“ADPU-nin Şəki filialının müstəqil universitetə çevrilməsinin zamanı gəlib çatıb”
Moderator.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Əli Məsimli bildirib.
Əli Məsimli öz çıxışında bildirib ki, bu il martın 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının 30 illik yubileyi qeyd edildi. Yubiley tədbirində xüsusi qeyd olundu ki, ADPU-nun Şəki filialı Şəki-Zaqatala iqtisadi zonasında elm və təhsilin inkişafında böyük xidmətlər göstərib. Ötən dövr ərzində filialda ayrı-ayrı ixtisaslar üzrə 5 mindən çox kadr hazırlanıb.Onlar ölkəmizin müxtəlif elm, təhsil müəssisələrində,mühüm dövlət qurumlarında uğurla fəaliyyət göstərir və öz töhfələrini verirlər..
Əli Məsimli xüsusi vurğulayıb ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı ilə əməkdaşlıqdan əldə etdiyi nəticələr orada oxuduğu mühazirələr zamanı auditoriyanın səviyyəsi belə bir fikir söyləməyə əsas verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının müstəqil universitetə çevrilməsinin zamanı gəlib çatıb.Həm də bu il Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının yubiley ili olduğundan, filialın müstəqi universiytetə çevrilməsi həmin yubileyə böyük töhfə olardı...
Millət vəkilinin bildirdiyinə görə, onun bir sıra Şəki və qonşu rayonların ziyalıları və elm adamları ilə söhbətləri belə bir qənaətə gəlməyə əsas verir ki, əgər Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı müstəqil universitetə çevrilsə, onlarala alim və mütəxəssslər orada fəaliyyət göstərib,eləcə də mühazirə etmək və ustad dərsləri keçməklə unuversitetin fəaliyyətini bu istqamətdə beynəlxalq praktikada öz əksini tapan səviyyəyə qaldırmağa hazırdır.