İran ərazisindən keçərək Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək Araz dəhlizinin tikintisi Novruz bayramına qədər başa çatacaq.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev bildirib.
Onun sözlərinə görə, bu dəhliz “Şimal–Cənub” və “Şərq–Qərb” beynəlxalq nəqliyyat marşrutlarının bir hissəsinə çevriləcək, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birbaşa əlaqəsini təmin edəcək və region üçün yeni geoiqtisadi imkanlar açacaq.
Bizim.Media