Sabirbadda ölümlə nəticələnən yol qəzası olub.
Bizim.Media xəbər verir ki, hadisə Əsgərbəyli kəndi ərazisində baş verib.
Əbilov Hacı Gülağa oğlu idarə etdiyi “Qaz 3110” markalı avtomobili yol kənarındakı beton dirəyə vurub.
Nəticədə onun sərnişini 67 yaşlı Ağammədov Tofiq Hacıbala oğlu hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi açılıb. (Lent.az)
Bizim.Media