Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilmiş və terroru maliyyələşdirmədə təqsirləndirilən Namiq Nəbiyevin cinayət işi üzrə məhkəmə başlayır.
Bizim.Media apa-ya istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işinə hakim Nigar İmanovanın sədrliyi ilə baxılacaq.
Məhkəmənin hazırlıq iclası oktyabrın 28-nə təyin edilib.
Qeyd edək ki, DTX tərəfindən saxlanılan Namiq Nəbiyev AR Cinayət Məcəlləsinin 167-3.1 (dini ekstremist materialları saxlama) və 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) maddələri ilə ittiham olunur
Cəzaların qismən toplanılması ilə Namiq Nəbiyev 10 ildən 14 ilədək müddətə azadlıqdan məhrum edilə bilər.
Bizim.Media