Bu gün səhər saatlarından Şəki, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarında qazın verilişi dayandırılıb.
Bizim.Media-nın yerli bürosu Zaqatala Regional Qaz İstismar İdarısinə istinadən xəbər verir ki, Şirvan suvarma kanalının yenidən qurulması məqsədilə “Yevlax–Şəki–Balakən” yüksək təzyiqli magistral qaz kəmərində aparılan texniki işlər səbəbindən adı çəkilən rayonlarda qaz təchizatında müvəqqəti fasilə yaranıb.
Sakinlərin sözlərinə görə, bu saatlara kimi qazın verilişi bərpa olunmayıb.
Nəticədə bölgədə elektrik enerjisinə təlabat dəfələrlə artıb, yüklənmələri çoxaldıqca elektrik enerjisinin də keyfiyyəti aşağı düşür. Mənzillərdə soyuducu və digər zəruri elektrik avadanlıqlarının işləməsi getdikcə çətinləşib.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu.