Azad olunmuş ərazilərdə deputat ofisləri fəaliyyət göstərəcək? – Millət vəkillərindən AÇIQLAMA

“Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. 30 ilə yaxın işğal altında qalmış torpaqlarda yeni həyat qurulur, yollar salınır, yaşayış binaları tikilir, iş yerləri yaradılır.

Sözügedən bölgələrdə məktəblər fəaliyyətə başlayıb, iki ildir Xankəndidə fəaliyyət göstərən Qarabağ Universitetinə qəbul həyata keçirilir, tələblər təlim və təhsilə cəlb olunublar.

Bununla yanaşı, inzibati binalar da tikilib istifadəyə verilib.

Torpaqların işğalı ilə həmin rayonlardan məcburi köçkün düşənlər paytaxtda və digər bölgələrdə məskunlaşıblar. Onları parlamentdə təmsil edənlər isə seçiciləri ilə görüşlərini bu səbəbdən onların məskunlaşdığı rayonlarda keçirməli olur.

Bəs Qarabağdan olan deputatların işğaldan azad olunmuş ərazilərdə ofisi açılıbmı və ya nə zaman açılacaq?

Məsələyə münasibət bildirən 120 saylı Cəbrayıl - Qubadlı seçki dairəsinin deputatı Ceyhun Məmmədov Bizim.Media-ya deyib ki, gələcəkdə, əhali tam məskunlaşdıqdan sonra bunun reallaşdığını görəcəyik:

“Hazırda işğaldan azad olunmuş ərazilərdə abadlıq, quruculuq işləri sürətlə davam edir. Xeyli işlər görülüb və mərhələli şəkildə də bu işlər davam etdirilir. Qısa müddətdə bu qədər işin görülməsi dövlətimizin uğurlu siyasətini nə dərəcədə həyata keçirdiyini göstərir. Bu gün demək olar ki, işğaldan azad olunmuş bütün ərazilərimizdə böyük quruculuq və abadlıq işləri həyata keçirilməkdədir. Bunlar çox önəmli layihə və tədbirlərdir.

İşğaldan azad olunmuş ərazilərdə quruculuq-bərpa işlərinin tam yekunlaşmadığını nəzərə almalıyıq. Yəni əhali mərhələli şəkildə ora köçürülür. Hazırda hələki deputat üçün ayrıca ofis nəzərdə tutulmayıb. Gələcəkdə əhali tam məskunlaşdıqdan sonra biz artıq ofislərin yaradılması barədə də addımların atıldığını görəcəyik. Təkcə Cəbrayılın əhalisi 54 rayonda məskunlaşıb. Ona görə də proses mərhələli şəkildə gedəcək, bunun üçün zaman-zaman müraciətlər ediləcək və ofislərin fəaliyyətə başladığını görəcəyik”.

122 saylı Xankəndi seçki dairəsindən deputat seçilən Tural Gəncəliyev Xankəndidə daimi yaşamaq, qalmaq və seçicilərlə orada davamlı görüşlərin planlarına daxil olduğunu bildirib:

“Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilərimizə “Böyük Qayıdış” proqramı çərçivəsində böyük köç davam edir, əhali yerləşdirilir. Eyni zamanda, bərpa-quruculuq işləri öz sürəti ilə gedir. İndiyədək işğaldan azad edilmiş ərazilərə 21,5 milyard manat vəsait ayrılıb. 2026-cı ilin sonunadək 30 milyard manat vəsait ayrılacaq. Bu konteksdə əhalinin orada yerləşməsi və eyni zamanda, Qarabağı təmsil edən millət vəkillərinin seçicilərlə görüşü çox önəm kəsb edir.
 

Xankəndi seçki dairəsini təmsil etdiyimə görə, mənim seçicilərim demək olar ki, ölkənin bütün rayon və qəsəbələrində məskunlaşıblar. Həmin rayonlara səfərlərdə onlara görüşürəm, həmçinin, Xankəndi şəhərində də görüşlər keçirilir. Təbii ki, gələcəkdə “Böyük Qayıdış” proqramı çərçivəsində Xankəndiyə qayıdış rəsmi başladıqdan sonra, orada daimi yaşamaq, qalmaq və seçicilərimizlə orada görüşmək planlarımıza daxildir.

 

Özümə qaldıqda isə yenə də dövlət proqramı çərçivəsində dədə-baba torpaqlarmıza, evlərimizə qayıtdıqdan sonra yaradılacaq şərait və veriləcək müvafiq məkanlarda insanlarla görüşlərimizi təşkil edəcəyik və fəaliyyətimizi davam etdirəcəyik”.

121 saylı Laçın seçki dairəsinin deputatı Rövşən Muradov işğaldan azad olunmuş ərazilərdə gələcəkdə deputat ofislərinin yaradılmasının tərəfdarı olduğunu qeyd edib:

“Çünki bizim köməkçilərimizin də orada daimi oturmağa yeri olmalıdır. Hələki dövlətimiz insanlarımızın məskunlaşması ilə bağlı yükü üzərinə götürüb. “Böyük Qayıdış” proqramı çərçivəsində məcburi köçkünlərin mərhələli şəkildə işğaldan azad olunmuş ərazilərə qayıdışı həyata keçirilir.

Yəqin ki, yaxın zamanlarda müvafiq qurumlar üçün nəzərdə tutulan evlər, xidməti mənzillər də olacaq”.

Deputatın sözlərinə görə, Laçında gələn il üçün xidməti mənzillərin olması plana daxildir:

“Laçınla bağı deyə bilərəm ki, 2026-cı il üçün üçün xidməti mənzillərin olması nəzərdə tutulur. Çünki dövlətimizin müvafiq qurumlarının rəhbər işçilərinin eləsi var ki, orada kirayə mənzillərdə qalır. Elə qurumlar var ki, inzibati binaları mövcuddur, məsələn, prokurorluq, polis binaları var.

