏYAT HEKAYƏSİ – FOTO

Bakıda "Kamaz" yeniyetməni vuraraq öldürdü - FOTO

Bakıda "Kamaz" yeniyetməni vuraraq öldürdü - FOTO

Bu yollarda EHTİYATLI olun – VİDEO

Bu yollarda EHTİYATLI olun – VİDEO

27 dekabr üçün astroloji PROQNOZ

27 dekabr üçün astroloji PROQNOZ

50-dən çox ölkə İsrailin Somalilandı tanımaq qərarını PİSLƏYİB

50-dən çox ölkə İsrailin Somalilandı tanımaq qərarını PİSLƏYİB

DİN-dən bayram günlərində Qarabağa səfər edənlərə MÜRACİƏT

DİN-dən bayram günlərində Qarabağa səfər edənlərə MÜRACİƏT

"Putinlə hər şey yaxşı olacaq" - Tramp

"Putinlə hər şey yaxşı olacaq" - Tramp

Ən çətin xarakterə malik 3 BÜRC

Ən çətin xarakterə malik 3 BÜRC

Leyla Əliyeva: “Azərbaycan milli parklarını genişləndirərək ekoloji liderliyini gücləndirir”

Leyla Əliyeva: “Azərbaycan milli parklarını genişləndirərək ekoloji liderliyini gücləndirir”

Amnistiyaya düşən Dəniz yenidən hakim QARŞISINDA

Amnistiyaya düşən Dəniz yenidən hakim QARŞISINDA

Bu günün geomaqnit PROQNOZU

Bu günün geomaqnit PROQNOZU

Azərbaycanda içki və siqaret istehsalı azalıb – RƏSMİ

Azərbaycanda içki və siqaret istehsalı azalıb – RƏSMİ

Yeni başçı müavinini işdən çıxardı

Yeni başçı müavinini işdən çıxardı

Zelenski geyim tərzini Trampla mübahisəsinə görə dəyişib?

Zelenski geyim tərzini Trampla mübahisəsinə görə dəyişib?

"Windows 11"də YENİ FUNKSİYA

"Windows 11"də YENİ FUNKSİYA

Sahil Babayev Şərqi Zəngəzur idarəsinə rəis təyin etdi

Sahil Babayev Şərqi Zəngəzur idarəsinə rəis təyin etdi

Özünü şəhid xanımı kimi təqdim etdi - 22 min mənimsədi

Özünü şəhid xanımı kimi təqdim etdi - 22 min mənimsədi

Günəşdə güclü alışma olub

Günəşdə güclü alışma olub

ABŞ-Azərbaycan münasibətlərinə kölgə salan BƏDNAM LAYİHƏ – 907-ci düzəlişin ləğv olunmasının VAXTIDIR

ABŞ-Azərbaycan münasibətlərinə kölgə salan BƏDNAM LAYİHƏ – 907-ci düzəlişin ləğv olunmasının VAXTIDIR

Tailand və Kamboca arasında atəşkəs sazişi imzalanıb

Tailand və Kamboca arasında atəşkəs sazişi imzalanıb

BİZİM TƏQVİM:27 dekabrda baş verən tarixi hadisələr

BİZİM TƏQVİM:27 dekabrda baş verən tarixi hadisələr

End of content

No more pages to load

RADİO