Yalnız bu şəxslərin moped sürməsinə icazə veriləcək – YENİ TƏLƏBLƏR

Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsinin tələb olunması nəzərdə tutulur. Bununla bağlı "Yol hərəkəti haqqında" qanunda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi hazırlanıb. Sənəd Milli Məclisin komitə iclasından sonra ayın 17-də plenar iclasda müzakirə ediləcək.

Digər təkliflərə görə, mopedlər dövlət qeydiyyatına alınaraq uçota götürüləcək.

Həmçinin, qanun layihəsində mopedlər üçün əvvəllər mövcud olan yalnız yolun sağ kənar zolağı ilə hərəkət etmək tələbinin aradan qaldırılması nəzərdə tutulur. Bundan başqa, sözügedən qanun layihəsində motosikletin və mopedin uzunlu və ya eni üzrə qabaritlərindən 0,5 metrdən artıq kənara çıxan və ya motosikleti, mopedi idarə etməyə mane olan yük aparmaq qadağan edilir.
 

Xatırladaq ki, “Yol hərəkəti haqqında” Qanuna görə, ölkə ərazisində yollarda asma mühərrikli velosipedi, mopedi və “A1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ 16 yaşdan yaranır.
 

A1 kateqoriyası mühərrikinin işçi həcmi 125 kub/sm-dən və mühərrikinin gücü 11 kVt-dan çox olmayan motosikletləri idarə etmək üçün verilir.

Sözügedən qanunun 1-ci maddəsinin 27-ci bəndində mopedə anlayış verilib. Yəni moped iş həcmi 50 kub santimetrdən çox olmayan mühərriklə hərəkətə gətirilən və maksimum konstruksiya sürəti saatda 50 kilometrdən yüksək olmayan iki və ya üç təkərli nəqliyyat vasitəsidir (asma mühərrikli velosipedlər və oxşar xüsusiyyətli digər nəqliyyat vasitələri də mopedlərə bərabər tutulur).

Dəyişikliyi Bizim.Media-ya şərh edən nəqliyyat sahəsi üzrə ekspert Yasin Mustafayev deyib ki, moped idarə edənlər sadə yol hərəkəti qaydalarını bilməlidirlər:

“Əslində, son dövrlərdə bu nəqliyyat vasitələri ilə qəzaların artdığını gördük. Dünən özüm iki qəzanın şahidi olmuşam. Bunları biməməkləri ümumi hərəkət iştirakçılarının hamısına, istər avtobusla gedənə, istər avtomobil idarə edənə, istərsə də piyadalara təhlükə yaradır. Ona görə də bu məsələ ilə bağlı atılan addım ümumi baş verən qəzaların aradan qaldırılmasında, moped idarə edənlərin məsuliyyətinin artırılmasında mühüm rol oynayacaq. Bunun sadələşmiş bir yönü olmalıdır. Vətəndaş rahat şəkildə imtahan verib sürücülük vəsiqəsini ala bilməlidir”.


Ekspert lakin sürücülük vəsiqəsi imtahanının DİM tərəfindən keçirilməsinin tərəfdarı olduğunu qeyd edib:

“Bunun sadələşdirilmiş formada olması daha yaxşı olardı. Yəni əlçatan olmalıdır. Biz dəfələrlə təklif etmişik ki, bu imtahanı Baş Dövlət Yol Polis İdarəsi yox, Dövlət İmtahan Mərkəzi keçirsə, daha yaxşı olar. DİM bunu daha şəffaf, daha obyektiv şəkildə təşkil edə bilər”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Üç möcüzə üçün BUNU YEYİN

Üç möcüzə üçün BUNU YEYİN

Tramp Müctəba Xameneyi HAQDA: “O, yəqin ki, çox ağır vəziyyətdədir”

Tramp Müctəba Xameneyi HAQDA: “O, yəqin ki, çox ağır vəziyyətdədir”

