Üç uşaq anası 31 yaşında attestat aldı - Qızı ilə sinif yoldaşı olub - FOTO

Çoxuna adi kağız parçası kimi görünən bu sənəd onun, bəlkə də, ən dəyərli qazancıdır. Üç uşaq anası olandan sonra aldığı doqquzuncu sinif attestatı illərdir çəkdiyi zəhmətin, əməyin bəhrəsi, ümidlərin, arzuların nəticəsidir.

Bizim.Media xəbər verir ki, söhbət Şabran rayonunun Qazbabalı kənd sakini 31 yaşlı Surayə Heydərovanın kiçik görünən, özü üçün isə böyük uğurundan gedir.

Onunla hələ illər öncə, jurnalist Coşqun Eldaroğlunun Şabranın ucqar dağ kəndində məktəbdən kənarda qalan uşaqlar üçün keçdiyi dərsləri lentə alan zaman tanış olmuşduq. Əslində uşaqlardan seçilməyən, arıq, çəlimsiz bu qızın 3 uşaq anası olduğunu, övladları ilə bərabər özünün də hazırlıqlara qoşulduğunu öyrənəndə təəccüblənmişdik. Nə kameraya düşmək, nə də danışmaq istəmişdi. Coşqun müəllimin sevimli şagirdlərindən olan Surayənin uşaqlıqdan ağır günlər keçirdiyini, körpə yaşlarında anasını itirdiyini, cəmi bir neçə gün məktəb üzü gördüyünü bilirdik. Əzmi, iradəsi və bacarığı sayəsində o, qarşısına qoyduğu hədəflərə addım-addım irəliləyir. Eksternat imtahanı verərək aldığı 9-cu sinif şəhadətnaməsi isə gələcək uğurlarının başlanğıcıdır.

Surayə hekayəsini “Qafqazinfo.az”a belə nəql edir: “Mən demək olar ki, məktəbdə olmamışam, cəmi bir neçə gün getmişəm. Coşqun müəllimin kəndə gəlib uşaqlara dərs keçdiyini öyrənəndə əvvəlcə uşaqlarımı onun yanına aparmaq qərarına gəldim. Sonra özümdə maraq yarandı.


Coşqun müəllim təklif etdi ki, mən də dərslərə qoşulum. Çox sevindim və o gündən - təxminən 4 il bundan öncə mən də dərslərə hazırlığa qoşuldum”.

Surayə deyir ki, uğurunda həyat yoldaşının böyük rolu var: “Üç övladım var - iki qız, bir oğlan. Böyük qızım Fidan 12 yaşında, oğlum Dünyamalı 11 yaşında, kiçik qızım Sadəgül isə 9 yaşındadır. Onlarla birgə oxumaq çətin deyil. Əksinə, öz övladınla sinif yoldaşı olmaq çox maraqlıdır.
 

Bəlkə də, əvvəllər cəmiyyətin təpkisi var idi, amma həyat yoldaşım məni dəstəklədi, hər zaman yanımda oldu. Attestat alana qədər çətinliyim o oldu ki, həm işləyir, həm uşaqlarla maraqlanır, həm də imtahana hazırlaşırdım. Yenə həyat yoldaşımın və müəllimimin dəstəyi ilə bu mərhələni keçdim. Onlar məni heç ruhdan düşməyə qoymadılar. İnşallah, 11-ci sinfin də attestatını alacağam”.


S. Heydərova bu gün artıq işləyir, avtomobil idarə edir, öz ayaqları üzərində durmağa çalışır.

Hədəfləri isə hələ böyükdür: “Bizim kəndimizdə məktəb 4 illikdir. Qızım 4-cü sinfi bitirdi və belə qərara gəldik ki, rayon mərkəzinə köçək. Çünki uşaqlarımızın təhsilsiz qalmasını istəmirik. Mən rayonda işləməyə başladım, insanları, cəmiyyəti daha yaxşı tanıdım. Oxumağın insan həyatını necə dəyişdirdiyini anladım. Dərk edirəm ki, gələcəkdə həyatını daha rahat yaşaması üçün hər kəs oxumalıdır. Hazırda da həyat yoldaşım mənə çox dəstək olur. O, imkanımız daxilində bir avtomobil aldı və mənə də onu idarə etməyi öyrətdi. İndi özüm maşın sürürəm və rahat işimə gedib-gəlirəm. Hədəfim ali təhsil almaq və xarici dil öyrənməkdir...”








