Vətən müharibəsinin xronikası: 15 oktyabr –VİDEO

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı.

İgid döyüşçülərimiz 44 gün dayanmadan irəlilədilər və otuz il işğal altında qalan torpaqlarımızı azad edərək qəhrəmanlıq dastanı yazdılar.

Bizim.Media 44 günlük Vətən müharibəsinin 19-cu gününün gedişini xronoloji ardıcıllıqla təqdim edir.

• Rəşadətli Azərbaycan Ordusu Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndlərini işğaldan azad edib. Prezident İlham Əliyev bununla bağlı rəsmi tviter səhifəsində paylaşım edib.
 

• Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin NTV televiziyasına və Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibə verib.


• Ermənistan silahlı qüvvələri Tərtər şəhər qəbiristanlığını dəfn mərasimi zamanı qəsdən ağır artilleriyadan intensiv atəşə tutub. Bu xain hücum zamanı üç nəfər həlak olub, beş nəfər xəsarət alıb. Beləliklə, düşmənin mülki əhalini atəşə tutması nəticəsində həlak olanların sayı 46-ya, xəsarət alanların sayı 223-ə çatıb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
 

• Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram hesabında düşmən ordusunun Tərtər qəbiristanlığını dəfn mərasimi zamanı qəsdən atəşə tutması ilə bağlı paylaşım edərək dünya ictimaiyyətini Ermənistanın müharibə cinayətlərini qınamağa çağırıb, həlak olanların ailələrinə və doğmalarına başsağlığı verib.


• Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusu cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsini, 2 ədəd T-72 tankını, 1 ədəd “Tor-M2KM” zenit raket kompleksini, 4 ədəd BM-21 “Qrad” YARS qurğusunu, 1 ədəd D-20, 1 ədəd D-30 və 2 ədəd “D-1” haubitsa topunu, bir neçə PUA-sını və avtomobil texnikasını məhv edib. Ermənistan silahlı qüvvələrinin müvəqqəti işğal etdiyi ərazilərdəki qüvvə və ehtiyatlarına ağır zərbə vurulub.

• Döyüşlərdə yüksək şücaət göstərən Ordumuzun hər bir əsgəri ona verilən tapşırığı böyük qürurla və layiqincə icra edir, döyüş meydanında üçrəngli bayrağımızı şərəflə zirvədən-zirvəyə daşıyırlar.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Süfrələrin bəzəyi - bulqur əslində şəfa yox, zəhər imiş

Süfrələrin bəzəyi - bulqur əslində şəfa yox, zəhər imiş

“Kəpəz”dən yeni TRANSFER

“Kəpəz”dən yeni TRANSFER

SON DƏQİQƏ: Pakistan Əfqanıstanın paytaxtı Kabilə hava zərbələri endirdi – VİDEO

SON DƏQİQƏ: Pakistan Əfqanıstanın paytaxtı Kabilə hava zərbələri endirdi – VİDEO

Əli Həsənov: “Hər bir siyasətçi və məmur öz əməlinə görə qanun qarşısında cavab verməlidir” – EKSKLÜZİV

Əli Həsənov: “Hər bir siyasətçi və məmur öz əməlinə görə qanun qarşısında cavab verməlidir” – EKSKLÜZİV

SON DƏQİQƏ! DTX və DSX-dən birgə ƏMƏLİYYAT – Saxlanılan var - FOTO

SON DƏQİQƏ! DTX və DSX-dən birgə ƏMƏLİYYAT – Saxlanılan var - FOTO

Britaniya "Lukoil" neft şirkətinə sanksiya tətbiq etdi

Britaniya "Lukoil" neft şirkətinə sanksiya tətbiq etdi

Ramiz Quliyev ilə vida və dəfn mərasiminin YERİ AÇIQLANDI – RƏSMİ

Ramiz Quliyev ilə vida və dəfn mərasiminin YERİ AÇIQLANDI – RƏSMİ

Sərnişinlərə “Bakıkart” terminalları ilə bağlı ŞAD XƏBƏR – RƏSMİ/ÖZƏL

Sərnişinlərə “Bakıkart” terminalları ilə bağlı ŞAD XƏBƏRRƏSMİ/ÖZƏL

Ceyhun Bayramovdan ATƏT sədrinə: “Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var”

Ceyhun Bayramovdan ATƏT sədrinə: “Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var”

Ermənistanda daha 2 keşiş tutuldu – SAYI 8 OLDU

Ermənistanda daha 2 keşiş tutuldu – SAYI 8 OLDU

Suriyanın yeni lideri Bəşər Əsədin təhvil verilməsini Putindən TƏLƏB EDƏCƏK? - FOTO/VİDEO

Suriyanın yeni lideri Bəşər Əsədin təhvil verilməsini Putindən TƏLƏB EDƏCƏK? - FOTO/VİDEO

Ukrayna ordusu “Başneft” neft emalı zavoduna ZƏRBƏ ENDİRDİ – VİDEO

Ukrayna ordusu “Başneft” neft emalı zavoduna ZƏRBƏ ENDİRDİ – VİDEO

Məşhur türkiyəli müğənni xəstəxanaya yerləşdirildi - Vəziyyəti AĞIRDIR

Məşhur türkiyəli müğənni xəstəxanaya yerləşdirildi - Vəziyyəti AĞIRDIR

Şuşa şəhərinə infotur təşkil edildi – VİDEO

Şuşa şəhərinə infotur təşkil edildi – VİDEO

ATƏT sədrinin Gürcüstana gəlişi aləmi bir-birinə qatdı - VİDEO

ATƏT sədrinin Gürcüstana gəlişi aləmi bir-birinə qatdı - VİDEO

AFFA Renat Dadaşovun millidən uzaqlaşdırılması xəbərinə aydınlıq gətirdi

AFFA Renat Dadaşovun millidən uzaqlaşdırılması xəbərinə aydınlıq gətirdi

6 keşişin saxlanılması xəbərinə İRƏVANDAN REAKSİYA

6 keşişin saxlanılması xəbərinə İRƏVANDAN REAKSİYA

İlham Əliyev ATƏT-in sədrini qəbul etdi – FOTO

İlham Əliyev ATƏT-in sədrini qəbul etdi – FOTO

Həbsdəki oğluna tərliyin içərisində narkotik keçirmək istədi – FOTO

Həbsdəki oğluna tərliyin içərisində narkotik keçirmək istədi – FOTO

Bu sektorda qiymətlər yüksələcək – YENİ QAYDA

Bu sektorda qiymətlər yüksələcək – YENİ QAYDA

Braziliya ilə təhsillə bağlı Saziş TƏSDİQLƏNDİ

Braziliya ilə təhsillə bağlı Saziş TƏSDİQLƏNDİ

Əfqanları Türkiyəyə qanunsuz daşıyan azərbaycanlı saxlanıldı – FOTO

Əfqanları Türkiyəyə qanunsuz daşıyan azərbaycanlı saxlanıldı – FOTO

Xankəndi, Ağdərə və Xocalıya 65 milyon manatdan çox özəl investisiya yatırılıb

Xankəndi, Ağdərə və Xocalıya 65 milyon manatdan çox özəl investisiya yatırılıb

Ramiz Mehdiyevin şəxsi saytına giriş bloklandı

Ramiz Mehdiyevin şəxsi saytına giriş bloklandı

End of content

No more pages to load

RADİO