BİZİM TƏQVİM:15 oktyabrda baş vermiş tarixi hadisələr

2003-cü ilin 15 oktyabr tarixindә  Azərbaycanda keçirilən növbəti prezident seçkiləri keçirilib. Həmin seçkilərdə Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev ilk dəfə prezident seçilib. MSK-nın rəsmi məlumatına görə, ölkə üzrə qeydə alınmış 4,442 milyon seçicinin 71,23 faizi səsvermədə iştirak edib. Seçicilərin 76,84 faizi İlham Əliyevə səs verib.

Bəs, oktyabrın 15-də dünyada daha hansı hadisələr baş verib?

1. 15 oktyabr 1806-cı ildə Bakı xanlığı Rusiyanın tabeliyinə keçib.

2. 1917-ci ilin 15 oktyabr tarixindә hollandiyalı rәqqasә Mata Hari öldürülüb.

3. 1927-ci ilin 15 oktyabr tarixindә Qazi Mustafa Kamal Atatürk CHP-nin II qurultayında ‘‘Nutuq’’u oxumağa başlayıb.

4. 1928-ci ilin 15 oktyabr tarixindә dünyanın ən böyük hava gəmisi olan Qraf Zeppelin ABŞ-ın  Nyu Cersi ştatına  çatıb. Uçuş 111 saat davam edib.

5. 1964-cü ilin 15 oktyabr tarixindә SSSR lideri Nikita Xruşşov vәzifәdәn kәnarlaşdırılıb. Onun postuna Brejnev gәtirilib.

6. 1993-cü ilin 15 oktyabr tarixindә Cәnubi Afrikanın dövlәt başçısı De Klerk  ilә Afrika Milli Konqresinin sәdri Nelson Mandela Sülh üzrә Nobel mükafatına layiq görülüblәr.
 

7. 15 oktyabr 2002-ci ildə İstanbulda İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin dövlət başçılarının 7-ci sammiti keçirilib. Prezident Heydər Əliyevin də iştirak etdiyi sammitdə ECO ölkələri (Azərbaycan, Türkiyə, İran, Pakistan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan) arasında regional ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas müzakirə mövzusu olub.



8. 2013-cü ilin 15 oktyabr tarixindә Filippindә 7,2 bal gücündә zәlzәlә qeydә alınıb. Tәbii fәlakәt nәticәsindә 144 nәfәr hәlak olub.

9. 2017-ci ilin 15 oktyabr tarixindә Somalinin paytaxtı Moqadişoda terror aktı hәyata keçirilib. Hadisә nәticәsindә 276 nәfәr hәlak olub, 275 nәfәr dә xәsarәt alıb.

Oktyabrın 15-də bu şəxsiyyətlər xatırlanır:

1. 15 oktyabr 1814-cü ildə rus şairi Mixail Lermontov anadan olub (1814-1841). O, Rusiyanın Qafqazdakı qusar polkunda hərbi xidmət keçib. Həmin illərdə Azərbaycanın bir sıra dağlıq bölgələrini - Şuşa, Quba və Şamaxını gəzib. Təsadüfi deyil ki, onun əsərlərində Qafqaz mövzusu xüsusi yer tutur. Lermontov görkəmli Azərbaycan dramaturqu Mirzə Fətəli Axundzadə ilə dostluq edib. Bakıdakı ölkəşünaslıq muzeyində Mixail Lermontova məxsus qələm və mürəkkəbqabı saxlanılır.

2. 15 oktyabr 1910-cu ildə görkəmli kinorejissor, Əməkdar İncəsənət Xadimi Hüseyn Seyidzadənin doğum günü (1910-1979). O, Azərbaycan kinosunun incilərindən olan “O olmasın, bu olsun”, “Dəli Kür”, “Qayınana” və digər filmlərini çəkib. Hüseyn Seyidzadə Azərbaycan kino tarixində ilk rəngli bədii filmin müəllifidir.

3. 15 oktyabr 1933-cü ildə Əməkdar mədəniyyət işçisi, kino təşkilatçısı Nurəddin Babayev (1933–2012) anadan olub.

4. 15 oktyabr 1928-ci ildə Xalq rəssamı Yusif Hüseynov (1928 – 1.9.2009) Bakıda doğulub. Yaradıcılığı kitab və dəzgah qrafikası, siyasi plakatlar və  rəngkarlıq əsərləri ilə zəngindir. 1977–1987-ci illərdə Azərbaycan Rəssamlar İttifaqı İdarə heyətinin sədri olub.

5. 15 oktyabr 1932-ci ildə şair Hafiz Baxış (1932 – 7.9.1989) Zəngəzur mahalı Qafan bölgəsinin Yuxarı Kirətağ kəndində doğulub. Sözlərinə populyar mahnılar bəstələnib.

6. 15 oktyabr 1938-ci ildə Azərbaycan teatr tarixində xidmətləri olmuş tanınmış aktrisa Panfiliya Tanailidi (1891–1938) repressiya edilərək güllələnib. Milliyyətcə yunandır. Tiflis Azərbaycan teatrında, 1925-ci ildən Akademik Dram Teatrında çalışıb.

7. 15 oktyabr 1946-cı ildə Əməkdar mədəniyyət işçisi, kinoşünas, kino təşkilatçısı Abbas Əliyev (1946–2008) anadan olub.

