"Birbank" mobil tətbiqinin QR bilet ödəniş sistemində yaranmış texniki çətinlik metro stansiyalarında tam aradan qaldırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən bildirilib.
Qeyd edək ki, “BakıKart” sistemində aparılan bərpa işləri səbəbindən bir neçə saat ictimai nəqliyyatda onlayn ödənişlərdə problem yaranıb.
Bu səbəbdən metro və avtobuslarda izdiham müşahidə olunub.
Bizim.Media