5 il öncə BU GÜN – 16 oktyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ - ADLAR

Bu gün İkinci Vətən Müharibəsi şəhidlərindən daha bir neçəsinin Anım Günüdür.

Bizim.Media 2020-ci il 16 oktyabrda şəhid olan qəhrəmanlarımızı təqdim edir:

Musa Nuhiyev


1998-ci il oktyabrın 2-də Zaqatala rayonunun Qımır kəndində dünyaya göz açıb. 2005-2016-cı illərdə İ.Məmmədov adına Qımır kənd tam orta məktəbində təhsil alıb.

Musa Nuhiyev 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirdi.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Musa Nuhiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdam istiqamətində gedən döyüşlərdə iştirak edib.

Musa Nuhiyev oktyabrın 16-da Ağdam istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Zaqatala rayonunun Qımır kəndində torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Musa Nuhiyev ölümündən sonra "Vətən uğrunda", "Ağdamın azad olunmasına görə", “Vətən Müharibəsi iştirakçısı” medalı ilə təltif edilib.

Babək Ramaldanov 


1982-ci il avqustun 9-da Bakı şəhərində anadan olub. Əslən Qusar rayonundan olan Ramaldanov 1989-1997-cı illərdə Xətai rayonunda 59 nömrəli tam orta mətəbdə, 1997-2000-ci illərdə isə Cəmşid Naxçıvansi adına Hərbi Liseydə təhsil alıb. 2000-2004-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM), 2017-2019-cu illərdə isə Rusiya Silahlı Qüvvələrinin Ümumqoşun Liseyində ali hərbi alıb.
 

Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Babək Ramaldanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Babək Ramaldanov oktyabrın 16-da Füzuli döyüşləri zamanı şəhid olub.  II Şəhidlər Xiyabanında dəfn olunub.


Babək Ramaldanov Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə ölümündən sonra Prezident İlham Əliyevin sərəncamlarına əsasən, “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Qeyd edək ki, onun əmisi — Azərbaycan Silahlı Qüvvələrinin zabiti, Qarabağ müharibəsinin qazisi Şair Ramaldanovdur.

Ataməli Musaoğlu


1995-ci il martın 5-də Bakının Lökbatan qəsəbəsində anadan olub. 228 nömrəli tam orta məktəbi bitirəndən sonra 2012-ci ildə yüksək balla psixologiya ixtisası üzrə BDU-ya qəbul olub. 2016-cı ildə bakalavr təhsilini bitirəndən sonra ordu sıralarında xidmət edib. 2019-cu ildə klinik psixologiya ixtisası üzrə Xəzər Universitetinin magistraturasına qəbul olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqının Vətən müharibəsi başlayanda magistraturanın ikinci kurs tələbəsi olan Ataməli könüllü cəbhəyə yollanıb. O, oktyabrın 16-da.

Ağdərə döyüşləri zamanı şəhid olub. Ataməli Lökbatan rayonunda Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ataməli Musaoğlu "Vətən Uğrunda" və "İgidliyə görə" medalları ilə təltif edilib.

Nərman Rəsulov


23 oktyabr 1993-cü ildə Yevlax rayonunun Aşağı Bucaq kəndində dünyaya göz açıb.

Orta təhsilini 2010-cu ildə bitirən Nərman 2011-ci ildə hərbi xidmətə yollanıb. Hərbi xidməti bitirdikdən sonra 2013-cü ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan Hərbiləşdirilmiş Mühafizə İdarəsində mühafizəçi kimi işə başlayıb. 2016-cı ilə qədər həmin vəzifədə çalışıb. Nərman Rəsulov 2011-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olub.
 

Azərbaycan Ordusunun əsgəri olan Nərman Rəsulov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində -  Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Nərman Rəsulov 16 oktyabr 2020-ci ildə Ağdərə istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Nərman Rəsulov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Elşən Əlizadə


10 avqust 1995-ci ildə Tərtər rayonunun İsmayılbəyli kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Elşən Əlizadə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak edib. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Elşən Əlizadə 16 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Tərtər rayonunun İsmayılbəyli kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Elşən Əlizadə ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Ağaəmi Heybətov


1993-cü il iyunun 6-da Bakı şəhəri, Xəzər rayonu Buzovna qəsəbəsində anadan olub. O, 2000-2011-ci ildə Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən Əfqan Əliyev adına 125 nömrəli tam orta məktəbdə təhsil alıb. Həmin ildə də Azərbaycan Dövlət İqtisad Universitetinin “Turizm və Otelçilik” ixtisasına qəbul olub. 2015- 2016-cı illərdə hərbi xidmətdə olub.

