Uşaqlarda psixi pozuntular niyə artır? – İNFOQRAFİKA

2020-ci ildən etibarən Azərbaycanda psixi və davranış  pozuntuları olan 0-13 yaşlarında uşaqların sayı artıb.

Bizim.Media Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən həmin göstəriciləri tədim edir:


Göründüyü kimi, illər keçdikcə azyaşlılarda psixi pozuntular daha da çoxalıb. Əlbəttə, illər ərzində dəyişən sadəcə rəqəmlər deyil, mühit də dəyişir, uşaqların texnologiyalara marağı daha da artır.

Bəs bu amillər artan psixi pozuntuların səbəbləri sayıla bilər? Ümumiyyətlə, uşaqların psixologiyasını pozan amillər hansıdır?

Psixoloq Minarə Səbzəliyeva Bizim.Media-ya açıqlamasında uşaqlarda çoxalan davranış pozuntularını rəqəmsallaşmayla əlaqələndirib.

O deyir ki, virtual aləm emosiyaları tənzimləmə bacarığını azaldır.

“Biz əslində rəqəmsallaşmadan öncə və sonrakı dövrlərə bölsək, görərik ki, uşaqların həyətdə, küçədə, məktəbdə oynadığı oyunlar onlarda bir çox bacarıqlar formalaşdırır. Məsələn, empatiya başqalarının hisslərini anlama, digəri ilə paylaşma, sosiallaşma, oyunun və mühitin qaydalarını anlama və onlara riayət etmə öz yerində gözləyə bilmə bacarığını artırır.

Artıq oyunda məğlub olan uşaq öz məğlubiyyəti ilə barışır bununla da emosiyalarını tənzimləməyi öyrənir. Eyni zamanda, aydın məsələdir ki, o qaçaraq, toxunaraq, hərəkətlər edərkən daha çox duyğu orqanlarından istifadə edərək motor bacarıqları da öz növbəsində inkişaf etdirir.

Lakin indi virtual olan, ekran əsaslı oyunlarda isə uşaq oyunu ekran qarşısında - mobil telefonlarla, planşet, kompüter kimi vasitələrlə oynayır. Burada isə insan real insanla yox, virtual aləmlə təmasda olur. Bu da öz növbəsində empatiya və sosial siqnallar zəiflədir, gözləyə bilmə və emosional tənzimləyə bacarıqları azalır. Artıq hərəkətsiz həyat tərzi motor bacarıqların inkişafını zəiflətməklə yanaşı, gələcəkdə asılılıq, emosiyalarını idarə edə bilməmə, impulsivlik kimi problemlərə gətirib çıxarır”.

0-13 yaş arası uşaqlarda ən çox hansı davranış pozuntuları müşahidə olunur?

“Elmi araşdırmalar və klinik müşahidələr bunu deməyə əsas verir ki, bu yaşlarda uşaqlarda diqqət əksikliyi və hiperaktivlik pozuntusu, təşviş və ya davranış pozuntuları görülə bilər. Lakin məhz rəqəmsal platformalardan daha çox istifadə nəticəsində daxili resursları azalan uşaq həmçinin gələcəkdə asılılıqdan əziyyət çəkə bilər”, - deyə Minarə Səbzəliyeva qeyd edib.

Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda həm karantin, həm də  müharibə baş verdi. Əlbəttə, uşaqların yaşları az olsa da, məktəbə bağçaya getməmək, sosial həyatdan uzaq qalmaq, həmçinin xüsusilə cəbhə bölgəsinə yaxın ərazilərdə yaşayanların şahid olduqları hallar onların psixologiyasına təsir edib.

Minarə Səbzəliyeva vurğulayıb ki, pandemiya dönəmindəki şərait, “pandemiya nə vaxt bitəcək, nə zaman əvvəlki həyat tərzinə qayıdacayıq, necə mübarizə aparacayıq” kimi cavabı qeyri-müəyyən olan suallar, sosial izolyasiya, onlayn rejimdə təhsil, öz növbəsində valideynlərə də, uşaqlara da təsirsiz ötüşmədi.

“Araşdırmalara əsasən demək olar ki, bu onlarda təşviş problemlərinə, aqressiya və emosiyaları tənzimləməkdə çətinliklərə gətirib çıxarır.

Buradakı ailələrdə qorxu və təşvişə yön verən faktorlar isə valideynlərin iş itkiləri, iqtisadi çətinliklər, onlayn təhsilin gətirdiyi struktur itkisi hansı ki, daha çox ekrana məruz qalma, gələcəyə yönəlik qorxu və qeyri-müəyyənlik hissləri kimi səbəblər araşdırmalarda öz əksini tapıb.

