“Ramiz Mehdiyevin Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının tərkibində təmsil olunması dövlətin işidir. Yəqin ki, onu Təhlükəsizlik Şurasından çıxararlar. Burada nə var ki?”
Bizim.Media xəbər verir ki, bu sözləri pravda.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas deyib.
“Hələ ortada heç nə yoxdur. Ramiz Mehdiyevə nə qədər həbs veriləcəyi barədə heç nə deyə bilmərəm. Bunu istintaq, məhkəmə müəyyənləşdirir”, - o bildirib.
Bizim.Media