2025-ci ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,7 faiz artaraq 1093,8 manat təşkil edib.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, orta aylıq nominal əməkhaqqı neft-qaz sektorunda 3849,8 manat, qeyri neft-qaz sektorunda 1042,6 manat təşkil edib.
Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1063,6 manat, özəl müəssisələrdə isə 1123,8 manat olub.
Günay Şahmar, Bizim.Media