8. 15 oktyabr 1951-ci ildə Əməkdar artist, aktyor, rejissor Zilli Namazov (1951 – 27.12.2021) anadan olub. “Azərbaycanfilm” kinostudiyasında çalışıb.

9. 15 oktyabr 1988-ci ildə Kristalloqrafiya sahəsində məşhur alim, Azərbaycan EA-nın müxbir üzvü Xudu Məmmədov (14.12.1927 – 1988) vəfat edib. Sənətşünaslıqla bağlı yazıların, “Naxışların yaddaşı”, “Qoşa qanad” və s. kitabların müəllifidir.

10. 15 oktyabr 1996-cı ildə tanınmış diktor, Əməkdar artist Gültəkin Cabbarlı (9.3.1929 – 1996) vəfat edib.

11. 15 oktyabr 2016-cı ildə Əməkdar artist, tanınmış rəqqas Kamil Dadaşov (26.9.1936 – 2016) vəfat edib.

12. 15 oktyabr 2022-ci ildə Əməkdar mədəniyyət işçisi, tanınmış jurnalist Şakir  Yaqubov (25.2.1951 – 2022) vəfat edib.

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Üç möcüzə üçün BUNU YEYİN

Üç möcüzə üçün BUNU YEYİN

Tramp Müctəba Xameneyi HAQDA: “O, yəqin ki, çox ağır vəziyyətdədir”

Tramp Müctəba Xameneyi HAQDA: “O, yəqin ki, çox ağır vəziyyətdədir”

“Şamaxı”nın legioneri millinin heyətində meydana çıxdı

“Şamaxı”nın legioneri millinin heyətində meydana çıxdı

Gəncədə zəncirvari QƏZA: İki nəfər xəsarət aldı

Gəncədə zəncirvari QƏZA: İki nəfər xəsarət aldı

Elvin Cəfərquliyev finalın ƏN YAXŞISI seçildi

Elvin Cəfərquliyev finalın ƏN YAXŞISI seçildi

Sumqayıtda ana və azyaşlı qızını maşın VURDU

Sumqayıtda ana və azyaşlı qızını maşın VURDU

İsraildə bu şəxslər üçün edam cəzası veriləcək

İsraildə bu şəxslər üçün edam cəzası veriləcək

“Tottenhem” italyan məşqçi ilə ANLAŞDI

“Tottenhem” italyan məşqçi ilə ANLAŞDI

Mayda 14 gün iş yoxdur

Mayda 14 gün iş yoxdur

Azərbaycan və İran XİN rəhbərləri regiondakı son prosesləri MÜZAKİRƏ EDİBLƏR

Azərbaycan və İran XİN rəhbərləri regiondakı son prosesləri MÜZAKİRƏ EDİBLƏR

İran Hörmüz boğazından keçən gəmilər üçün gömrük rüsumları tətbiq etməyi PLANLAŞDIRIR

İran Hörmüz boğazından keçən gəmilər üçün gömrük rüsumları tətbiq etməyi PLANLAŞDIRIR

Rasim Balayevin OĞLU: “Son nəfəsində yanında ola bilmədim” - VİDEO

Rasim Balayevin OĞLU: “Son nəfəsində yanında ola bilmədim” - VİDEO

İranda müharibə nə zaman bitəcək? - Ağ Evdən AÇIQLAMA

İranda müharibə nə zaman bitəcək? - Ağ Evdən AÇIQLAMA

Millimiz Maltaya UDUZDU

Millimiz Maltaya UDUZDU

“"Konum" söhbəti olmayanda yaxşı idi" - Taksi sifarişlərində niyə ünvanlar səhv düşür? - VİDEO

“"Konum" söhbəti olmayanda yaxşı idi" - Taksi sifarişlərində niyə ünvanlar səhv düşür? - VİDEO

Qardaş qardaşı ov tüfəngi ilə QƏTLƏ YETİRDİ

Qardaş qardaşı ov tüfəngi ilə QƏTLƏ YETİRDİ

Azərbaycan millisinə mükafat təqdim olundu - VİDEO

Azərbaycan millisinə mükafat təqdim olundu - VİDEO

“İran Ukraynanı özünə qarşı aqressiyanın iştirakçısı hesab edir”

“İran Ukraynanı özünə qarşı aqressiyanın iştirakçısı hesab edir”

Millimiz FİFA seriyasının qalibi oldu - VİDEO

Millimiz FİFA seriyasının qalibi oldu - VİDEO

Goranboyda AĞIR QƏZA

Goranboyda AĞIR QƏZA

Rusiyada VPN və bloklamaları aşma vasitələrinə qarşı mübarizə ELAN EDİLDİ

Rusiyada VPN və bloklamaları aşma vasitələrinə qarşı mübarizə ELAN EDİLDİ

“Xankəndi”dən 14 qolluq qalibiyyət - VİDEO

“Xankəndi”dən 14 qolluq qalibiyyət - VİDEO

“Maski-şou”nun ulduzu VƏFAT ETDİ

“Maski-şou”nun ulduzu VƏFAT ETDİ

Toya hazırlaşanların DİQQƏTİNƏ: Orucluqdan sonra qiymətlər artıb? - VİDEO

Toya hazırlaşanların DİQQƏTİNƏ: Orucluqdan sonra qiymətlər artıb? - VİDEO

End of content

No more pages to load

RADİO