İranlı milyonçu qadın Bakıda aldadılıb - “3 milyonumu mənimsəyiblər”

İranlı milyonçu, iş xanımı Mojgan Abodi Bakıda təsis etdiyi “Azer Pak” MMC-nin sabiq baş mühasibi Fərhad Əfəndiyevin də aralarında olduğu şəxsləri 3 milyon manatdan çox vəsaiti mənimsəməkdə ittiham edib.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, 70 yaşlı F.Əfəndiyev istintaqın əvvəlində həbs edilib.

İş materiallarına əsasən, “Azer Pak” MMC iranlı qadın tərəfindən yaradılmış, sabun və digər yuyucu vasitələrin satışı ilə məşğul olan şirkətdir. Fərhad Əfəndiyev on il ərzində şirkətdə baş mühasib, bir müddət isə direktor vəzifəsini icra edib. O, təqaüdə çıxdıqdan sonra Mojgan Abodinin Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunub.
 

Cinayət baş verən dövrdə Amerikada yaşamış Mojgan Abodi ifadəsində deyib ki, şirkətin yaradılması üçün 5-6 milyon ABŞ dolları sərmayə qoyulub: “İttiham aktında göstərilən 3 milyon 218 min manat zərər düzgündür. Bizim bir neçə ölkədə şirkətlərimiz var. Mən onlayn qaydada dörd şirkət idarə edirəm, hesabatları alır və yoxlayıram. Əgər mühasib, auditor və hüquqşünas birləşməsə belə oğurluq mümkün deyil. Onlar birləşib pulu mənimsəyiblər. Axırda məcbur qalıb polisə üz tutdum. Təqsirləndirilən şəxsdən şikayətçiyəm və bütün pulumun qaytarılmasını tələb edirəm”.


Fərhad Əfəndiyev isə ittihamı qəbul etməyib. Onun sözlərinə görə, müəssisənin direktoru Seyfi Mirhəmid olub və onun mənimsəmədə iştirak edib-etmədiyini bilmir. Özünü təqsirli saymasa da, vurulmuş ziyanın bir hissəsini ödəyib.

Bundan əlavə, mənimsəmədə şirkətin direktoru işləmiş Seyfi Mirhəmidin də rol oynadığı bildirilir. Zərərçəkmiş onun da məsuliyyətə cəlb edilməsində maraqlı olsa da, Seyfi Mirhəmidin harada olması hələ müəyyən edilməyib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərhad Əfəndiyev xüsusilə külli miqdarda mənimsəmədə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib. Lakin onun yaşı və ağır dərəcəli ürək xəstəliyi nəzərə alınaraq, cəzanın şərti hesab edilməsinə qərar verilib.

Məhkəmə zalından azadlığa buraxılan F.Əfəndiyevin avtomobili üzərinə qoyulmuş həbs də zərərçəkmişin razılığı ilə götürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şəmkirdə 18 yaşlı oğlanın meyiti TAPILDI

Şəmkirdə 18 yaşlı oğlanın meyiti TAPILDI

Münhen klubunu TƏRK EDƏCƏK

Münhen klubunu TƏRK EDƏCƏK

Üç möcüzə üçün BUNU YEYİN

Üç möcüzə üçün BUNU YEYİN

Tramp Müctəba Xameneyi HAQDA: “O, yəqin ki, çox ağır vəziyyətdədir”

Tramp Müctəba Xameneyi HAQDA: “O, yəqin ki, çox ağır vəziyyətdədir”

“Şamaxı”nın legioneri millinin heyətində meydana çıxdı

“Şamaxı”nın legioneri millinin heyətində meydana çıxdı

Gəncədə zəncirvari QƏZA: İki nəfər xəsarət aldı

Gəncədə zəncirvari QƏZA: İki nəfər xəsarət aldı

Elvin Cəfərquliyev finalın ƏN YAXŞISI seçildi

Elvin Cəfərquliyev finalın ƏN YAXŞISI seçildi

Sumqayıtda ana və azyaşlı qızını maşın VURDU

Sumqayıtda ana və azyaşlı qızını maşın VURDU

İsraildə bu şəxslər üçün edam cəzası veriləcək

İsraildə bu şəxslər üçün edam cəzası veriləcək

“Tottenhem” italyan məşqçi ilə ANLAŞDI

“Tottenhem” italyan məşqçi ilə ANLAŞDI

Mayda 14 gün iş yoxdur

Mayda 14 gün iş yoxdur

Azərbaycan və İran XİN rəhbərləri regiondakı son prosesləri MÜZAKİRƏ EDİBLƏR

Azərbaycan və İran XİN rəhbərləri regiondakı son prosesləri MÜZAKİRƏ EDİBLƏR

İran Hörmüz boğazından keçən gəmilər üçün gömrük rüsumları tətbiq etməyi PLANLAŞDIRIR

İran Hörmüz boğazından keçən gəmilər üçün gömrük rüsumları tətbiq etməyi PLANLAŞDIRIR

Rasim Balayevin OĞLU: “Son nəfəsində yanında ola bilmədim” - VİDEO

Rasim Balayevin OĞLU: “Son nəfəsində yanında ola bilmədim” - VİDEO

İranda müharibə nə zaman bitəcək? - Ağ Evdən AÇIQLAMA

İranda müharibə nə zaman bitəcək? - Ağ Evdən AÇIQLAMA

Millimiz Maltaya UDUZDU

Millimiz Maltaya UDUZDU

“"Konum" söhbəti olmayanda yaxşı idi" - Taksi sifarişlərində niyə ünvanlar səhv düşür? - VİDEO

“"Konum" söhbəti olmayanda yaxşı idi" - Taksi sifarişlərində niyə ünvanlar səhv düşür? - VİDEO

Qardaş qardaşı ov tüfəngi ilə QƏTLƏ YETİRDİ

Qardaş qardaşı ov tüfəngi ilə QƏTLƏ YETİRDİ

Azərbaycan millisinə mükafat təqdim olundu - VİDEO

Azərbaycan millisinə mükafat təqdim olundu - VİDEO

“İran Ukraynanı özünə qarşı aqressiyanın iştirakçısı hesab edir”

“İran Ukraynanı özünə qarşı aqressiyanın iştirakçısı hesab edir”

Millimiz FİFA seriyasının qalibi oldu - VİDEO

Millimiz FİFA seriyasının qalibi oldu - VİDEO

Goranboyda AĞIR QƏZA

Goranboyda AĞIR QƏZA

Rusiyada VPN və bloklamaları aşma vasitələrinə qarşı mübarizə ELAN EDİLDİ

Rusiyada VPN və bloklamaları aşma vasitələrinə qarşı mübarizə ELAN EDİLDİ

“Xankəndi”dən 14 qolluq qalibiyyət - VİDEO

“Xankəndi”dən 14 qolluq qalibiyyət - VİDEO

End of content

No more pages to load

RADİO