Ramiz Mehdiyevə qarşı 3 ağır İTTİHAM – Onu hansı CƏZA gözləyir?

Xəbər verdiyimiz kimi, Bakı şəhəri Səbail rayon məhkəməsi Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının sabiq sədri Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib.
 

Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.


R.Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir.

Bəs Prezident Administrasiyasının sabiq rəhbərini bu maddələrə əsasən hansı cəza gözləyir?

Dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllərin qeyd olunduğu 278.1-ci maddədə qeyd edilib ki, Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərdir. Bunun cəzası isə on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmədir.

Maddə 274-də yazılıb:

Dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə.

Bu cinayəti törədənlər on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 

Maddə 193-1.3.2 - cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma - xeyli miqdarda törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


Qeyd edək ki, Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsində "xeyli miqdar" dedikdə əlli min manatdan artıq məbləğ başa düşülür.

Məsələ barədə Bizim.Media-ya danışan vəkil Ruslan Mustafayev deyib ki, Ramiz Mehdiyevin ittiham olunduğu maddələrdə kifayət qədər aöır cəzalar nəzərdə tutulub:

“Ramiz Mehdiyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3 maddəsi ilə ittiham elan olunub. Bunlara aid olan Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsində kifayət qədər ağır cəzalar, yəni 20 ilə qədər azadlıqdan məhrum edilmə cəzası nəzərdə tutulub.

Digər maddələr 278.1 və 274-cü maddəsidir ki, hər ikisində 20 ilə qədər azadlıqdan məhrum etmə cəzası və hətta hər iki maddədə ömürlük azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulub”.

Hüquqşünasın sözlərinə görə, istintaqın gedişi zamanı o, yeni madddələrlə də ittiham oluna bilər:

“Bu, istintaqın elan elədiyi ilkin ittihamdır. Qanunvericiliyə görə, istintaqın gedişatında, yəni araşdırmanın nəticələrinə uyğun olaraq yenidən ittiham olunması da mümkündür Yəni Ramiz Mehdiyevə elan edilmiş maddələr istintaqın gedişində dəyişdirilə də bilər, daha ağır maddələr, yeni maddələr və yaxud daha yüngül maddələrlə ittiham oluna bilər.
 

Bu səbədən məhkəmə raşılaşdırmasının nəticəsində hansı cəzanıın veriləcəyini qabaqcadan demək kifayət qədər çətindir. Amma hazırkı maddələrlə istintaq yekunlaşsa və ittiham bu formada məhkəmə araşdırmasına göndərilsə və məhkəmə istintaqı dövründə də onun tərəfindəın bu əməllərin törədilməsi öz təsdiqini tapsa, hər üç maddə ilə ittiham tərəfi, ittihamı müdafiə idarəsinin əməkdaşı, prokurorluq məhkəmədən ona cəza istəyəcək.


Belə görsənir ki, Ramiz Mehdiyev üçün təyin ediləcək cəza kifayət qədər ağır olacaq. Qeyd etdiyim kimi, bütün elan olunmuş maddələrin hər birinin sanksiyasında kifayət qədər ağır cəzalar var”.

Onun sözlərinə görə, sabiq məmura ən azı 20 il həbs cəzası verilməsi gözlənilir:

“Bizdə olan məlumata görə, Ramiz Mehdiyev barəsində istintaq dövründə yaşı çox olması səbəbindən həbs qətiimkan tədbiri seçilməmiş, yalnız ev dustaqlığı qətiimkan tədbiri seçilmişdir.

Düşünrəm ki, elə bu əsaslarla, yəni yaşının çox olması və yəqin ki, sağlamlığında hər hansı problemlərin olması səbəbindən onun barəsində ömürlük azdlıqdam məhrumetmə cəzası təyin edilməyəcək. Amma maddələrin sanksiyasında 20 ilə qədər azdlıqdan məhrumetmə cəzaları nəzərdə tutulduğu üçün bütün maddələr üzrə təyin edilmiş cəzalar birləşdirildikdən sonra böyük ehtimal ki, onun barəsində elə 20 ilə qədər azdlıqdam məhrutmə cəzası tyəyin edilə bilər”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Üç möcüzə üçün BUNU YEYİN

