Göyçayda iki minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Göyçay-Ucar avtomobil yolunun Hüngütlü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkət etməkdə olan "Mersedes" markalı avtomobil digər avtomobillə toquşub.
Nəticədə maşın aşaraq yolun kənarına düşüb. Hadisə nəticəsində ölən və ya yaralanan olmasa da maşınlara ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Bizim Media, Aran bürosu