“Şamaxı”nın legioneri millinin heyətində meydana çıxdı

“Şamaxı”nın legioneri millinin heyətində meydana çıxdı

Gəncədə zəncirvari QƏZA: İki nəfər xəsarət aldı

Gəncədə zəncirvari QƏZA: İki nəfər xəsarət aldı

Elvin Cəfərquliyev finalın ƏN YAXŞISI seçildi

Elvin Cəfərquliyev finalın ƏN YAXŞISI seçildi

Sumqayıtda ana və azyaşlı qızını maşın VURDU

Sumqayıtda ana və azyaşlı qızını maşın VURDU

İsraildə bu şəxslər üçün edam cəzası veriləcək

İsraildə bu şəxslər üçün edam cəzası veriləcək

“Tottenhem” italyan məşqçi ilə ANLAŞDI

“Tottenhem” italyan məşqçi ilə ANLAŞDI

Mayda 14 gün iş yoxdur

Mayda 14 gün iş yoxdur

Azərbaycan və İran XİN rəhbərləri regiondakı son prosesləri MÜZAKİRƏ EDİBLƏR

Azərbaycan və İran XİN rəhbərləri regiondakı son prosesləri MÜZAKİRƏ EDİBLƏR

İran Hörmüz boğazından keçən gəmilər üçün gömrük rüsumları tətbiq etməyi PLANLAŞDIRIR

İran Hörmüz boğazından keçən gəmilər üçün gömrük rüsumları tətbiq etməyi PLANLAŞDIRIR

Rasim Balayevin OĞLU: “Son nəfəsində yanında ola bilmədim” - VİDEO

Rasim Balayevin OĞLU: “Son nəfəsində yanında ola bilmədim” - VİDEO

İranda müharibə nə zaman bitəcək? - Ağ Evdən AÇIQLAMA

İranda müharibə nə zaman bitəcək? - Ağ Evdən AÇIQLAMA

Millimiz Maltaya UDUZDU

Millimiz Maltaya UDUZDU

“"Konum" söhbəti olmayanda yaxşı idi" - Taksi sifarişlərində niyə ünvanlar səhv düşür? - VİDEO

“"Konum" söhbəti olmayanda yaxşı idi" - Taksi sifarişlərində niyə ünvanlar səhv düşür? - VİDEO

Qardaş qardaşı ov tüfəngi ilə QƏTLƏ YETİRDİ

Qardaş qardaşı ov tüfəngi ilə QƏTLƏ YETİRDİ

Azərbaycan millisinə mükafat təqdim olundu - VİDEO

Azərbaycan millisinə mükafat təqdim olundu - VİDEO

“İran Ukraynanı özünə qarşı aqressiyanın iştirakçısı hesab edir”

“İran Ukraynanı özünə qarşı aqressiyanın iştirakçısı hesab edir”

Millimiz FİFA seriyasının qalibi oldu - VİDEO

Millimiz FİFA seriyasının qalibi oldu - VİDEO

Goranboyda AĞIR QƏZA

Goranboyda AĞIR QƏZA

Rusiyada VPN və bloklamaları aşma vasitələrinə qarşı mübarizə ELAN EDİLDİ

Rusiyada VPN və bloklamaları aşma vasitələrinə qarşı mübarizə ELAN EDİLDİ

“Xankəndi”dən 14 qolluq qalibiyyət - VİDEO

“Xankəndi”dən 14 qolluq qalibiyyət - VİDEO

“Maski-şou”nun ulduzu VƏFAT ETDİ

“Maski-şou”nun ulduzu VƏFAT ETDİ

Toya hazırlaşanların DİQQƏTİNƏ: Orucluqdan sonra qiymətlər artıb? - VİDEO

Toya hazırlaşanların DİQQƏTİNƏ: Orucluqdan sonra qiymətlər artıb? - VİDEO

End of content

No more pages to load

RADİO