ADNSU-nun daha 3 ixtisası ASIIN beynəlxalq akkreditasiyasından keçdi

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) beynəlxalq təhsil məkanında tanınma və keyfiyyət təminatı istiqamətində daha bir mühüm nailiyyət əldə edib.

Universitetin üç Ekologiya mühəndisliyi, Cihaz mühəndisliyi və Mexanika mühəndisliyi olmaqla 3 bakalavr ixtisası Almaniyanın nüfuzlu ASIIN (Accreditation Agency for Degree Programmes in Engineering, Informatics, Natural Sciences and Mathematics) beynəlxalq akkreditasiya təşkilatı tərəfindən 26 sentyabr 2025-ci il tarixli qərarla beynəlxalq akkreditasiyadan keçib.
 

Bu qərar ADNSU-nun tədris prosesinin beynəlxalq standartlara uyğunluğunu, ixtisas proqramlarının keyfiyyətini və davamlı inkişaf istiqamətində atdığı addımların səmərəsini bir daha təsdiqləyir.


2015–2025-ci illər ərzində ADNSU-nun bakalavr və magistr səviyyələrində ümumilikdə 34 ixtisas beynəlxalq akkreditasiyadan keçib. Bu proqramlar Almaniyanın ASIIN və FIBAA (Foundation for International Business Administration Accreditation) təşkilatları tərəfindən qiymətləndirilib və hazırda 18 ixtisasın akkreditasiya statusu aktivdir.

Bakalavr səviyyəsində ümumilikdə 12 ixtisas beynəlxalq akkreditasiyadan keçib. Onlardan beşi FIBAA, yeddisi isə ASIIN təşkilatı tərəfindən akkreditasiyadan keçib.

FIBAA tərəfindən akkreditasiyadan keçmiş ixtisaslara Biznes informatikası, Sənaye mühəndisliyi, Kompüter mühəndisliyi, Menecment üzrə biznesin idarə edilməsi və Biznes iqtisadiyyatı üzrə biznesin idarə edilməsi proqramları daxildir.

ASIIN tərəfindən akkreditasiyadan keçmiş ixtisaslar sırasında Mexatronika mühəndisliyi, Neft-qaz mühəndisliyi, Geologiya və geofizika mühəndisliyi, Kimya mühəndisliyi, eləcə də 2025-ci ildə akkreditasiyadan keçmiş Ekologiya mühəndisliyi, Cihaz mühəndisliyi və Mexanika mühəndisliyi ixtisasları yer alır.

Magistratura pilləsində isə ADNSU-nun altı proqramı beynəlxalq akkreditasiyadan keçib. FIBAA tərəfindən Əməliyyatların idarə edilməsi (MBA), Kompüter informasiya sistemləri, İnsan resurslarının idarə edilməsi, Təşkilatların idarə edilməsi və Marketinqin idarə edilməsi proqramları, ASIIN tərəfindən isə Kimya mühəndisliyi (qeyri-üzvi maddələrin istehsal texnologiyası, neft-kimya sintezi və neft-emalı texnologiyası üzrə ixtisaslaşmalarla) beynəlxalq akkreditasiyaya layiq görülüb.
 

Qeyd edək ki, ADNSU-nun həm ASIIN, həm də FIBAA tərəfindən akkreditasiyadan keçmiş proqramları Avropa Ali Təhsildə Keyfiyyətin Təminatı Reyestrinin (EQAR – European Quality Assurance Register for Higher Education) məlumat bazasında da qeyd olunub.


Bu, universitetin Avropa ali təhsil məkanında tanınmasını və ADNSU diplomlarının beynəlxalq səviyyədə etibarlılığını təsdiqləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan millisinə mükafat təqdim olundu - VİDEO

Azərbaycan millisinə mükafat təqdim olundu - VİDEO

“İran Ukraynanı özünə qarşı aqressiyanın iştirakçısı hesab edir”

“İran Ukraynanı özünə qarşı aqressiyanın iştirakçısı hesab edir”

