Kapital Bank-ın İT komandası ölkənin ən güclü mütəxəssisləri sırasında

Ölkənin birinci bankı Kapital Bank-ı təmsil edən komanda Bakıda keçirilən və kibertəhlükəsizlik sahəsində regionun ən böyük tədbirlərindən sayılan “CIDC-2025” kibertəhlükəsizlik festivalında böyük əzm nümayiş etdirərək adını qaliblər sırasına yazdırıb. Komanda festival çərçivəsində təşkil olunan “Ağıllı şəhərlərdə kibermüharibə” yarışmasında üçüncülük əldə edib.

Banklar arasında ən yüksək nəticə göstərən komanda qazandığı 5000 AZN mükafatı bankın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılan “Qırmızı Ürəklər Fonduna” ianə etməklə sosial təşəbbüsə imza atıb.

 

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) birgə təşkilatçılığı ilə həyata keçirilən “CIDC-2025” kibertəhlükəsizlik festivalı bu il rekord iştirakçı sayı ilə diqqət çəkib. Ümumilikdə 2 245 ziyarətçi, 934 təlim iştirakçısı, 51 komanda və 56 tərəfdaş təşkilatın qatıldığı tədbir kritik infrastrukturun müdafiəsi, informasiya təhlükəsizliyi, rəqəmsal sabitlik və süni intellektin tətbiqi sahəsində qabaqcıl beynəlxalq təcrübələrin paylaşılmasına xidmət edib.

 

İki gün ərzində iştirakçılar “Ağıllı şəhərlərdə kibermüharibə” kimi gərgin yarışlarda bacarıqlarını sınayaraq kibertəhlükəsizlik üzrə yerli və xarici ekspertlər tərəfindən təşkil edilən 10 təqdimat və 5 panel müzakirəsində iştirak ediblər. Onlar, həmçinin Azərbaycanda “Hack The Future 2” proqramı üzrə ödənişsiz təlimlərindən faydalanaraq kibertəhlükəsizlik həlləri sərgisi ilə tanış olublar.

Qeyd edək ki, Kapital Bank rəqəmsal transformasiya prosesində kibertəhlükəsizliyi əsas prioritet hesab edir və bu sahədə daima ən yeni texnologiyaları tətbiq edir.
 

Bank daxili təhlükəsizlik tədbirləri ilə yanaşı, müştərilərin maarifləndirilməsi istiqamətində də ən aktiv maliyyə qurumlarından biridir. Bank mütəmadi olaraq fırıldaqçılıq, fişinq və digər kibertəhdidlərə qarşı məlumatlandırma kampaniyaları, sosial media paylaşımları edərək, müştərilərinin maliyyə məlumatlarını qorumağa kömək edir.



Həmçinin, “Dayan, düşün, dəqiqləşdir!” kampaniyası çərçivəsində ənənəvi və rəqəmsal media kanalları, təlimlər, video materiallardan istifadə edərək müştərilərinin maarifləndirilməsinə xidmət edir.

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Nağd pul krediti sifarişi üçün – //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – //kbl.az/prcrc.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Üç möcüzə üçün BUNU YEYİN

Üç möcüzə üçün BUNU YEYİN

Tramp Müctəba Xameneyi HAQDA: “O, yəqin ki, çox ağır vəziyyətdədir”

Tramp Müctəba Xameneyi HAQDA: “O, yəqin ki, çox ağır vəziyyətdədir”

“Şamaxı”nın legioneri millinin heyətində meydana çıxdı

“Şamaxı”nın legioneri millinin heyətində meydana çıxdı

Gəncədə zəncirvari QƏZA: İki nəfər xəsarət aldı

Gəncədə zəncirvari QƏZA: İki nəfər xəsarət aldı

Elvin Cəfərquliyev finalın ƏN YAXŞISI seçildi

Elvin Cəfərquliyev finalın ƏN YAXŞISI seçildi

Sumqayıtda ana və azyaşlı qızını maşın VURDU

Sumqayıtda ana və azyaşlı qızını maşın VURDU

İsraildə bu şəxslər üçün edam cəzası veriləcək

İsraildə bu şəxslər üçün edam cəzası veriləcək

“Tottenhem” italyan məşqçi ilə ANLAŞDI

“Tottenhem” italyan məşqçi ilə ANLAŞDI

Mayda 14 gün iş yoxdur

Mayda 14 gün iş yoxdur

Azərbaycan və İran XİN rəhbərləri regiondakı son prosesləri MÜZAKİRƏ EDİBLƏR

Azərbaycan və İran XİN rəhbərləri regiondakı son prosesləri MÜZAKİRƏ EDİBLƏR

İran Hörmüz boğazından keçən gəmilər üçün gömrük rüsumları tətbiq etməyi PLANLAŞDIRIR

İran Hörmüz boğazından keçən gəmilər üçün gömrük rüsumları tətbiq etməyi PLANLAŞDIRIR

Rasim Balayevin OĞLU: “Son nəfəsində yanında ola bilmədim” - VİDEO

Rasim Balayevin OĞLU: “Son nəfəsində yanında ola bilmədim” - VİDEO

İranda müharibə nə zaman bitəcək? - Ağ Evdən AÇIQLAMA

İranda müharibə nə zaman bitəcək? - Ağ Evdən AÇIQLAMA

Millimiz Maltaya UDUZDU

Millimiz Maltaya UDUZDU

“"Konum" söhbəti olmayanda yaxşı idi" - Taksi sifarişlərində niyə ünvanlar səhv düşür? - VİDEO

“"Konum" söhbəti olmayanda yaxşı idi" - Taksi sifarişlərində niyə ünvanlar səhv düşür? - VİDEO

Qardaş qardaşı ov tüfəngi ilə QƏTLƏ YETİRDİ

Qardaş qardaşı ov tüfəngi ilə QƏTLƏ YETİRDİ

Azərbaycan millisinə mükafat təqdim olundu - VİDEO

Azərbaycan millisinə mükafat təqdim olundu - VİDEO

“İran Ukraynanı özünə qarşı aqressiyanın iştirakçısı hesab edir”

“İran Ukraynanı özünə qarşı aqressiyanın iştirakçısı hesab edir”

Millimiz FİFA seriyasının qalibi oldu - VİDEO

Millimiz FİFA seriyasının qalibi oldu - VİDEO

Goranboyda AĞIR QƏZA

Goranboyda AĞIR QƏZA

Rusiyada VPN və bloklamaları aşma vasitələrinə qarşı mübarizə ELAN EDİLDİ

Rusiyada VPN və bloklamaları aşma vasitələrinə qarşı mübarizə ELAN EDİLDİ

“Xankəndi”dən 14 qolluq qalibiyyət - VİDEO

“Xankəndi”dən 14 qolluq qalibiyyət - VİDEO

“Maski-şou”nun ulduzu VƏFAT ETDİ

“Maski-şou”nun ulduzu VƏFAT ETDİ

Toya hazırlaşanların DİQQƏTİNƏ: Orucluqdan sonra qiymətlər artıb? - VİDEO

Toya hazırlaşanların DİQQƏTİNƏ: Orucluqdan sonra qiymətlər artıb? - VİDEO

End of content

No more pages to load

RADİO