Xəbər verdiyimiz kimi, Səbuhi Hacızadə bu gün Tovuzda həyat yoldaşı Mətanət Hacızadəni qətlə yetirdiyi haqda paylaşım edib daha sonra yoxa çıxmışdı.
MÖVZU İLƏ BAĞLI:
“İnşallah ölmüsən, növbədə öz canımı verməkdir” deyib yoxa çıxdı – VİDEO
Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, 32 yaşlı Səbuhi Hacızadənin meyiti rayonun Əyyublu kəndi ərazisindəki ağacdan asılı halda tapılıb.
Qeyd edək ki, Səbuhi Hacızadə Monteneqroda işləyirmiş. O, 4 ay imiş ki, həmin ölkədə çalışırmış və dünən Azərbaycana qayıdıb.
Məlumata görə, cütlüyün 3 övladı var.
Bizim.Media