Millimiz FİFA seriyasının qalibi oldu - VİDEO

Millimiz FİFA seriyasının qalibi oldu - VİDEO

Goranboyda AĞIR QƏZA

Goranboyda AĞIR QƏZA

Rusiyada VPN və bloklamaları aşma vasitələrinə qarşı mübarizə ELAN EDİLDİ

Rusiyada VPN və bloklamaları aşma vasitələrinə qarşı mübarizə ELAN EDİLDİ

“Xankəndi”dən 14 qolluq qalibiyyət - VİDEO

“Xankəndi”dən 14 qolluq qalibiyyət - VİDEO

“Maski-şou”nun ulduzu VƏFAT ETDİ

“Maski-şou”nun ulduzu VƏFAT ETDİ

Toya hazırlaşanların DİQQƏTİNƏ: Orucluqdan sonra qiymətlər artıb? - VİDEO

Toya hazırlaşanların DİQQƏTİNƏ: Orucluqdan sonra qiymətlər artıb? - VİDEO

Elzanın vida mərasimindəki geyimi MÜZAKİRƏ OLUNDU - VİDEO

Elzanın vida mərasimindəki geyimi MÜZAKİRƏ OLUNDU - VİDEO

Millimiz hesabı bərabərləşdirdi - VİDEO

Millimiz hesabı bərabərləşdirdi - VİDEO

Pezeşkian bunkerdə Nazirlər Kabinetinin ilk iclasını KEÇİRDİ

Pezeşkian bunkerdə Nazirlər Kabinetinin ilk iclasını KEÇİRDİ

Bakı-Qazax yolunda qəza: Qadın sürücünün idarə etdiyi "Range Rover" aşdı - FOTO/VİDEO

Bakı-Qazax yolunda qəza: Qadın sürücünün idarə etdiyi "Range Rover" aşdı - FOTO/VİDEO

FHN: 547 nəfər təhlükəsiz əraziyə təxliyə olunub - FOTO/VİDEO

FHN: 547 nəfər təhlükəsiz əraziyə təxliyə olunub - FOTO/VİDEO

“Qanlı dərə”də Quba və Qusar igidlərinin qəhrəmanlıq salnaməsi - VİDEO

“Qanlı dərə”də Quba və Qusar igidlərinin qəhrəmanlıq salnaməsi - VİDEO

"Mənim kimi müğənni "Jiquli"də gəzməlidi?" - "Rolls-Royce" aldı

"Mənim kimi müğənni "Jiquli"də gəzməlidi?" - "Rolls-Royce" aldı

İlk hissə BAŞA ÇATDI: Syerra Leone yığması hesabda irəlidədir - VİDEO

İlk hissə BAŞA ÇATDI: Syerra Leone yığması hesabda irəlidədir - VİDEO

Müdafiə Nazirliyi İrandan Türkiyəyə ballistik raketin buraxılmasını PİSLƏDİ

Müdafiə Nazirliyi İrandan Türkiyəyə ballistik raketin buraxılmasını PİSLƏDİ

Zaqatalada AĞIR QƏZA: Bir nəfər ölüb, beşi xəsarət alıb - FOTO/VİDEO

Zaqatalada AĞIR QƏZA: Bir nəfər ölüb, beşi xəsarət alıb - FOTO/VİDEO

Ən çox boş vədlər verən BÜRCLƏR: Onlara inanmaq olmaz

Ən çox boş vədlər verən BÜRCLƏR: Onlara inanmaq olmaz

Millimiz Syerra Leoneyə QARŞI

Millimiz Syerra Leoneyə QARŞI

İsrail İranın Xəzər dənizi sahilləri yaxınlığında yerləşən HHM obyektlərinə HÜCUM EDİB

İsrail İranın Xəzər dənizi sahilləri yaxınlığında yerləşən HHM obyektlərinə HÜCUM EDİB

UEFA-dan azarkeşlərə "Avro-2028" MÜJDƏSİ: Qiymətlər artmayacaq

UEFA-dan azarkeşlərə "Avro-2028" MÜJDƏSİ: Qiymətlər artmayacaq

Xocalıda ağır qəza olub, ANAMA əməkdaşı həyatını itirib - FOTO

Xocalıda ağır qəza olub, ANAMA əməkdaşı həyatını itirib - FOTO

SON DƏQİQƏ: İran Türkiyəyə ballistik raket atıb

SON DƏQİQƏ: İran Türkiyəyə ballistik raket atıb

End of content

No more pages to load

RADİO