Köhnə avtobus, köhnə PROBLEM - 161 nömrəli avtobus yenə yolda QALDI – VİDEO

Hövsan sakinləri yenə eyni problemlə üzləşiblər. Hövsan-Suraxanı istiqamətində hərəkət edən 161 nömrəli marşrut avtobusu ötən gün axşam saatlarında növbəti dəfə yolda qalıb. Texniki nasazlıq səbəbilə sərnişinlər yolda düşürülüb və marşrut fəaliyyətini davam etdirə bilməyib.

Bu barədə Bizim.Media-ya sərnişinlər məlumat verib.

Onların sözlərinə görə, bu, nə birinci haldır, nə də sonuncu olacaq.

Çünki illərdir istismar olunan köhnə avtobuslar tez-tez sıradan çıxır, sürücülər və sərnişinlər isə hər dəfə eyni ssenarini yaşamaq məcburiyyətində qalırlar. İstismarda olan avtobusun texniki baxımdan yararsız olması, sərnişin tələbatını ödəməməsi azmış kimi interval problemindən lap təngə gəliblər.

“Səhər işə gecikirik, axşam isə evə qayıtmağa avtobus tapmırıq. Dayanacaqda 45 dəqiqə - 1 saat avtobus gözləmək nə deməkdir? Hər gün eyni vəziyyətdir. Hələ avtobusun öz vəziyyətindən danışmıram. Ətraf qəsəbədəyik, deyə əziyyət çəkməliyik? Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi dəfələrlə avtobus parkının yeniləndiyini, Bakıətrafı qəsəbələrdə qalan yararsız avtobusların xəttdən çıxarılacağını bəyan edir. Niyə 161-lə bağlı problem həll olunmur.

Şikayət etməkdən yorulmuşuq. Axşam da yarı yolda qoydu bizi, sürücüyə deyirik ki, pulumuzu qaytar, bizi mənzilbaşına çatdırmamısan. Vecinə deyil. Əslində sürücülər özləri də köhnə avtobus idarə etməkdən beziblər”, - deyə sərnişin Zümrüd Əliyeva deyib.

Qeyd edək ki, bu marşrutla bağlı illərdir şikayətlər səsləndirilsə də, nəticə yoxdur. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən daha əvvəl dəfələrlə bu istiqamətdə yeni və müasir avtobusların veriləcəyi vəd edilsə də, proses uzanmaqda davam edir.

Əhalisi artmaqda olan Hövsan və ətraf ərazilərdə ictimai nəqliyyatın vəziyyəti narahatlıq doğurur. Marşrutların sayı az, avtobuslar isə köhnə və baxımsızdır. Sakinlər isə artıq səbrlərinin tükəndiyini və məsul qurumlardan konkret addımlar gözlədiklərini deyirlər.

AYNA-nın mətbuat katibi Tural Orucov Bizim.Media-ya bildirib ki, 161 nömrəli marşrutda 9 avtobus 13-15 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərir:
 

“Lakin günün pik saatlarında marşrutun hərəkət sxemi üzrə yaranan nəqliyyat sıxlığı avtobuslararası intervalın artmasına səbəb olur. Daşıyıcıya köhnə avtobusların müasir nəqliyyat vasitələri ilə əvəzlənməsi barədə tapşırıq verilib. Tədbir görülmədiyi təqdirdə marşrut müsabiqəyə çıxarılacaq”.


Qeyd edək ki, bir müddət əvvəl də AYNA-dan saytımıza 161 nömrəli avtobusların müsabiqəyə çıxarıldığı bildirilmişdi. Belə çıxır ki, köhnə və istismara yararsız olan bu avtobus marşrutu heç müsabiqəyə çıxarılmayıb.


Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gəncədə zəncirvari QƏZA: İki nəfər xəsarət aldı

Gəncədə zəncirvari QƏZA: İki nəfər xəsarət aldı

Elvin Cəfərquliyev finalın ƏN YAXŞISI seçildi

Elvin Cəfərquliyev finalın ƏN YAXŞISI seçildi

Sumqayıtda ana və azyaşlı qızını maşın VURDU

Sumqayıtda ana və azyaşlı qızını maşın VURDU

İsraildə bu şəxslər üçün edam cəzası veriləcək

İsraildə bu şəxslər üçün edam cəzası veriləcək

“Tottenhem” italyan məşqçi ilə ANLAŞDI

“Tottenhem” italyan məşqçi ilə ANLAŞDI

Mayda 14 gün iş yoxdur

Mayda 14 gün iş yoxdur

Azərbaycan və İran XİN rəhbərləri regiondakı son prosesləri MÜZAKİRƏ EDİBLƏR

Azərbaycan və İran XİN rəhbərləri regiondakı son prosesləri MÜZAKİRƏ EDİBLƏR

İran Hörmüz boğazından keçən gəmilər üçün gömrük rüsumları tətbiq etməyi PLANLAŞDIRIR

İran Hörmüz boğazından keçən gəmilər üçün gömrük rüsumları tətbiq etməyi PLANLAŞDIRIR

Rasim Balayevin OĞLU: “Son nəfəsində yanında ola bilmədim” - VİDEO

Rasim Balayevin OĞLU: “Son nəfəsində yanında ola bilmədim” - VİDEO

İranda müharibə nə zaman bitəcək? - Ağ Evdən AÇIQLAMA

İranda müharibə nə zaman bitəcək? - Ağ Evdən AÇIQLAMA

Millimiz Maltaya UDUZDU

Millimiz Maltaya UDUZDU

“"Konum" söhbəti olmayanda yaxşı idi" - Taksi sifarişlərində niyə ünvanlar səhv düşür? - VİDEO

“"Konum" söhbəti olmayanda yaxşı idi" - Taksi sifarişlərində niyə ünvanlar səhv düşür? - VİDEO

Qardaş qardaşı ov tüfəngi ilə QƏTLƏ YETİRDİ

Qardaş qardaşı ov tüfəngi ilə QƏTLƏ YETİRDİ

Azərbaycan millisinə mükafat təqdim olundu - VİDEO

Azərbaycan millisinə mükafat təqdim olundu - VİDEO

“İran Ukraynanı özünə qarşı aqressiyanın iştirakçısı hesab edir”

“İran Ukraynanı özünə qarşı aqressiyanın iştirakçısı hesab edir”

Millimiz FİFA seriyasının qalibi oldu - VİDEO

Millimiz FİFA seriyasının qalibi oldu - VİDEO

Goranboyda AĞIR QƏZA

Goranboyda AĞIR QƏZA

Rusiyada VPN və bloklamaları aşma vasitələrinə qarşı mübarizə ELAN EDİLDİ

Rusiyada VPN və bloklamaları aşma vasitələrinə qarşı mübarizə ELAN EDİLDİ

“Xankəndi”dən 14 qolluq qalibiyyət - VİDEO

“Xankəndi”dən 14 qolluq qalibiyyət - VİDEO

“Maski-şou”nun ulduzu VƏFAT ETDİ

“Maski-şou”nun ulduzu VƏFAT ETDİ

Toya hazırlaşanların DİQQƏTİNƏ: Orucluqdan sonra qiymətlər artıb? - VİDEO

Toya hazırlaşanların DİQQƏTİNƏ: Orucluqdan sonra qiymətlər artıb? - VİDEO

Elzanın vida mərasimindəki geyimi MÜZAKİRƏ OLUNDU - VİDEO

Elzanın vida mərasimindəki geyimi MÜZAKİRƏ OLUNDU - VİDEO

Millimiz hesabı bərabərləşdirdi - VİDEO

Millimiz hesabı bərabərləşdirdi - VİDEO

Pezeşkian bunkerdə Nazirlər Kabinetinin ilk iclasını KEÇİRDİ

Pezeşkian bunkerdə Nazirlər Kabinetinin ilk iclasını KEÇİRDİ

End of content

No more pages to load

RADİO