Vətən müharibəsinin xronikası: 17 oktyabr –VİDEO

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

Bizim.Media Vətən müharibəsinin 21-ci gününün xronikasını təqdim edir.

• Füzuli şəhəri və rayonun Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi işğalçılardan azad edilib. Bununla əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib.

• Ermənistan silahlı qüvvələri gecə saat 01 radələrində Gəncə şəhərinin mərkəzi hissələrini raket atəşinə tutub. Baş Prokurorluğun məlumatına görə, bu xain hücum nəticəsində 13 nəfər həlak olub, 48 nəfər xəsarət alıb. Həmçinin çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

• Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistanın Gəncəyə növbəti raket hücumu ilə bağlı rəsmi instaqram səhifəsində paylaşım edib.

• Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 7 ədəd T-72 tankı, 2 ədəd BM-21 “Qrad” YARS qurğusu, 8 ədəd D-30 və 1 ədəd D-20 haubitsa topları, döyüş sursatı ilə yüklənmiş 10 ədəd yük maşını və 7 ədəd digər avtomobil texnikası məhv edilib. Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının 1-ci taboru xeyli itki verərək mövqelərini atıb və geri çəkilib.

Həmçinin Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə zolağında ehtiyatdan çağırılmış 300 nəfərədək hərbi qulluqçu döyüş mövqelərini özbaşına tərk edib.

• Cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası bölmələrimiz tərəfindən məhv edilib.

• Müdafiə Nazirliyi düşmənin S-300 zenit-raket kompleksinin məhv edilməsinin videogörüntülərini paylaşıb.

• Ermənistan silahlı qüvvələrinə məxsus bir ədəd Su-25 təyyarəsi və taktiki PUA-sı bölmələrimizin dəqiq atəşi ilə vurulub.

• Düşmənin yanacaq-sürtkü materialları və döyüş sursatı anbarları Azərbaycan Ordusunun aviasiya zərbələri ilə darmadağın edilib.

• Ermənistan silahlı qüvvələrinə məxsus üç ədəd “Tor-M2KM” və bir “S-125” zenit-raket kompleksi, 1 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi Azərbaycan Ordusunun bölmələrinin dəqiq zərbələri ilə sıradan çıxarılıb.

• Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində sentyabrın 27-dən oktyabrın 17-si saat 12:00-dək 60 mülki şəxs həlak olub, 270 nəfər xəsarət alıb, 1704 ev, 90 çoxmənzilli yaşayış binası və 327 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan millisinə mükafat təqdim olundu - VİDEO

Azərbaycan millisinə mükafat təqdim olundu - VİDEO

“İran Ukraynanı özünə qarşı aqressiyanın iştirakçısı hesab edir”

“İran Ukraynanı özünə qarşı aqressiyanın iştirakçısı hesab edir”

Millimiz FİFA seriyasının qalibi oldu - VİDEO

Millimiz FİFA seriyasının qalibi oldu - VİDEO

Goranboyda AĞIR QƏZA

Goranboyda AĞIR QƏZA

Rusiyada VPN və bloklamaları aşma vasitələrinə qarşı mübarizə ELAN EDİLDİ

Rusiyada VPN və bloklamaları aşma vasitələrinə qarşı mübarizə ELAN EDİLDİ

“Xankəndi”dən 14 qolluq qalibiyyət - VİDEO

“Xankəndi”dən 14 qolluq qalibiyyət - VİDEO

“Maski-şou”nun ulduzu VƏFAT ETDİ

“Maski-şou”nun ulduzu VƏFAT ETDİ

Toya hazırlaşanların DİQQƏTİNƏ: Orucluqdan sonra qiymətlər artıb? - VİDEO

Toya hazırlaşanların DİQQƏTİNƏ: Orucluqdan sonra qiymətlər artıb? - VİDEO

Elzanın vida mərasimindəki geyimi MÜZAKİRƏ OLUNDU - VİDEO

Elzanın vida mərasimindəki geyimi MÜZAKİRƏ OLUNDU - VİDEO

Millimiz hesabı bərabərləşdirdi - VİDEO

Millimiz hesabı bərabərləşdirdi - VİDEO

Pezeşkian bunkerdə Nazirlər Kabinetinin ilk iclasını KEÇİRDİ

Pezeşkian bunkerdə Nazirlər Kabinetinin ilk iclasını KEÇİRDİ

Bakı-Qazax yolunda qəza: Qadın sürücünün idarə etdiyi "Range Rover" aşdı - FOTO/VİDEO

Bakı-Qazax yolunda qəza: Qadın sürücünün idarə etdiyi "Range Rover" aşdı - FOTO/VİDEO

FHN: 547 nəfər təhlükəsiz əraziyə təxliyə olunub - FOTO/VİDEO

FHN: 547 nəfər təhlükəsiz əraziyə təxliyə olunub - FOTO/VİDEO

“Qanlı dərə”də Quba və Qusar igidlərinin qəhrəmanlıq salnaməsi - VİDEO

“Qanlı dərə”də Quba və Qusar igidlərinin qəhrəmanlıq salnaməsi - VİDEO

"Mənim kimi müğənni "Jiquli"də gəzməlidi?" - "Rolls-Royce" aldı

"Mənim kimi müğənni "Jiquli"də gəzməlidi?" - "Rolls-Royce" aldı

İlk hissə BAŞA ÇATDI: Syerra Leone yığması hesabda irəlidədir - VİDEO

İlk hissə BAŞA ÇATDI: Syerra Leone yığması hesabda irəlidədir - VİDEO

Müdafiə Nazirliyi İrandan Türkiyəyə ballistik raketin buraxılmasını PİSLƏDİ

Müdafiə Nazirliyi İrandan Türkiyəyə ballistik raketin buraxılmasını PİSLƏDİ

Zaqatalada AĞIR QƏZA: Bir nəfər ölüb, beşi xəsarət alıb - FOTO/VİDEO

Zaqatalada AĞIR QƏZA: Bir nəfər ölüb, beşi xəsarət alıb - FOTO/VİDEO

Ən çox boş vədlər verən BÜRCLƏR: Onlara inanmaq olmaz

Ən çox boş vədlər verən BÜRCLƏR: Onlara inanmaq olmaz

Millimiz Syerra Leoneyə QARŞI

Millimiz Syerra Leoneyə QARŞI

İsrail İranın Xəzər dənizi sahilləri yaxınlığında yerləşən HHM obyektlərinə HÜCUM EDİB

İsrail İranın Xəzər dənizi sahilləri yaxınlığında yerləşən HHM obyektlərinə HÜCUM EDİB

UEFA-dan azarkeşlərə "Avro-2028" MÜJDƏSİ: Qiymətlər artmayacaq

UEFA-dan azarkeşlərə "Avro-2028" MÜJDƏSİ: Qiymətlər artmayacaq

Xocalıda ağır qəza olub, ANAMA əməkdaşı həyatını itirib - FOTO

Xocalıda ağır qəza olub, ANAMA əməkdaşı həyatını itirib - FOTO

SON DƏQİQƏ: İran Türkiyəyə ballistik raket atıb

SON DƏQİQƏ: İran Türkiyəyə ballistik raket atıb

End of content

No more pages to load

RADİO