Amma müvafiq başqa dövlət qurumlarının rəhbərləri var ki, onların  daimi yaşayış yerləri yoxdur.

Eyni zamanda, Yeni Azərbaycan Partiyasının Laçın rayon üzrə şöbə rəhbərinin də ofisi yoxdur. Düşünürəm ki, yaxın gələcəkdə xidməti mənzillər tikiləndə bunar nəzərdə tutulacaq. Çünki deputatın özünün xidməti binası, qalmaq üçün yeri olmalıdır ki, gedəndə həm orada vətəndaşların qəbulunu keçirə bilsin, həm də özü qala bilsin. Mən də gedəndə ya oteldə qalıram, oteldə də qiymətlər bahadır, ya da kiminsə evində. Kimlərinsə evində qalmaq həm əziyyətdir, həm də kiməsə narahatlıqdır. Hələ ofislər yaradılmayıb, düşünürəm ki, yaxın zamanda yaradıla bilər”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qurban Qurbanov: “Atletik” taktiki baxımdan güclüdür”

Qurban Qurbanov: “Atletik” taktiki baxımdan güclüdür”

Tramp Ukrayna-Rusiya danışıqları üçün Macarıstanın seçilməsi səbəbini AÇIQLADI

Tramp Ukrayna-Rusiya danışıqları üçün Macarıstanın seçilməsi səbəbini AÇIQLADI

III Azərbaycan Milli Şəhərsalma Forumu öz işini başa vurdu - FOTO

III Azərbaycan Milli Şəhərsalma Forumu öz işini başa vurdu - FOTO

“Qarabağ” kimi komandaya qarşı oynamaq çətindir” - Berdiyev

“Qarabağ” kimi komandaya qarşı oynamaq çətindir” - Berdiyev

Hər gün kivi və gavalı yemək bu problemdən AZAD EDİR

Hər gün kivi və gavalı yemək bu problemdən AZAD EDİR

“Barselona” Lamin Yamalın həyat tərzindən NARAHATDIR

“Barselona” Lamin Yamalın həyat tərzindən NARAHATDIR

Hansı ərazidəki evlər BAHALAŞIR?

Hansı ərazidəki evlər BAHALAŞIR?

Zelenski Trampla görüşdən sonra Avropa liderləri ilə telefon danışığı aparıb - KİV

Zelenski Trampla görüşdən sonra Avropa liderləri ilə telefon danışığı aparıb - KİV

Pərvinə ad günündə böyük sürpriz EDİLDİ - VİDEO

Pərvinə ad günündə böyük sürpriz EDİLDİ - VİDEO

Tramp Zelenski ilə görüş üçün ənənəvi nahar menyusunu DƏYİŞDİ - FOTO

Tramp Zelenski ilə görüş üçün ənənəvi nahar menyusunu DƏYİŞDİ - FOTO

Polşa-Belarus sərhədində gizli tunel AŞKARLANDI

Polşa-Belarus sərhədində gizli tunel AŞKARLANDI

Danışıqlar BİTDİ: Zelenski Ağ Evi tərk etdi - VİDEO

Danışıqlar BİTDİ: Zelenski Ağ Evi tərk etdi - VİDEO

Xudafərin körpüsünün işğaldan azad olunmasından beş il ÖTÜR

Xudafərin körpüsünün işğaldan azad olunmasından beş il ÖTÜR

Azərbaycanın müstəqilliyini bərpa etməsindən 34 il ÖTÜR

Azərbaycanın müstəqilliyini bərpa etməsindən 34 il ÖTÜR

Daşkəndə uçan təyyarə Bakıya məcburi ENİŞ ETDİ

Daşkəndə uçan təyyarə Bakıya məcburi ENİŞ ETDİ

Bakıda miras DAVASI: Qardaşını vəhşicəsinə döydü

Bakıda miras DAVASI: Qardaşını vəhşicəsinə döydü

“Fənərbağça”nın futbolçusu Braziliyaya qayıdır?

“Fənərbağça”nın futbolçusu Braziliyaya qayıdır?

Birinci xanımın Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşü olub - FOTO

Birinci xanımın Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşü olub - FOTO

Mehriban Əliyeva Vatikanın dövlət katibi ilə görüşüb - FOTO

Mehriban Əliyeva Vatikanın dövlət katibi ilə görüşüb - FOTO

Trampdan ƏMİNLİK: “Rusiya-Ukrayna həll edəcəyim 9-cu münaqişə olacaq” - VİDEO

Trampdan ƏMİNLİK: “Rusiya-Ukrayna həll edəcəyim 9-cu münaqişə olacaq” - VİDEO

Müslim İmranlı vəzifəsindən azad edildi

Müslim İmranlı vəzifəsindən azad edildi

Zelenski və Tramp arasında görüş qapalı formatda DAVAM ETDİRİLİR - YENİLƏNİB/VİDEO

Zelenski və Tramp arasında görüş qapalı formatda DAVAM ETDİRİLİR - YENİLƏNİB/VİDEO

Pentaqon rəhbərindən Zelenski ilə görüşdə SUBLİMİNAL MESAJ - VİDEO

Pentaqon rəhbərindən Zelenski ilə görüşdə SUBLİMİNAL MESAJ - VİDEO

Tramp: “Rusiya Ukraynadakı müharibəni bir həftəyə qazana bilərdi” - VİDEO

Tramp: “Rusiya Ukraynadakı müharibəni bir həftəyə qazana bilərdi” - VİDEO

End of content

No more pages to load

RADİO