Bu il “Qocalar evi”nə neçə ahıl YERLƏŞDİRİLİB? – RƏSMİ AÇIQLAMA

Bu ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə ümumilikdə 60 nəfər yerləşdirilib.

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Agentlikdən məlumat verilib.

Bildirilib ki, Agentliyin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində hazırda 231 ahıl dövlət himayəsində yaşayır. Onlardan 119-u kişi, 112-si qadındır.

Qeyd edilib ki, müəssisə müasir tələblərə cavab verən şəraitlə təmin olunub:
 

“Burada hər bir sakin üçün rahat yaşayış mühiti yaradılıb və otaqlar müasir məişət avadanlıqları, o cümlədən soyuducu, televizor və digər vacib texniki vasitələrlə təchiz edilib. Sakinlərin yaşayışı, keyfiyyətli sosial xidmətlərlə əhatə olunmaları, asudə vaxtlarını mənalı keçirmələri üçün şərait yaradılıb. Müəssisədə kitabxana və idman zalları, müəyyən əl işləri hazırlamaq üçün emalatxanalar və s. ahılların istifadəsindədir. Müəssisədə yaşayanların sağlamlığına da xüsusi diqqət göstərilir, vaxtaşırı tibbi müayinədən keçirilirlər. Ahıllar təhlükəsiz sosial xidmətdən yararlanmaq üçün mühafizəçilər tərəfindən 7/24 mühafizə olunurlar.


Müəssisədə təqdim olunan sosial xidmətlər təkcə gündəlik qayğı ilə məhdudlaşmır. Stasionar formada göstərilən sosial xidmətlərlə yanaşı, ahıllarla sosial iş aparılır, onların cəmiyyətdən təcrid olunmalarına gətirib çıxaran halların qarşısının alınması, sosial adaptasiyası və sosial-psixoloji reabilitasiyası həyata keçirilir. Ahıllarımız hərtərəfli dövlət qayğısı ilə əhatə olunurlar”.

Ahıl şəxslərin sosial inteqrasiyası üçün də işlərin aparıldığı vurğulanıb.

“Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün tədbirlər görülür, ahıllarımız idman yarışları, gimnastika məşğələləri, mədəni tədbirlər, ekskursiyalar, bayram proqramları və yaradıcılıq fəaliyyətlərinə cəlb olunurlar. Bu həm onların sağlamlığının qorunmasına, həm də cəmiyyətlə ünsiyyət imkanlarının genişlənməsinə xidmət edir” – deyə məlumatda qeyd edilib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan millisinə mükafat təqdim olundu - VİDEO

Azərbaycan millisinə mükafat təqdim olundu - VİDEO

“İran Ukraynanı özünə qarşı aqressiyanın iştirakçısı hesab edir”

“İran Ukraynanı özünə qarşı aqressiyanın iştirakçısı hesab edir”

Millimiz FİFA seriyasının qalibi oldu - VİDEO

Millimiz FİFA seriyasının qalibi oldu - VİDEO

Goranboyda AĞIR QƏZA

Goranboyda AĞIR QƏZA

Rusiyada VPN və bloklamaları aşma vasitələrinə qarşı mübarizə ELAN EDİLDİ

Rusiyada VPN və bloklamaları aşma vasitələrinə qarşı mübarizə ELAN EDİLDİ

“Xankəndi”dən 14 qolluq qalibiyyət - VİDEO

“Xankəndi”dən 14 qolluq qalibiyyət - VİDEO

“Maski-şou”nun ulduzu VƏFAT ETDİ

“Maski-şou”nun ulduzu VƏFAT ETDİ

Toya hazırlaşanların DİQQƏTİNƏ: Orucluqdan sonra qiymətlər artıb? - VİDEO

Toya hazırlaşanların DİQQƏTİNƏ: Orucluqdan sonra qiymətlər artıb? - VİDEO

Elzanın vida mərasimindəki geyimi MÜZAKİRƏ OLUNDU - VİDEO

Elzanın vida mərasimindəki geyimi MÜZAKİRƏ OLUNDU - VİDEO

Millimiz hesabı bərabərləşdirdi - VİDEO

Millimiz hesabı bərabərləşdirdi - VİDEO

Pezeşkian bunkerdə Nazirlər Kabinetinin ilk iclasını KEÇİRDİ

Pezeşkian bunkerdə Nazirlər Kabinetinin ilk iclasını KEÇİRDİ

Bakı-Qazax yolunda qəza: Qadın sürücünün idarə etdiyi "Range Rover" aşdı - FOTO/VİDEO

Bakı-Qazax yolunda qəza: Qadın sürücünün idarə etdiyi "Range Rover" aşdı - FOTO/VİDEO

FHN: 547 nəfər təhlükəsiz əraziyə təxliyə olunub - FOTO/VİDEO

FHN: 547 nəfər təhlükəsiz əraziyə təxliyə olunub - FOTO/VİDEO

“Qanlı dərə”də Quba və Qusar igidlərinin qəhrəmanlıq salnaməsi - VİDEO

“Qanlı dərə”də Quba və Qusar igidlərinin qəhrəmanlıq salnaməsi - VİDEO

"Mənim kimi müğənni "Jiquli"də gəzməlidi?" - "Rolls-Royce" aldı

"Mənim kimi müğənni "Jiquli"də gəzməlidi?" - "Rolls-Royce" aldı

İlk hissə BAŞA ÇATDI: Syerra Leone yığması hesabda irəlidədir - VİDEO

İlk hissə BAŞA ÇATDI: Syerra Leone yığması hesabda irəlidədir - VİDEO

Müdafiə Nazirliyi İrandan Türkiyəyə ballistik raketin buraxılmasını PİSLƏDİ

Müdafiə Nazirliyi İrandan Türkiyəyə ballistik raketin buraxılmasını PİSLƏDİ

Zaqatalada AĞIR QƏZA: Bir nəfər ölüb, beşi xəsarət alıb - FOTO/VİDEO

Zaqatalada AĞIR QƏZA: Bir nəfər ölüb, beşi xəsarət alıb - FOTO/VİDEO

Ən çox boş vədlər verən BÜRCLƏR: Onlara inanmaq olmaz

Ən çox boş vədlər verən BÜRCLƏR: Onlara inanmaq olmaz

Millimiz Syerra Leoneyə QARŞI

Millimiz Syerra Leoneyə QARŞI

İsrail İranın Xəzər dənizi sahilləri yaxınlığında yerləşən HHM obyektlərinə HÜCUM EDİB

İsrail İranın Xəzər dənizi sahilləri yaxınlığında yerləşən HHM obyektlərinə HÜCUM EDİB

UEFA-dan azarkeşlərə "Avro-2028" MÜJDƏSİ: Qiymətlər artmayacaq

UEFA-dan azarkeşlərə "Avro-2028" MÜJDƏSİ: Qiymətlər artmayacaq

Xocalıda ağır qəza olub, ANAMA əməkdaşı həyatını itirib - FOTO

Xocalıda ağır qəza olub, ANAMA əməkdaşı həyatını itirib - FOTO

SON DƏQİQƏ: İran Türkiyəyə ballistik raket atıb

SON DƏQİQƏ: İran Türkiyəyə ballistik raket atıb

End of content

No more pages to load

RADİO