Bakıda ticarət mərkəzində meyit tapılıb.
Bizim.Media xəbər verir ki, hadisə Qaradağ rayonu, Qobustan qəsəbəsindəki "Qaradağ" ticarət mərkəzində qeydə alınıb.
1962-ci il təvəllüdlü Viktor Alekseyeviç Vorotnyuk ticarət mərkəzinin ərazisində dünyasını dəyişib. Onun meyitini sahibkarlar aşkar ediblər.
Məlumata görə, V.Vorotnyuk tüfeyli həyat tərzi keçirirmiş. O, ticarət mərkəzi ərazisindəki mağazaların qarşısında gecələyirmiş. Onun xəstəlikdən öldüyü deyilir.
Faktla bağlı araşdırma aparılır. (Oxu.az)
Bizim.Media