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şəmkirdə 18 yaşlı oğlanın meyiti TAPILDI

Şəmkirdə 18 yaşlı oğlanın meyiti TAPILDI

Münhen klubunu TƏRK EDƏCƏK

Münhen klubunu TƏRK EDƏCƏK

Üç möcüzə üçün BUNU YEYİN

Üç möcüzə üçün BUNU YEYİN

Tramp Müctəba Xameneyi HAQDA: “O, yəqin ki, çox ağır vəziyyətdədir”

Tramp Müctəba Xameneyi HAQDA: “O, yəqin ki, çox ağır vəziyyətdədir”

“Şamaxı”nın legioneri millinin heyətində meydana çıxdı

“Şamaxı”nın legioneri millinin heyətində meydana çıxdı

Gəncədə zəncirvari QƏZA: İki nəfər xəsarət aldı

Gəncədə zəncirvari QƏZA: İki nəfər xəsarət aldı

Elvin Cəfərquliyev finalın ƏN YAXŞISI seçildi

Elvin Cəfərquliyev finalın ƏN YAXŞISI seçildi

Sumqayıtda ana və azyaşlı qızını maşın VURDU

Sumqayıtda ana və azyaşlı qızını maşın VURDU

İsraildə bu şəxslər üçün edam cəzası veriləcək

İsraildə bu şəxslər üçün edam cəzası veriləcək

“Tottenhem” italyan məşqçi ilə ANLAŞDI

“Tottenhem” italyan məşqçi ilə ANLAŞDI

Mayda 14 gün iş yoxdur

Mayda 14 gün iş yoxdur

Azərbaycan və İran XİN rəhbərləri regiondakı son prosesləri MÜZAKİRƏ EDİBLƏR

Azərbaycan və İran XİN rəhbərləri regiondakı son prosesləri MÜZAKİRƏ EDİBLƏR

İran Hörmüz boğazından keçən gəmilər üçün gömrük rüsumları tətbiq etməyi PLANLAŞDIRIR

İran Hörmüz boğazından keçən gəmilər üçün gömrük rüsumları tətbiq etməyi PLANLAŞDIRIR

Rasim Balayevin OĞLU: “Son nəfəsində yanında ola bilmədim” - VİDEO

Rasim Balayevin OĞLU: “Son nəfəsində yanında ola bilmədim” - VİDEO

İranda müharibə nə zaman bitəcək? - Ağ Evdən AÇIQLAMA

İranda müharibə nə zaman bitəcək? - Ağ Evdən AÇIQLAMA

Millimiz Maltaya UDUZDU

Millimiz Maltaya UDUZDU

“"Konum" söhbəti olmayanda yaxşı idi" - Taksi sifarişlərində niyə ünvanlar səhv düşür? - VİDEO

“"Konum" söhbəti olmayanda yaxşı idi" - Taksi sifarişlərində niyə ünvanlar səhv düşür? - VİDEO

Qardaş qardaşı ov tüfəngi ilə QƏTLƏ YETİRDİ

Qardaş qardaşı ov tüfəngi ilə QƏTLƏ YETİRDİ

Azərbaycan millisinə mükafat təqdim olundu - VİDEO

Azərbaycan millisinə mükafat təqdim olundu - VİDEO

“İran Ukraynanı özünə qarşı aqressiyanın iştirakçısı hesab edir”

“İran Ukraynanı özünə qarşı aqressiyanın iştirakçısı hesab edir”

Millimiz FİFA seriyasının qalibi oldu - VİDEO

Millimiz FİFA seriyasının qalibi oldu - VİDEO

Goranboyda AĞIR QƏZA

Goranboyda AĞIR QƏZA

Rusiyada VPN və bloklamaları aşma vasitələrinə qarşı mübarizə ELAN EDİLDİ

Rusiyada VPN və bloklamaları aşma vasitələrinə qarşı mübarizə ELAN EDİLDİ

“Xankəndi”dən 14 qolluq qalibiyyət - VİDEO

“Xankəndi”dən 14 qolluq qalibiyyət - VİDEO

End of content

No more pages to load

RADİO