Azərbaycanda bu şəxslər dövlətdən pulsuz avtomobil ala bilər - RƏSMİ

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli, 501 nömrəli Qərarına əsasən, əlilliyi olan bəzi imtiyazlı şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən minik avtomobilləri ilə təmin olunur.

Bizim.Media “baku.ws”ə istinadən xəbər verir ki, Nazirlər Kabinetinin təsdiqlədiyi "Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası"na görə, bu imtiyazdan aşağıdakı kateqoriyalara aid şəxslər yararlana bilər:

Azərbaycan Respublikasının ərazi bütövlüyünün və müstəqilliyinin müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər;

1990-cı il 20 Yanvar hadisələri ilə bağlı əlilliyi müəyyən edilmiş şəxslər;

Hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlillik qazanan şəxslər;

Çernobıl AES qəzasının nəticələrinin aradan qaldırılması zamanı əlillik alan şəxslər.

Qeyd edək ki, bu şəxslər haqqında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin rəyinə əsasən Sosial Xidmətlər Agentliyində avtomobil növbəsinə götürülür və növbəlilik əsasında avtomobillə təmin olunurlar.
 

Qərara əsasən, avtomobil pulsuz təqdim edildikdən sonra onun sahibi vəfat edərsə, nəqliyyat vasitəsi ailənin mülkiyyətində qalır. Bu halda avtomobil ailə üzvlərindən birinin adına keçirilərək qeydiyyatdan çıxarılır. Bunun üçün ailə üzvləri ölüm haqqında şəhadətnamə, avtomobilin qeydiyyat sənədləri, varislik haqqında arayış və şəxsiyyət vəsiqələrinin surətlərini Sosial Xidmətlər Agentliyinə təqdim etməlidirlər.


Qanunvericiliyə əsasən, əlilliyi olan şəxsə verilən avtomobil satıla və ya bağışlana bilməz. Lakin avtomobili idarə etmək hüququ həmin şəxsin özünə və onunla eyni yaşayış məntəqəsində yaşayan, sürücülük vəsiqəsinə malik ailə üzvünə verilə bilər.

Bunun üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:

Avtomobil almış şəxsin və idarəetmə hüququ veriləcək ailə üzvünün şəxsiyyət vəsiqələrinin və sürücülük vəsiqəsinin surətləri;

Avtomobilin qeydiyyat şəhadətnaməsi;

Hər iki şəxsin yaşayış yerindən arayış;

Əlilliyi olan şəxsin yazılı ərizəsi.

Məlumat üçün bildirək ki, bu mexanizm əlilliyi olan şəxslərin sosial rifahını yaxşılaşdırmaq və onların gündəlik həyatını asanlaşdırmaq məqsədi daşıyır.

Mövzu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər
Agentliyindən bildirilib ki, əlilliyi olan şəxslərə postmüharibə dövründə 567, ümumilikdə ötən dövrdə 7.8 min avtomobil təqdim edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şəmkirdə 18 yaşlı oğlanın meyiti TAPILDI

Şəmkirdə 18 yaşlı oğlanın meyiti TAPILDI

Münhen klubunu TƏRK EDƏCƏK

Münhen klubunu TƏRK EDƏCƏK

Üç möcüzə üçün BUNU YEYİN

Üç möcüzə üçün BUNU YEYİN

Tramp Müctəba Xameneyi HAQDA: “O, yəqin ki, çox ağır vəziyyətdədir”

Tramp Müctəba Xameneyi HAQDA: “O, yəqin ki, çox ağır vəziyyətdədir”

“Şamaxı”nın legioneri millinin heyətində meydana çıxdı

“Şamaxı”nın legioneri millinin heyətində meydana çıxdı

Gəncədə zəncirvari QƏZA: İki nəfər xəsarət aldı

Gəncədə zəncirvari QƏZA: İki nəfər xəsarət aldı

Elvin Cəfərquliyev finalın ƏN YAXŞISI seçildi

Elvin Cəfərquliyev finalın ƏN YAXŞISI seçildi

Sumqayıtda ana və azyaşlı qızını maşın VURDU

Sumqayıtda ana və azyaşlı qızını maşın VURDU

İsraildə bu şəxslər üçün edam cəzası veriləcək

İsraildə bu şəxslər üçün edam cəzası veriləcək

“Tottenhem” italyan məşqçi ilə ANLAŞDI

“Tottenhem” italyan məşqçi ilə ANLAŞDI

Mayda 14 gün iş yoxdur

Mayda 14 gün iş yoxdur

Azərbaycan və İran XİN rəhbərləri regiondakı son prosesləri MÜZAKİRƏ EDİBLƏR

Azərbaycan və İran XİN rəhbərləri regiondakı son prosesləri MÜZAKİRƏ EDİBLƏR

İran Hörmüz boğazından keçən gəmilər üçün gömrük rüsumları tətbiq etməyi PLANLAŞDIRIR

İran Hörmüz boğazından keçən gəmilər üçün gömrük rüsumları tətbiq etməyi PLANLAŞDIRIR

Rasim Balayevin OĞLU: “Son nəfəsində yanında ola bilmədim” - VİDEO

Rasim Balayevin OĞLU: “Son nəfəsində yanında ola bilmədim” - VİDEO

İranda müharibə nə zaman bitəcək? - Ağ Evdən AÇIQLAMA

İranda müharibə nə zaman bitəcək? - Ağ Evdən AÇIQLAMA

Millimiz Maltaya UDUZDU

Millimiz Maltaya UDUZDU

“"Konum" söhbəti olmayanda yaxşı idi" - Taksi sifarişlərində niyə ünvanlar səhv düşür? - VİDEO

“"Konum" söhbəti olmayanda yaxşı idi" - Taksi sifarişlərində niyə ünvanlar səhv düşür? - VİDEO

Qardaş qardaşı ov tüfəngi ilə QƏTLƏ YETİRDİ

Qardaş qardaşı ov tüfəngi ilə QƏTLƏ YETİRDİ

Azərbaycan millisinə mükafat təqdim olundu - VİDEO

Azərbaycan millisinə mükafat təqdim olundu - VİDEO

“İran Ukraynanı özünə qarşı aqressiyanın iştirakçısı hesab edir”

“İran Ukraynanı özünə qarşı aqressiyanın iştirakçısı hesab edir”

Millimiz FİFA seriyasının qalibi oldu - VİDEO

Millimiz FİFA seriyasının qalibi oldu - VİDEO

Goranboyda AĞIR QƏZA

Goranboyda AĞIR QƏZA

Rusiyada VPN və bloklamaları aşma vasitələrinə qarşı mübarizə ELAN EDİLDİ

Rusiyada VPN və bloklamaları aşma vasitələrinə qarşı mübarizə ELAN EDİLDİ

“Xankəndi”dən 14 qolluq qalibiyyət - VİDEO

“Xankəndi”dən 14 qolluq qalibiyyət - VİDEO

End of content

No more pages to load

RADİO