Müharibə dönəmində ailələrin yaşadığı qorxu, təşviş isə onlarda qidalanma, yuxu və oyaqlıq problemlərinə, ailədaxili gərginliklərə gətirib çıxardı. Yəni həm müharibə, həm də pandemiya dönəmi ailələrdə psixososial problemlərin yaranmasına birmənalı təsir etdi”,-deyə müsahibimiz qeyd edib.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rəqsanə həbsdən öncə bu müğənninin mahnısını oxumasına qadağa qoydurub - Yenidən pul ödəyib

Rəqsanə həbsdən öncə bu müğənninin mahnısını oxumasına qadağa qoydurub - Yenidən pul ödəyib

Ulyanovskdakı Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından ÇIXARILDI

Ulyanovskdakı Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından ÇIXARILDI

Soyuq ayların vazkeçilməzi olan borş BU XƏSTƏLƏRƏ olmaz

Soyuq ayların vazkeçilməzi olan borş BU XƏSTƏLƏRƏ olmaz

Pentaqon rəhbərinin təyyarəsi Britaniyaya TƏCİLİ ENİŞ etdi

Pentaqon rəhbərinin təyyarəsi Britaniyaya TƏCİLİ ENİŞ etdi

Novorossiyskdə XVIII əsrə aid qədim türk üzüyü TAPILIB

Novorossiyskdə XVIII əsrə aid qədim türk üzüyü TAPILIB

İstanbulda film kimi oğurluq - Azərbaycanlılar həbs olundu - FOTO

İstanbulda film kimi oğurluq - Azərbaycanlılar həbs olundu - FOTO

Gülyanaq Türkmənistanın Xalq artistini evində qonaq etdi - VİDEO

Gülyanaq Türkmənistanın Xalq artistini evində qonaq etdi - VİDEO

Çexiya millisinin baş məşqçisi istefa verdi

Çexiya millisinin baş məşqçisi istefa verdi

Ukrayna və Böyük Britaniya arasında “yüzillik” tərəfdaşlıq sazişi QÜVVƏYƏ MİNDİ

Ukrayna və Böyük Britaniya arasında “yüzillik” tərəfdaşlıq sazişi QÜVVƏYƏ MİNDİ

"QHT işi" üzrə daha iki nəfərin məhkəməsi BAŞLAYIR

"QHT işi" üzrə daha iki nəfərin məhkəməsi BAŞLAYIR

ATƏT sədrinin Gürcüstana səfəri BUNA GÖRƏ ləğv edilib

ATƏT sədrinin Gürcüstana səfəri BUNA GÖRƏ ləğv edilib

Vinisius “Real”a fantastik tələblər irəli sürdü

Vinisius “Real”a fantastik tələblər irəli sürdü

Fındıq ləpəsi “qızıl” qiymətinə - Bahalaşmanın SƏBƏBİ nədir?

Fındıq ləpəsi “qızıl” qiymətinə - Bahalaşmanın SƏBƏBİ nədir?

16 yaşlı yeniyetmə gömrükçünü belə öldürdü - VİDEO

16 yaşlı yeniyetmə gömrükçünü belə öldürdü - VİDEO

Ramiz Quliyevin oğlu DANIŞDI: “Bu sözü niyə dediyini bilmədim” - VİDEO

Ramiz Quliyevin oğlu DANIŞDI: “Bu sözü niyə dediyini bilmədim” - VİDEO

Birinci Liqa: “Səbail” liderliyə YÜKSƏLDİ

Birinci Liqa: “Səbail” liderliyə YÜKSƏLDİ

“Tiktok”da məşhurlaşan qaraçı qızlar HƏBS EDİLDİ - VİDEO

“Tiktok”da məşhurlaşan qaraçı qızlar HƏBS EDİLDİ - VİDEO

İsrail daha 45 fələstinlinin cəsədini TƏHVİL VERDİ

İsrail daha 45 fələstinlinin cəsədini TƏHVİL VERDİ

Bu BÜRCLƏRİN qadınlarını qazanmaq daha çətindir: Soyuq və müstəqildirlər

Bu BÜRCLƏRİN qadınlarını qazanmaq daha çətindir: Soyuq və müstəqildirlər

Qusarın Həzrə kəndinin problemləri dinlənildi - FOTO

Qusarın Həzrə kəndinin problemləri dinlənildi - FOTO

Uşaqlarda psixi pozuntular niyə artır? – İNFOQRAFİKA

Uşaqlarda psixi pozuntular niyə artır? – İNFOQRAFİKA

Yüksək Liqa: UNEC çempionata qələbə ilə BAŞLADI

Yüksək Liqa: UNEC çempionata qələbə ilə BAŞLADI

Ceyhun Bayramov TÜRKPA-nın yeni baş katibi ilə görüşdü - FOTO

Ceyhun Bayramov TÜRKPA-nın yeni baş katibi ilə görüşdü - FOTO

Şimal-Qərb bölgəsində qazın verilişi hələ bərpa olunmayıb - Sakinlər NARAHATDIRLAR

Şimal-Qərb bölgəsində qazın verilişi hələ bərpa olunmayıb - Sakinlər NARAHATDIRLAR

End of content

No more pages to load

RADİO