Hərbi xidmətdə olduğu müddətdə Aprel döyüşlərində könüllü iştirak edib. Bu barədə şəhidin ailəsi 4 il sonra şəhid olduğu vaxt xəbər tutub. 2020-ci il İkinci Qarabağ müharibəsinin başlanması xəbərini eşidən kimi evdən xəbərsiz orduya yazılıb, könüllü şəkildə cəbhəyə gedib, 2020-ci il oktyabrın 16-da torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə könüllü iştirak edərək şəhidlik zirvəsinə ucalıb. Həmin ilin oktyabrın 25-də yaşadığı Buzovna kəndində yerləşən Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə göstərdiyi şücaətə görə “Vətən uğrunda”, "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Elməddin Mürsəlzadə


Avqustun 7-si 2000-ci ildə Samux rayon Əhmədbəyli kəndində anadan olub. 2017-ci ildə Gəncə Dövlət Universitetinin Qiyabi şöbənin “Bədən tərbiyəsi və idman” müəllimliyi ixtisasına qəbul olub. Elməddin döyüşlərə könüllü yollanıb. Vəzifəsi kəşfiyyatçı-radiotelefonçu idi. 2020-ci ilin oktyabrın 15-dən 16-na keçən gecə Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak edərək qəhrəmancasına şəhid olub. Ölümündən sonra " Vətən uğrunda ", “Cəbrayılın azad olunmasına görə” və “Hərbi xidmətə görə” medalları ilə təltif olunub.

Mirsüleyman Süleymanov


1998-ci il martın 30-da Bakı şəhərində anadan olub. 2004-cü ildə Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin 271 saylı tam orta məktəbinə daxil olub. 2015-ci ildə məktəbi başa vurub və Azərbaycan Universitetinin İnformatika Kommunikasiya Texnoloqiyasının riyaziyyat fakültəsinə daxil olub və 2019-cu ildə oranı bitirib və həmin ili Sabunçu rayonu Hərbi Komissarlığı tərəfindən hərbi xidməti göndərilib. Hərbi xidməti zamanı müharibə başlayıb və o. 16 oktyabrda Tərtər istiqamətində döyüşərək qəhrəmancasına şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Süleymanov Mirsüleyman Aydın oğlu ölümündən sonra “Vətən uğrunda” , “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Uğur İsmayılzadə


1995-ci il iyulun 18-də Yevlax rayonunun Qaramanlı kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Uğur İsmayılzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Uğur İsmayılzadə oktyabrın 16-da Ağdərə ərazisində Ağaçuq adlandırılan ərazidə şəhid olub. Yevlax şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Uğur İsmayılzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Vüsal İbişov


1999-cu il iyunun 19-da Ağsu rayonunun Gəgəli kəndində anadan olub. 2006-cı ildə Sahib Mütəllimov adına Gəgəli kənd tam orta məktəbinin birinci sinfinə daxil olub, 2017-ci ildə həmin məktəbi bitirib.
 

Vüsal İbişov orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılıb. 2019-cu ilin aprelində hərbi xidməti başa vurduqdan sonra Gəgəli kəndinə qayıdıb, 2020-ci il yenidən könüllü olaraq hərbi xidmətə yollanıb. Vətən müharibəsi başlayanda Suqovuşan və Ağdərə istiqamətlərindəki döyüşlərdə kəşfiyyatçı kimi xidmət edən Vüsal İbişov oktyabrın 18-də yaralı əsgər yoldaşını xilas etməyə çalışarkən şəhid olub.


Ölümündən sonra ölkə başçısının Sərəncamı ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Elsevər Piriyev


1995-ci il iyunun 12-də Ağcabədi rayonunun Arazbar kəndində anadan olub.

2001-2010-cu illərdə C. Həsənov adına Arazbar kənd tam orta məktəbində, 2013-2015-ci illərdə isə A. Sultanov adına Kürdlər kənd tam orta məktəbində təhsil alıb.

Elsevər Piriyev 2013-2015-ci illərdə Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib.
 

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Elsevər Piriyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elsevər Piriyev oktyabrın 16-da Hadrut döyüşləri zamanı şəhid olub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elsevər Piriyev ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" , "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.

Cəlil Cəfərov


8 avqust 1998-ci ildə Neftçala rayonunun Şorkənd kəndində anadan olub. 2004-2015-ci illərdə Salyan şəhər 3 saylı tam orta məktəbdə təhsil alıb. Cəlil 16 oktyabr tarixdə Ağdərə yolunun üzərindəki Tonaşen kəndi yaxınlığında kəşfiyyatda olarkən düşmənin snayper gülləsinə tuş gələrək şəhid olub. Cəlil Cəfərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, ölümündən sonra "İgidliyə görə" , "Laçının azad olunmasına görə" , "Suqovuşanın azad olunmasına görə" , “Vətən uğrunda” medalları ilə təltif edilib.

Azad Kərimli


6 fevral 1997-ci ildə Göyçay rayonunun Yenikənd kəndində anadan olub. Azad Kərimli 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət edib.
 

Azərbaycan Ordusunun əsgəri olan Azad Kərimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü manqa atıcısı olaraq iştirak edib. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub.


Azad Kərimli 16 oktyabr 2020-ci ildəTərtər-Ağdərə bölgəsində düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından həlak olub. 17 noyabr 2020-ci ildə Göyçay rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Azad Kərimli ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Röyal Ələkbərov


1994-cü ilin iyun ayının 23-də Naxçıvan Muxtar Respublikası Qıvraq kəndində anadan olub. 2000-ci ilin sentyabr ayında Qıvraq kənd 1 saylı tam orta məktəbinə gedib. 2008-ci ildə Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi Liseyə qəbul olub. 2011-ci ildə liseyi bitirərək, Bakı şəhərində yerləşən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə daxil olub.

Röyal 2015-ci ildə leytenant rütbəsi alaraq məzun olub və Daşkəsəndə yerləşən “N” saylı Hərbi Hissənin tağım komandiri vəzifəsində xidmətə başlayıb.və 2018-ci ilədək Murovdağ yüksəkliyində xidmətini davam etdirib. 2018-ci ildə baş leytenant rütbəsi alıb. 2018-2020-ci illərdə Gəncədə “N” saylı hərbi hissədə bölük komandiri vəzifəsində xidmət edib.
 

27 sentyabr 2020-ci il tarixində başlayan İkinci Qarabağ Savaşına qoşulan baş leytenant Röyal Fərmayıl oğlu Ələkbərov 16 oktyabr 2020-ci ildə Cəbrayıl rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qarşıya qoyulan tapşırıqları şərəflə yerinə yetirərkən şəhadətə ucalıb. İkinci Fəxri Xiyabanda dəfn olunub.

 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Röyal Fərmayıl oğlu Ələkbərov ölümündən sonra "Vətən uğrunda", “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib. 

Məhəmməd Zeynalov


1997-ci il fevralın 23-də Neftçala rayonunun Bankə qəsəbəsində anadan olub. Azərbaycan Ordusunun leytenantı olan Məhəmməd Zeynalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Məhəmməd Zeynalov oktyabrın 16-da Füzuli döyüşləri zamanı şəhid olub. Neftçala rayonunun Bankə qəsəbəsində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Məhəmməd Zeynalov ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezidentin qızları və gəlininin yeni FOTOSU

Prezidentin qızları və gəlininin yeni FOTOSU

Naxçıvanda doğuş KABUSA çevrilib – Hamilə qadınlar niyə Bakı və Türkiyəyə üz tutur?

Naxçıvanda doğuş KABUSA çevrilib – Hamilə qadınlar niyə Bakı və Türkiyəyə üz tutur?

