Fövqəladə Hallar Nazirliyində idarə rəisi vəzifəsindən azad olunub.
Bizim.Media qaynarinfo-ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Rüfət Ağazadə FHN-nin Əsaslı Tikinti İdarəsinin rəisi vəzifəsindən azad edilib.
Məlumata görə, ona Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində vəzifə verilib.
Qeyd edək ki, Rüfət Ağazadə 2006-cı ildən Fövqəladə Hallar Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.
2022-ci ilin iyul ayında FHN-nin Əsaslı Tikinti İdarəsinin rəisi təyin olunmuşdu. İxtisasca memar olan sabiq rəis Azərbaycan Memarlar İttifaqının üzvüdür.
Bizim.Media