BİZİM TƏQVİM: 18 oktyabrda baş vermiş tarixi hadisələr

1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti Azərbaycan Respublikasının Dövlət Müstəqilliyiyinin Bərpası haqqında Konstitusiya Aktını qəbul edib. Həmin sənədə görə, Azərbaycan SSRİ-dən ayrılaraq müstəqil dövlət elan olunub və 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin varisi sayılıb.

Bəs, oktyabrın 18-də hansı hadisələr baş verib?

1. 1867-ci ilin 18 oktyabrında ABŞ Alyaskanı Rusiyadan 7,2 milyon dollar qarşılığında satın aldı. 22 il sonra həmin gün Porto Rikonu da ələ keçirdi.

2. 18 oktyabr 1912-ci ildə İtaliya ilə Osmanlı imperiyası arasındakı Trablusqarp Müharibəsini sona çatdıran Uşi Sazişi imzalandı. Müqaviləyə görə, Osmanlı dövlətinin Afrika qitəsindəki son torpağı olan Trablusqarp və Benqazi tam, 12 ada isə müvəqqəti olaraq İtaliyaya verildi.

3. 1922-ci il 18 oktyabrda İngiltərənin BBC mətbuat orqanı quruldu.

4. 18 oktyabr 1935-ci ildə İtaliyanın Aralıq dənizindəki ekspansiyasına qarşı İngiltərə, Yunanıstan, Türkiyə və Yuqoslaviya arasında qarşılıqlı zəmanətlərə əsaslanan Aralıq Dənizi Müqaviləsi imzalandı.

5. 1967-ci ilin 18 oktyabrında SSRİ-nin uçurduğu “Venera-4” kosmik gəmisi Veneraya çatdı. “Venera-4” Yer kürəsindən sonra bir planetin atmosferini araşdıran ilk kosmik gəmi sayılır.  

6. Fələstin kəşfiyyatçılarının 1977-ci ilin 18 oktyabrında Somalinin Moqadişo hava limanına qaçırdığı “Lufthansa” sərnişin təyyarəsini  Almaniyanın antiterror komandası basdı, 3 nəfəri öldürdü, 86 girovu xilas etdi.

7. 2007-ci ilin 18 oktyabrında Pakistanın keçmiş baş naziri Bənazir Bhutto 8 illik sürgündən sonra döndüyü ölkəsində bombalı hücuma məruz qaldı. Bhuttonun yaralanmadan xilas olduğu bu hücumda 126 adam həyatını itirdi, 248 nəfər yaralandı.

8. 2020-ci ilin 18 oktyabrında Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar nəticəsində cəbhənin müxtəlif istiqamətlərində 2 ədəd S-300 ZRK, 3 ədəd BM-21 “Qrad” YARS qurğusu, 2 ədəd “Smerç” yaylım atəşli raket sistemi, beşdən çox tank, bir neçə haubitsa və zenit topları, o cümlədən avtomobil texnikaları və xeyli sayda canlı qüvvəsi məhv edilib. 

Füzuli ərazisində düşmənin hərbi hissəsi bölmələrimiz tərəfindən ələ keçirilib. Ermənistan ordusunun Ağdərə, Füzuli, Hadrut, Cəbrayıl istiqamətində hücuma keçmək cəhdləri Azərbaycan Ordusunun bölmələri tərəfindən qətiyyətlə dəf edilib və düşmən itki verərək geri çəkilməyə məcbur edilib. Və Cəbrayıl rayonu ərazisindəki Xudafərin körpüsünə nəzarət Azərbaycanın tərəfinə keçib.

18 oktyabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Dünya elminin korifeylərindən biri, Nobel mükafatı laureatı Tomas Alva Edisson 1938-ci ilin bu günü ABŞ-ın Nyu-Cersi ştatında vəfat edib. Tomas Edisson təkcə Amerika Birləşmiş Ştatlarında öz ixtiralarına görə 1098, dünyanın 34 ölkəsində isə 3 minə qədər patent alıb. (1847-1931).

2. 18 oktyabr 1918-ci ildə görkəmli ədəbiyyatşünas alim, Azərbaycanda mifologiya elminin yaradıcısı Mirəli Seyidov (1918-1992) doğulub. "Qövsi Təbrizi", "Azərbaycan mifik təfəkkürünün qaynaqları", "Azərbaycan xalqının söykökünü düşünərkən", "Yaz bayramı" və s. kitabların müəllifidir.

3. 18 oktyabr 1926-cı ildə teatr rejissoru, pedaqoq Nəsir Sadıqzadə (1926-1996) Şuşada anadan olub. Akademik Dram, Gəncə, Sumqayıt və b. teatrlarda çalışıb, Mədəniyyət və İncəsənət Universitetində dərs deyib. Filmlərdə (“Qətl günü”, “Bəxt üzüyü” və s.) çəkilib.