Müdafiə Nazirliyinin "İstirahət evi"nin rəisi HƏBS EDİLDİ

Müdafiə Nazirliyinin "İstirahət evi"nin rəisi HƏBS EDİLDİ

Dövlət qulluğunda çalışmaq istəyənlər İMTAHAN VERDİ

Dövlət qulluğunda çalışmaq istəyənlər İMTAHAN VERDİ

Putin və Tramp arasında telefon danışığı başlayıb - YENİLƏNİB

Putin və Tramp arasında telefon danışığı başlayıb - YENİLƏNİB

Dövlətə xəyanətdə ittiham olunan 4 nəfər HAKİM QARŞISINDA

Dövlətə xəyanətdə ittiham olunan 4 nəfər HAKİM QARŞISINDA

Payız aylarında açıq havada gəzməyin FAYDALARI - Yaddaşı qəhvədən daha yaxşı gücləndirir…

Payız aylarında açıq havada gəzməyin FAYDALARI - Yaddaşı qəhvədən daha yaxşı gücləndirir…

Daha bir məsələ parlamentin plenar iclasına TÖVSİYƏ EDİLDİ - FOTO

Daha bir məsələ parlamentin plenar iclasına TÖVSİYƏ EDİLDİ - FOTO

Monteneqrodan gəlib arvadını öldürən kişinin meyiti TAPILDI

Monteneqrodan gəlib arvadını öldürən kişinin meyiti TAPILDI

“TRIPP layihəsi üzrə danışıqlar ləngiyir, səbəb isə…” - Paşinyan

“TRIPP layihəsi üzrə danışıqlar ləngiyir, səbəb isə…” - Paşinyan

Güləşçilərimiz dünya çempionatında İŞTİRAK EDƏCƏKLƏR

Güləşçilərimiz dünya çempionatında İŞTİRAK EDƏCƏKLƏR

Qusarda Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş konfrans keçirildi - FOTO

Qusarda Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş konfrans keçirildi - FOTO

Paytaxt yollarında TIXAC VAR

Paytaxt yollarında TIXAC VAR

Azərbaycanəsilli milyarder Fərhad Əhmədov MƏHKƏMƏDƏ: “İnandırmışdılar ki, yaxtanı azad edəcəklər”

Azərbaycanəsilli milyarder Fərhad Əhmədov MƏHKƏMƏDƏ: İnandırmışdılar ki, yaxtanı azad edəcəklər”

Bu il “Qocalar evi”nə neçə ahıl YERLƏŞDİRİLİB? – RƏSMİ AÇIQLAMA

Bu il “Qocalar evi”nə neçə ahıl YERLƏŞDİRİLİB? – RƏSMİ AÇIQLAMA

Husilərin Baş Qərargah rəisi ÖLDÜRÜLDÜ

Husilərin Baş Qərargah rəisi ÖLDÜRÜLDÜ

“Neftçi”nin danışıq apardığı futbolçu Bakıya GƏLDİ

“Neftçi”nin danışıq apardığı futbolçu Bakıya GƏLDİ

Avropa İttifaqından Rusiyaya kömək edən ölkələrə SƏRT XƏBƏRDARLIQ

Avropa İttifaqından Rusiyaya kömək edən ölkələrə SƏRT XƏBƏRDARLIQ

Qərbi Zəngəzurda delimitasiya və demarkasiya işləri aparılacaq - Paşinyan

Qərbi Zəngəzurda delimitasiya və demarkasiya işləri aparılacaq - Paşinyan

Şahruddin ən yaxşı qapıçılar SİYAHISINDA

Şahruddin ən yaxşı qapıçılar SİYAHISINDA

Bağça müdirləri imtahan VERƏCƏKLƏR

Bağça müdirləri imtahan VERƏCƏKLƏR

Xaçmaz meşəsinin sağlam ağacları niyə MƏHV edilir? -VİDEO

Xaçmaz meşəsinin sağlam ağacları niyə MƏHV edilir? -VİDEO

Çin avtomobilləri alanda nəyə diqqət edilməlidir?

Çin avtomobilləri alanda nəyə diqqət edilməlidir?

Mərkəzi Hərbi Sanatoriyanın rəisi saxlanıldı - FOTO

Mərkəzi Hərbi Sanatoriyanın rəisi saxlanıldı - FOTO

End of content

No more pages to load

RADİO