Atasından sonra hamilə arvadını da döyərək - Uşağının ölümünə səbəb olubmuş...

Bakıda həyat yoldaşına əzab verməkdə təqsirləndirilən 27 yaşlı oğlan cinayət məsuliyyətinə cəlb edilib.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, Xəzər Rayon Məhkəməsində Türkan qəsəbə sakini Atlıxan Şəmsəddin oğlu İbrahimov Cinayət Məcəlləsinin 133.2.2 və 133.2.4-cü maddələri ilə təqsirli bilinib.
 

Araşdırmalarla müəyyən edilib ki, Atlıxan kəskin psixotik vəziyyət xəstəliyindən əziyyət çəkən və hamilə olan arvadına mütəmadi fiziki şiddət göstərib.


O, hər dəfə qadını döyərkən bədəninin müxtəlif nahiyələrindən dişləyərək əzab verib. Sonuncu dəfə isə Atlıxan yeməyin duzlu olmasını bəhanə gətirərək həyat yoldaşına zərbələr endirib. Həmin zaman 18 həftəlik hamilə olan qadının bətnindəki döl tələf olub və tibbi müdaxilə göstərilib.

Məhkəmədə çıxış edən qızın atası övladının ailəsində ciddi problemlər olduğunu, lakin Atlıxanın atası Şəmsəddinin xahişi ilə onların birgə yaşamasına razı olduqlarını deyib:

“Onunla birlikdə yaşadıqları ərəfədə Atlıxan mütəmadi olaraq qızımı döyərək təhqir edib, döyməsinə səbəb isə müxtəlif bəhanələr olub. Polisə şikayət etməməyimizə səbəb qızımın ailəsini dağıtmaq istəməməyimiz olub. Atlıxan qızımın hamilə olduğunu bilirdi, buna baxmayaraq onu döyürdü”.

O da məlum olub ki, Atlıxan əvvəllər narkotik vasitələrlə bağlı cinayətə görə məhkum edilib. Onların ailəsi ilə bağlı problem daha əvvəl də mediada işıqlandırılıb. Belə ki, 2023-cü ildə Atlıxan yaşadıqları evdə birinci qrup əlil olan atasını döyüb və bu zaman qardaşı həmin hadisəni videoya çəkərək paylaşıb.
 

Görüntülərdə qardaşının Atlıxanı atasını döydüyü üçün söyərək təhqir etməsi də əks olunub.


Məhkəmənin ötən həftə çıxardığı hökmlə Atlıxan İbrahimova 2 il 6 ay həbs cəzası verilib. O, cəzasını ciddi rejimli müəssisədə çəkəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp Müctəba Xameneyi HAQDA: “O, yəqin ki, çox ağır vəziyyətdədir”

Tramp Müctəba Xameneyi HAQDA: “O, yəqin ki, çox ağır vəziyyətdədir”

“Şamaxı”nın legioneri millinin heyətində meydana çıxdı

“Şamaxı”nın legioneri millinin heyətində meydana çıxdı

Gəncədə zəncirvari QƏZA: İki nəfər xəsarət aldı

Gəncədə zəncirvari QƏZA: İki nəfər xəsarət aldı

Elvin Cəfərquliyev finalın ƏN YAXŞISI seçildi

Elvin Cəfərquliyev finalın ƏN YAXŞISI seçildi

Sumqayıtda ana və azyaşlı qızını maşın VURDU

Sumqayıtda ana və azyaşlı qızını maşın VURDU

İsraildə bu şəxslər üçün edam cəzası veriləcək

İsraildə bu şəxslər üçün edam cəzası veriləcək

“Tottenhem” italyan məşqçi ilə ANLAŞDI

“Tottenhem” italyan məşqçi ilə ANLAŞDI

Mayda 14 gün iş yoxdur

Mayda 14 gün iş yoxdur

Azərbaycan və İran XİN rəhbərləri regiondakı son prosesləri MÜZAKİRƏ EDİBLƏR

Azərbaycan və İran XİN rəhbərləri regiondakı son prosesləri MÜZAKİRƏ EDİBLƏR

İran Hörmüz boğazından keçən gəmilər üçün gömrük rüsumları tətbiq etməyi PLANLAŞDIRIR

İran Hörmüz boğazından keçən gəmilər üçün gömrük rüsumları tətbiq etməyi PLANLAŞDIRIR

Rasim Balayevin OĞLU: “Son nəfəsində yanında ola bilmədim” - VİDEO

Rasim Balayevin OĞLU: “Son nəfəsində yanında ola bilmədim” - VİDEO

İranda müharibə nə zaman bitəcək? - Ağ Evdən AÇIQLAMA

İranda müharibə nə zaman bitəcək? - Ağ Evdən AÇIQLAMA

Millimiz Maltaya UDUZDU

Millimiz Maltaya UDUZDU

“"Konum" söhbəti olmayanda yaxşı idi" - Taksi sifarişlərində niyə ünvanlar səhv düşür? - VİDEO

“"Konum" söhbəti olmayanda yaxşı idi" - Taksi sifarişlərində niyə ünvanlar səhv düşür? - VİDEO

Qardaş qardaşı ov tüfəngi ilə QƏTLƏ YETİRDİ

Qardaş qardaşı ov tüfəngi ilə QƏTLƏ YETİRDİ

Azərbaycan millisinə mükafat təqdim olundu - VİDEO

Azərbaycan millisinə mükafat təqdim olundu - VİDEO

“İran Ukraynanı özünə qarşı aqressiyanın iştirakçısı hesab edir”

“İran Ukraynanı özünə qarşı aqressiyanın iştirakçısı hesab edir”

Millimiz FİFA seriyasının qalibi oldu - VİDEO

Millimiz FİFA seriyasının qalibi oldu - VİDEO

Goranboyda AĞIR QƏZA

Goranboyda AĞIR QƏZA

Rusiyada VPN və bloklamaları aşma vasitələrinə qarşı mübarizə ELAN EDİLDİ

Rusiyada VPN və bloklamaları aşma vasitələrinə qarşı mübarizə ELAN EDİLDİ

“Xankəndi”dən 14 qolluq qalibiyyət - VİDEO

“Xankəndi”dən 14 qolluq qalibiyyət - VİDEO

“Maski-şou”nun ulduzu VƏFAT ETDİ

“Maski-şou”nun ulduzu VƏFAT ETDİ

Toya hazırlaşanların DİQQƏTİNƏ: Orucluqdan sonra qiymətlər artıb? - VİDEO

Toya hazırlaşanların DİQQƏTİNƏ: Orucluqdan sonra qiymətlər artıb? - VİDEO

Elzanın vida mərasimindəki geyimi MÜZAKİRƏ OLUNDU - VİDEO

Elzanın vida mərasimindəki geyimi MÜZAKİRƏ OLUNDU - VİDEO

End of content

No more pages to load

RADİO