4. 18 oktyabr 1949-cu ildə tanınmış rejissor, aktyor, Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu (Həsənov; 1949 - 12.5.2011) anadan olub. 1982-1989-cu illərdə Musiqili Komediya Teatrında baş rejissor işləyib, Milli Dram Teatrında, habelə Türkiyədə, Estoniyada tamaşalar hazırlayıb. 1989-cu ildə «Yuğ» Teatrını yaradıb və ömrünün sonunadək bu sənət ocağına rəhbərlik edib. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Aİ İrana qarşı tətbiq etdiyi sanksiyaların müddətini UZATDI

Aİ İrana qarşı tətbiq etdiyi sanksiyaların müddətini UZATDI

MEDİA nümayəndələri Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzində

MEDİA nümayəndələri Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzində

Bu məhsullar UCUZLAŞACAQ

Bu məhsullar UCUZLAŞACAQ

Qubada yol və işıq PROBLEMİ – Sakinlər üç gündür narahatdır - FOTO/VİDEO

Qubada yol və işıq PROBLEMİ – Sakinlər üç gündür narahatdır - FOTO/VİDEO

AEBA: İranın ağır su istehsalı zavodu sıradan çıxıb

AEBA: İranın ağır su istehsalı zavodu sıradan çıxıb

Şəmkirdə oğlu tərəfindən öldürülən qadın müəllim olub – FOTO

Şəmkirdə oğlu tərəfindən öldürülən qadın müəllim olub – FOTO

Günəşdə güclü partlayış oldu

Günəşdə güclü partlayış oldu

Zaqatalada dəhşətli QƏZA: Ölən və yaralılar var

Zaqatalada dəhşətli QƏZA: Ölən və yaralılar var

“Qarabağ” uşaqlara da biletləri pulsuz etdi

“Qarabağ” uşaqlara da biletləri pulsuz etdi

“O halda görüşməyə utanırdı” - Video

“O halda görüşməyə utanırdı” - Video

Musiqi dinləməyin 4 faydası

Musiqi dinləməyin 4 faydası

Nahardan sonra niyə adamı yuxu basır? – SƏBƏBİ bəlli oldu

Nahardan sonra niyə adamı yuxu basır? – SƏBƏBİ bəlli oldu

Masazırda günlərdir niyə su yoxdur? - Açıqlama

Masazırda günlərdir niyə su yoxdur? - Açıqlama

“Mən bu cahana sığmazam...” - Video

“Mən bu cahana sığmazam...” - Video

"Ən böyük xoşbəxtlik budur"

"Ən böyük xoşbəxtlik budur"

Su qızdırıcılarının təmizlənməsində təbii dövr: Kimyəvi maddələrlə vidalaşın

Su qızdırıcılarının təmizlənməsində təbii dövr: Kimyəvi maddələrlə vidalaşın

Hindistan Azərbaycana TƏŞƏKKÜR ETDİ

Hindistan Azərbaycana TƏŞƏKKÜR ETDİ

Ulu öndəri 29 il əvvəl ABŞ-da DUYĞULANDIRAN ANLAR: Heydər Əliyevin səfərindən TARİXİ KADRLAR - VİDEO

Ulu öndəri 29 il əvvəl ABŞ-da DUYĞULANDIRAN ANLAR: Heydər Əliyevin səfərindən TARİXİ KADRLAR - VİDEO

Bu ayda iş vaxtı norması azalacaq

Bu ayda iş vaxtı norması azalacaq

Şorbanın bilinməyən ziyanlı TƏRƏFLƏRİ

Şorbanın bilinməyən ziyanlı TƏRƏFLƏRİ

Kəmaləddin Heydərov vida mərasimində - Fotolar

Kəmaləddin Heydərov vida mərasimində - Fotolar

Azərbaycan pambıq ixracından qazancını kəskin ARTIRIB

Azərbaycan pambıq ixracından qazancını kəskin ARTIRIB

DYP-dən ÇAĞIRIŞ: Bu yollarda intensiv hərəkət müşahidə olunur - FOTO

DYP-dən ÇAĞIRIŞ: Bu yollarda intensiv hərəkət müşahidə olunur - FOTO

Şəmkirdə DƏHŞƏT: 33 yaşlı kişi anasını qətlə yetirdi, sonra özünü yandırdı

Şəmkirdə DƏHŞƏT: 33 yaşlı kişi anasını qətlə yetirdi, sonra özünü yandırdı

End of content

No more pages to load

RADİO