Üç möcüzə üçün BUNU YEYİN

Tramp Müctəba Xameneyi HAQDA: “O, yəqin ki, çox ağır vəziyyətdədir”

Tramp Müctəba Xameneyi HAQDA: “O, yəqin ki, çox ağır vəziyyətdədir”

“Şamaxı”nın legioneri millinin heyətində meydana çıxdı

“Şamaxı”nın legioneri millinin heyətində meydana çıxdı

Gəncədə zəncirvari QƏZA: İki nəfər xəsarət aldı

Gəncədə zəncirvari QƏZA: İki nəfər xəsarət aldı

Elvin Cəfərquliyev finalın ƏN YAXŞISI seçildi

Elvin Cəfərquliyev finalın ƏN YAXŞISI seçildi

Sumqayıtda ana və azyaşlı qızını maşın VURDU

Sumqayıtda ana və azyaşlı qızını maşın VURDU

İsraildə bu şəxslər üçün edam cəzası veriləcək

İsraildə bu şəxslər üçün edam cəzası veriləcək

“Tottenhem” italyan məşqçi ilə ANLAŞDI

“Tottenhem” italyan məşqçi ilə ANLAŞDI

Mayda 14 gün iş yoxdur

Mayda 14 gün iş yoxdur

Azərbaycan və İran XİN rəhbərləri regiondakı son prosesləri MÜZAKİRƏ EDİBLƏR

Azərbaycan və İran XİN rəhbərləri regiondakı son prosesləri MÜZAKİRƏ EDİBLƏR

İran Hörmüz boğazından keçən gəmilər üçün gömrük rüsumları tətbiq etməyi PLANLAŞDIRIR

İran Hörmüz boğazından keçən gəmilər üçün gömrük rüsumları tətbiq etməyi PLANLAŞDIRIR

Rasim Balayevin OĞLU: “Son nəfəsində yanında ola bilmədim” - VİDEO

Rasim Balayevin OĞLU: “Son nəfəsində yanında ola bilmədim” - VİDEO

İranda müharibə nə zaman bitəcək? - Ağ Evdən AÇIQLAMA

İranda müharibə nə zaman bitəcək? - Ağ Evdən AÇIQLAMA

Millimiz Maltaya UDUZDU

Millimiz Maltaya UDUZDU

“"Konum" söhbəti olmayanda yaxşı idi" - Taksi sifarişlərində niyə ünvanlar səhv düşür? - VİDEO

“"Konum" söhbəti olmayanda yaxşı idi" - Taksi sifarişlərində niyə ünvanlar səhv düşür? - VİDEO

Qardaş qardaşı ov tüfəngi ilə QƏTLƏ YETİRDİ

Qardaş qardaşı ov tüfəngi ilə QƏTLƏ YETİRDİ

Azərbaycan millisinə mükafat təqdim olundu - VİDEO

Azərbaycan millisinə mükafat təqdim olundu - VİDEO

“İran Ukraynanı özünə qarşı aqressiyanın iştirakçısı hesab edir”

“İran Ukraynanı özünə qarşı aqressiyanın iştirakçısı hesab edir”

Millimiz FİFA seriyasının qalibi oldu - VİDEO

Millimiz FİFA seriyasının qalibi oldu - VİDEO

Goranboyda AĞIR QƏZA

Goranboyda AĞIR QƏZA

Rusiyada VPN və bloklamaları aşma vasitələrinə qarşı mübarizə ELAN EDİLDİ

Rusiyada VPN və bloklamaları aşma vasitələrinə qarşı mübarizə ELAN EDİLDİ

“Xankəndi”dən 14 qolluq qalibiyyət - VİDEO

“Xankəndi”dən 14 qolluq qalibiyyət - VİDEO

“Maski-şou”nun ulduzu VƏFAT ETDİ

“Maski-şou”nun ulduzu VƏFAT ETDİ

Toya hazırlaşanların DİQQƏTİNƏ: Orucluqdan sonra qiymətlər artıb? - VİDEO

Toya hazırlaşanların DİQQƏTİNƏ: Orucluqdan sonra qiymətlər artıb? - VİDEO

End of content

No more pages to load

RADİO